Miqrasiya və ailənin maddi vəziyyəti

Miqrasiya nəinki miqrantın, həm də onun ailə üzvlərinin həyatına mühüm təsir edən hadisədir. Bir neçə il öncə (2013) Beynəlxalq Miqrasiya Təşkilatı və  Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramının birgə tədqiqatı Azərbaycandan kənarda işləyən və yaşayan azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzvlərinin vəziyyəti ilə əlaqədar tədqiqat keçirmişdir. Tədqiqat 6 rayonu (Şəki, Yardımlı, Masallı, Lənkəran, Goranboy)  və 4 şəhəri (Bakı, Sumqayıt, Mirgəçevir, Naftalan) əhatə etmişdir. Ümumilikdə 56 respondent cəlb olunmuşdur.

 

Tədqiqatın vəzifələrindən biri xaricdəki azərbaycanlı miqrantlar tərəfindən  Azərbaycandakı ailə üzvlərinə göndərilən pul köçürmələri və göstərilən yardımı qiymətləndirmək idi ki, aşağıdakı diaqramlar da ona uyğun nəticələrin müxtəlif aspektlərini əks etdirir.

Göründüyü kimi, 38 qadının həyat yoldaşı onunla əlaqəni saxlayır və onlardan 21-i evə pul göndərir. Əlaqə saxlamayan 18-dən isə yalnız 1-i bunu edir. Nəzərə alsaq ki, elə bu tədqiqata əsasən miqrasiyanın əsas səbəbi  ailənin maddi vəziyyətini yaxşılaşdırmaq zərurətidir, onda 56 ailədən 34-nün miqrant ailə başçısı tərəfindən faktiki maddi dəstək görməməsi kifayət qədər böyük rəqəmdir.

Növbəti diaqram pul göndərmələrinin müntəzəmliyi ilə əlaqədardır. 22 ailədən 6-sı ayda bir dəfə, 8-i isə bir neçə ayda bir dəfə, 7-si isə ildə 1-2 dəfə  xaricdəki ailə başçısından pul alır.

 

Pul köçürmələrinin istifadəsinə gəldikdə isə, əsas istiqamətlər istehlak malları, borcların ödənilməsi, tibbi məqsədlər üçün istifadə, uşaqların təhsil xərcləri, ev/mənzil təmiri, bir halda isə qohum və tanışlara faizə pul verməklə əlaqədardır.

 

Maraqlı suallardan biri tədqiqata cəlb olunmuşların öz ailələrinin maddi vəziyyətini qonşu ailələrlə müqayisədə necə qiymətləndirmələridir. Əksəriyyət (35 nəfər) ailəsinn vəziyyətinin qonşulara nisbətən pis olduğunu düşünür.

 

Göstərilən nəticələr istinad olunan tədqiqatın yalnız bir neçə sualını əhatə etsə də, bəzi məqamlara aydınlıq gətirir.  Belə ki, tədqiqata cəlb olunmuşların cavabları belə güman etməyə əsas verir ki, gözləntilərə rəğmən miqrasiya bir sıra hallarda ailənin maddi vəziyyətinə əsaslı irəliləyiş gətirmir. Bundan əlavə, başqa bir sualda Azərbaycanda qalan həyat yoldaşlarının əksəriyyəti miqrasiyanın ailələrin dağılmasına səbəb olduğunu göstərmişlər.

Mənbə:“Azərbaycandan kənarda işləyən və yaşayan azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzvlərinin vəziyyəti” haqqında tədqiqata dair Hesabat (Səmərəli sosial-iqtisadi yardım məqsədilə vəziyyətin təhlili və tövsiyyələrin verilməsi. Beynəlxalq Miqrasiya Təşkilatı, Bakı, 2013


 

Sosial Tədqiqatlar Mərkəzi

Sosial-İqtisadi Təhlil Departamenti

PAYLAŞ
Rəylər

Siz artıq bu sorğuda iştrak etmisiniz

status-done

Oxşar sorğular

Ali təhsilin varsa, iş tapacaqsan - təhsil səviyyəsi və məşğulluq arasındakı əlaqə

Ali təhsilin varsa, iş tapacaqsan - təhsil səviyyəsi və məşğulluq arasındakı əlaqə

Şəxsin təhsil səviyyəsi və məşğulluğu arasındakı əlaqə sosioloq və iqtisadçılar üçün hər zam… ƏTRAFLI

SORĞUYA QATIL