Aİ Banqladeşdə ədalətli seçkilərin keçirilməsini istəyir
Hökumətin “xaricilərin daxili işlərə qarışması” ilə bağlı narazılığı fonunda 14-ə yaxın ölkə və Avropa Birliyi bir il sonra keçiriləcək növbəti ümumi seçki ilə Banqladeşdə azad və ədalətli seçkilərin baş tutmasını istədiklərini bildirib.
Onlar 10 dekabr İnsan Hüquqları Günü ərəfəsində birgə bəyanat yayaraq, “demokratiyanın, insan hüquqlarının qorunmasında və inkişafın təşviqində oynadığı əsas rolu” yayımladıqları bəyanatda vurğulayıb.
14 ölkəyə ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya və Kanada daxildir. Digərləri Danimarka, Fransa, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç, İsveçrə və Avstraliyadır.
Onlar BMT-yə üzv olan bütün dövlətlərin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər sənədlərdə qeyd olunan ifadə azadlığı, dinc toplaşmalar və seçkilər üzrə öhdəliklərinə riayət etmələrinin vacibliyini bir daha təsdiq edib.
Bəyanatda deyilir: “Biz iştirak, bərabərlik, təhlükəsizlik və inklüziv insan və iqtisadi inkişaf üçün riayət edilməli olan dəyər və prinsiplər toplusu kimi demokratik idarəçiliyi dəstəkləyir və təşviq edirik”.
“Biz Banqladeşin dostları və tərəfdaşları olaraq, onun uğurlarını daha da dəstəkləməyə hazırıq, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin ruhunda azad, ədalətli, əhatəli və dinc seçki proseslərinin vacibliyini bir daha təsdiqləyirik”- deyə Avropa İttifaqının bəyannaməsində qeyd edilir.
Paşa Bayramov
Sosial Tədqiqatlar Mərkəzi