Dostunu göstər...

“İctimaiyyətin türk xarici siyasətini qavraması” adlı ictimai rəy sorğusu zamanı respondentlərə ünvanlanan “Sizcə, Türkiyə xarici siyasətində hansı ölkələrlə əməkdaşlığa üstünlük verməlidir” sualına türkiyəli respondentlərin 44,5% Azərbaycan variantını seçib.

 

Azərbaycan türkiyəli respondentlər tərəfindən Türkiyənin xarici siyasətində əməkdaşlığa ən çox üstünlük verilməsi lazım olan ölkə seçilib. Bu mövzuda 2013-2019 illəri arasında keçirilən ictimai rəy sorğularında Azərbaycan birinci yeri tutub.

 

 

Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Türkiyə-Azərbaycan əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır.

 

Azərbaycan türk dünyasının siyasi, iqtisadi, mədəni birliyi və türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün səy göstərən dövlətlərdən biridir.

 

PAYLAŞ
Rəylər

Siz artıq bu sorğuda iştrak etmisiniz

status-done

Oxşar sorğular