Slavoj Jijek: Amerika etirazlarında Tramp siyasətinin qurbanları cinayətkarın günahlarını silir

10.07.2020

ABŞ-da sərt karantin və polis zorakılığına  qarşı olan etirazlar insanları seçim qarşısında qoyub - pul yoxsa həyat.  Qurbanların əksəriyyəti isə kasıblardır, onlara qarşı cinayətləri ört-basdır etməyə kömək edirlər.

 

Dünyakı çətin vəziyyət getdikcə daha da dərinləşir: COVİD-19-a qarşı həmrəylik və qlobal fəaliyyət əvəzinə, kütləvi aclığa gətirib çıxaran  fəlakətləri az imiş kimi  - çəyirtkələr Şərqi Afrikadan Pakistana qədər ərazilərə yayılıb-  siyasi zorakılıqlar da baş alıb. Çox sayda yaralının  olduğu Hindistan və Çin arasındakı hərbi münaqişələr haqqında heç də az eşitmirik.   

 

  

Belə bir çıxılmaz vəziyyətdə hadisələrin gedişatını İngiltərə-Fransa birgə istehsalı "Cənnətdəki Ölüm " teleseriyalı açıq-aydın şəkildə şərh edir.  Deməli, serialda epizodların birində qatil daha da qəddarlaşır və qurbanı orta məktəbdə təhqir edərək əzab verir. Ölümcül həddə yaralandığını görən qurban bütün gücünü toplayıb qatili öldürərək “əsl” qatilə çevrilir.

 

Burada əslində indiki  gerçəkliyi sezmək mümkündür. Lakin, zərərçəkmiş şəxsin cinayətin izlərini könüllü surətdə yox etmək və öz iradəsi imiş kimi təqdim etməyə məcbur edə bilər.

 

“Pul yoxsa həyat” asan seçim deyil  

 

Tramp və rəhbərliyi tərəfindən irəli sürülən yeni normala çox tez bir müddətdə qayıtmaq, bir çox insanı yoluxma təhlükəsinə qarşı-qarşıya qoyub, lakin buna baxmayaraq onlar Trampdan cinayət izini ört-basdır etməməyi tələb edirlər.  

 

XIX əsrin əvvəllərində bir çox mədən işçisi kömür mədənlərində artan ölümcül qəzaların qarşısını almaq üçün istifadə edilən qoruyucu dəbilqə taxmaqdan imtina edib, çünki  bütün xərclər onların maaşından tutulurdu. Əgər həyatı seçsəniz, yaşaya bilməzsiniz, çünki pulunuzu və canınızı itirirsiniz, əslində isə  yaşamaq üçün pul qazanmalı və işə qayıtmalısınız əks təqdirdə əldə etdiyiniz həyat infeksiya mənbəyi və ölüm təhlükəsidir. Karantin əleyhinə olan bu etirazlar Amerikada Minnepolisdə Corc Floydun ölümü ilə başlayan qəzəb partlayışı ilə müqayisə etmək lazımdır. Polis zorakılığına etiraz edən minlərlə qaradərili insanın qəzəbi pandemiya ilə birbaşa əlaqəli olmasa da, COVİD-19  ölüm statistikasının açıq dərsini onların fonundan ayırd etmək asandır. Baş vermiş hadisə ABŞ-dakı bir sıra sinif fərqlərinin ortaya çıxardıb çünki  bu sadəcə zənginlik və yoxsulluq məsələsi deyil, polislə eləcə də koronavirusla mübarizə yəni, həm həyat, həm də ölüm məsələsidir.

 

Və sonda isə əvvələ qayıtmalı olsaq, həmin serialda cinayətkar haqlı olmasa da hərəkəti ən azı başa düşüləndir. Bəlkə də indi  qaradərili etirazçılar bəli kəskin və zorakı davranırlar, lakin bəlkə də biz serialdakı qatilin hərəkəti ilə etirazçı kütlənin səbəbini eyniləşdirsək, başqa sözlə, baxış bucağımızı dəyişsək vəziyyəti daha dəqiq təhlil edə bilərik.


     Tərcümə:

Afaq Məmmədova