Yuxarıya
skip to main content

Sosial media demokratiyaya necə təsir edir?

21.12.2022

Dünyanın hər yerində insanlar informasiya almaq, fikirlərini ifadə etmək üçün Facebook, Twitter, WhatsApp və digər platformalara getdikcə daha çox müraciət edirlər və artıq sosial media sferası siyasi və sosial məsələlərin müzakirəsi və tez-tez gərgin mübahisələr üçün yeni ictimai məkana çevrilir. Bir çox analitiklərin fikrincə, sosial media dünyanın bir çox ölkələrində demokratiyanın sağlamlığının pisləşməsinin əsas səbəblərindən biridir.
Bununla belə, Pew Araşdırma Mərkəzinin keçirdiyi 19 qabaqcıl iqtisadiyyatı əhatə edən sorğunun nəticələrinə görə, sadə vətəndaşlar sosial medianı siyasi həyatın həm konstruktiv, həm də dağıdıcı komponenti kimi görür və ümumilikdə, onun demokratiyaya müsbət təsir göstərdiyini düşünür. 
Sorğu keçirilən ölkələrdə respondentlərin 57%-i sosial medianın demokratiyaya yaxşı təsir etdiyini, 35%-i isə mənfi təsir etdiyini söyləyir.
Bununla yanaşı, sualla bağlı dövlətlər arasında önəmli dərəcədə fərqliliklər də nəzərə çarpır, xüsusilə ABŞ-da fərq açıq-aydın hiss olunur. Burada yetkin insanların yalnız 34%-i sosial medianın demokratiya üçün yaxşı olduğunu, 64%-i isə pis təsir etdiyini düşünür. Amerikalıların çoxu sosial medianın bölücü kimi görür.
Sosial medianın təsirlərini daha çox müsbət dəyərləndirən ölkələrdə belə insanların çoxu onun bəzi mənfi təsirlərinin olduğuna da inanır: xüsusilə, manipulyasiya və bölünməyə yol açdığı düşünülür.
19 ölkədən medianların 84 %-i hesab edir ki, internet və sosial mediaya çıxış insanları yanlış informasiya və şayiələrlə manipulyasiya etməyi asanlaşdırır. Eyni sorğunun təhlili göstərir ki, respondentlər yalan məlumatların onlayn şəkildə yayılmasını iqlim dəyişikliyindən sonra əsas təhlükə hesab edirlər.

Bundan əlavə, medianların 65%-i düşünür ki, sosial media insanları siyasi görüş baxımdan daha çox parçalayır. Hər 10 nəfərdən dördü hesab edir ki, sosial media insanları siyasi mövzularda danışarkən daha az sivil edib, yalnız dörddə biri sivil etdiyini fikirləşir.
Onlayn dünyanın manipulyasiyasına, bölücülüyünə və az sivilliyinə baxmayaraq, insanlar onu hansı baxımdan bəyənir?
Sorğuda iştirak edən əksər ölkələrdə respondentlər hesab edirlər ki, onların siyasi sistemi insanların siyasətə təsirinə imkan vermir. Doqquz ölkədə, o cümlədən, ABŞ-da hər 10 nəfərdən 7-si və ya daha çoxu bu fikirdədir. Belə halda, onlayn platformalar insanların daha az gücsüz hiss etmələrinə yardım edə bilir. Pew Araşdırma Mərkəzinin son hesabatında vurğulandığı kimi, bu ölkələrin əksəriyyəti yerli və beynəlxalq hadisələrdən xəbərdar olmağın yaxşı vətəndaş olmağın bir hissəsi olduğuna inanırlar. İnsanların internet və sosial medianın məlumatlı olmağı asanlaşdırdığına inandıqları aydındır. Respondentlərin dörddə üçü hesab edir ki, internet və sosial media insanları öz ölkələrində və dünyada baş verən hadisələr, tədbirlər barədə daha çox məlumatlandırır.  Xüsusilə, gənclər bu fikirdədirlər.
Həmçinin, sorğuda iştirak edənlərin əksəriyyəti sosial medianı siyasi məqsədlərə çatmaq üçün effektiv vasitə kimi görür. Əksər ölkələrdə onun ictimai məlumatlılığın artırılmasında, insanların məsələlərlə bağlı fikirlərinin dəyişdirilməsində, seçilmiş məmurların problemlərə diqqət yetirməsində və siyasi qərarlara təsir etməsində ən azı müəyyən dərəcədə rolu olduğunu söyləyir.

 

Bəziləri üçün sosial media həm də ifadə vasitəsidir. Məsələn, Cənubi Koreyada sosial media istifadəçilərinin təxminən yarısı deyir ki, onlar bəzən və ya tez-tez siyasi və ya sosial məsələlərlə bağlı onlayn paylaşımlar edirlər.  Bununla belə, sorğunun keçirildiyi digər ölkələrdə bu məsələlərlə bağlı paylaşımlar daha az yayılıb və 12 ölkədə hər on nəfərdən dördü və ya daha çoxu heç vaxt siyasi və ya sosial mövzularda paylaşım etmədiklərini bildirir.
Qeyd edək ki, sorğu 19 ölkədən 24525 yetkin insan arasında keçirilib.

Şəfanə İbrahimova
Sosial Tədqiqatlar Mərkəzinin aparıcı məsləhətçisi