"Türk Barometri" nəyi ifadə edir? (Üçüncü Hissə)

(Birinci Hissə)

(İkinci Hissə)

 

TÜRK DİLİ DANIŞAN ÖLKƏLƏRDƏ HEÇ OLDUNUZMU? HANSINDA OLDUNUZ?

 

 

Azərbaycanlı respondentlərin 33% - i Qazaxıstanda ən az 25 il əvvəl olub. Türkiyəni isə son 5 – 6 ildə ziyarət etməyə başlayıblar.

 

Türk dili danışan ölkələri ziyarət ediklərini bildirən qazaxıstanlı respondentlər adı keçən ölkələrdə son 5 – 6 ildə olublar.

 

Qırğızıstanlı respondentlər, qonşu ölkələri (Özbəkistan, Qazaxıstan) olduqca tez tez ziyarət etməkdədirlər. Ziyarətlər daha çox son 10 – 15 ildə həyata keçirilmişdir. Türkiyəyə isə mütamadi olaraq son 5 – 6 ildə gedilməyə başlanmışdır.

 

Türkiyəli respondentlər, daha çox son 10 – 15 il ərzində Azərbaycana gəlməkdədir. Bir neçə respondent 2012 – 2018 illəri arasında Orta Asya ölkələrini ziyarət etmişdir.

 

Özbəkistanlı respondentlər Qazaxıstanda, Qırğızıstanda və Türkmənistanda tez tez olduqlarını, bu ölkələrdə qohumlarının yaşadıqlarını bildirmişdir.

 

       ÖLKƏNİZƏ SONUNCU DƏFƏ NƏ VAXT GETMİSİNİZ?

    (Bu suala ancaq Türk dili danışan ölkələrdə olduğunu bildirən respondentlər cavab vermişdir)

 

 

Azərbaycanlılar Orta Asya ölkələrini turist kimi ziyarət etmiş və ya müxtəlif səbəblərlə qohumlarını görməyə getmişdir. Türkiyəyə gediş məqsədləri isə qohum ziyarətləri, turizm, səhiyyə turizmi, tranzit səfərlərdir.

 

Qazaxıstanlılar türk dili danışan ölkələrə daha çox toy, yas mərasimi  kimi səbəblərlə qohumları ziyarət etmək və istirahət etmək üçün getmişdir. Bəzi respondentlər Azərbaycana ticarət üçün getdiklərini bildirmişdir.  Belə səfərlər daha çox Xəzər dənizi sahillərində yerləşən Aktau və Atırau sakinləri tərəfindən həyata keçirilmişdir.

 

Qırğızıstanlılar Türkiyəyə işləmək və ya istirahət üçün; başqa ölkələrə isə daha çox qohumlarını ziyarət etmək və ya iş səfəri səbəbilə getməkdədir.

 

Türklər Azərbaycan və Qazaxıstana istirahət etmək məqsədi ilə, Qazaxıstana isə iş üçün gedərkən, Özbəkistana qohumlarını ziyarət etmək və ya müxtəlif idman tədbirlərinə iştirak etməyə getməkdədirlər.

 

Özbəkistanlılar ümumilikdə qonşu ölkələr Qazaxıstan, Qırğızıstan və Türkmənistandakı qohumlarını ziyarət etməkdədirlər. Bu ölkələrə həmçinin  iş vəya turizm məqsədi ilə də gedilməkdədir.

 

ZİYARƏT SƏBƏBİNİZİ SÖLYLƏYƏ BİLƏRSİNİZMİ? 

(Bu suala ancaq Türk dili danışan ölkələrdə olduğunu bildirən respondentlər cavab vermişdir)*

 

*Respondentlərin, cavab variantlarından birdən çox seçm haqqı olduğu üçün ümumi dəyər 100% - ə bərabər deyildir.

 

Türk dili danışan ölkələrə heç getmədiklərini bildirən Azərbaycanlıların bu ölkələri ziyarət etməməsinin səbəbi səyahət xərclərinin yüksək olmasıdır.

 

Qazaxıstanlı respondentlərin çoxu (55,5%) bugünə gədər türk dili danışan ölkələri ziyarət etmə eytiyacı hiss etməmişdir. Ziyarət etməmələrinin başlıca səbəbləri arasında psixoloji və emosional  səbəblərdən savayı, maddi çətinliklər (maddi şətinliklər – 37,9%, xərclərin yüksək olması– 13,2%) gəlməkdədir.

 

Qırğızıstanlıların 46,6% - i bu günə qədər türk dili danışan ölkələri ziyarət etmək üçün hər hansı bir səbəbin olmadığını bildirmişdir. Respondentlərin ziyarət etməmə səbəbi isə maddi çətinliklərlə yanaşı, tanımadıqları ölkəni ziyarət etməkdəki qorxu kimi psixoloji xarakterli maniələrdir (11,3%).

 

Türk vətəndaşlarının çoxunda (57,5%) araşdırılan ölkələri ziyarət etmək istəyi olmamışdır. Ziyarət etməmələrinin başlıca səbəbi isə qazaxıstanlılarda olduğu kimi maddi və dil probleminin olması göstərilmişdir.

 

Özbəkistanlıların çoxu türk dili danışan ölkələri ziyarət ehtiyacı olmadığını bildimişdir. Ziyarət etmələlərinin başlıca səbəbi isə başqa ölkə vətəndaşlarında olduğu kimi maddi çətinliklərin olmasıdır.

 

TÜRK DİLİ DANIŞAN ÖLKƏLƏRİ ZİYARƏT ETMƏYİNİZİN SƏBƏBLƏRİ NƏLƏRDİR?

       (bu suala ancaq Türk dili danışan ölkələrin heç birində olmadığını bildirən

                                       respondentlər cavab vermişdir)*

 

Azərbaycanlıların 71,7% - i araşdırılan ölkələri ziyarət etmək istmək istədiklərini bildirmişdir (Türkiyəni – 78,9%, Qazaxıstanı – 8,8%, Özbəkistanı – 5,5%, Qırğızıstanı – 3,9%, Türkmənistanı – 2,9%). Respondentlərin 12,7% -  i ölkələrin birinə daimi yaşamaq üçün getməyi istəməkdədir (Türkiyəyə - 84,4%, Qazaxıstana 10,9%). Azərbaycan vətəndaşlarının 73,7% - i Türkiyədə, 19,5% - i Qazaxıstanda işləmək, ölkələrin birində təcrübə keçmək (Türkiyədə - 87,2%, Qazaxıstanda – 9,0%) 11,2% - i təhsil almaq (Türkiyədə - 96,5%) istədiyini bildirmişdir.

 

Qazaxıstanlıların 12,4% - i başqa ölkələrdə təcrübə keçmək, 54,4% - i turizm məqsədli səyahət etmək, istirahət etmək istəməkdədir. Ən çox diqqətlərini çəkən ölkə isə Türkiyədir.

 

Qırğızıstanlıların 74% - türk dlii danışan ölkələri gəzmək, 17,8% - i işləmək istəməkdədir. İşləmək, təhsil almaq, təcrübə keçmək, gəzmək və daimi yaşayış üçün əlverişli ölkələr TürkiyəQazaxıstandır. Özbəkistanda daimi yaşamaq üçün ən əlverişli ölkələr arasında yer almaqdadır.

 

Türklərin 40% - i türk dili danışan ölkələrin hamsını gəzmək istərkən 22,2% - işləyəbiəcəyini, 15,1% - i təhsil alabilcəyini, 12% - i təcrübə keçəbiləcəyini bildirmişdir. İş və təcrübə üçün ən əlverişli ölkələr Azərbaycan və Türkmənistandır.

 

Özbəklərin 17,9% - i türk dili danışan ölkələrdə işləmək, 66,3% - i istirahət etmək və gəzmək istəməkdədir. İş (75,9%), təhsil (76,7%), təcrübə (68,8%), səyahət və istirahət (66,0%) üçün ən əlverişli ölkə Türkiyədir. Respondentlər həmçinin Qazaxıstan və Azərbaycanda da işləyəbiləcəyini bildirmişdir. Azərbaycan, istirahət və gəzmək üçün də əlverişli ölkədir.

 

(ardı var)

 

PAYLAŞ
Rəylər

Siz artıq bu sorğuda iştrak etmisiniz

status-done

Oxşar sorğular

"Türk Barometri" nəyi ifadə edir? (İkinci Hissə)

BÖLMƏ I. CƏMİYYƏTİN ŞÜURUNDA TÜRK DÜNYASI   TÜRK XALQLARININ BİR-BİRİNİ TANIMA SƏ… ƏTRAFLI

SORĞUYA QATIL

"Türk Barometri" nəyi ifadə edir?

Beynəlxalq Türk Akademiyası tərəfindən türkdilli xalqların sosial və iqtisadi vəziyyətini… ƏTRAFLI

SORĞUYA QATIL

"Ağır" bilərziklər

Bu məqalə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı İnqilab Şahbazov və Bakı D&ou… ƏTRAFLI

SORĞUYA QATIL