Yuxarıya
skip to main content

Uşaqları sosial mediada necə qorumalı?

18.01.2023

Böyük Britaniyada böyüklərin əksəriyyəti (73%-i) sosial media platformalarının uşaqları onlayn mühitdə qorumaq üçün daha çox iş görmələri olduğunu düşünürlər.
Bunu “Ipsos” beynəlxalq tədqiqatlar mərkəzinin uşaqların onlayn təhlükəsizliyi ilə bağlı keçirdiyi sorğunun nəticələri göstərir.
On nəfərdən səkkizindən çoxu (83%-i) düşünür ki, sosial media şirkətlərinin platformalarından istifadə edən uşaqları qorumaq vəzifəsi olmalıdır,  78%-i isə icazə verilən yaşdan kiçik uşaqları platformadan kənar tutmağa bu şirkətlərin məsuliyyət daşımağını istəyir.
Uşaqların özlərinə zərər vermələri ilə bağlı məzmunları görmələrinə dair yüksək dərəcədə narahatlıq var, yetkin insanların təxminən onda yeddisi (69%-i) onların sosial mediadan istifadə edərkən təhlükəsiz olmadığını düşünür.
Əksəriyyət (81%) hesab edir ki, hökümət sosial media şirkətlərinin onlayn mühitdə uşaqları qoruduğundan əmin olmalıdır, 77%-i isə uşaqları qorumadığı təqdirdə bu cür şirkətlərin cəzalandırılmalı olduqlarını düşünürlər.
Sorğu Birləşmiş Krallıq üzrə 16-75 yaşlarında 1032 şəxs arasında onlayn şəkildə keçirilib.

Şəfanə İbrahimova – Sosial Tədqiatlar Mərkəzinin aparıcı məsləhətçisi