Orta məktəb dərsliklərinin vəziyyətinə dair ictimai rəy sorğusu

Əvvəlki illərlə müqayisədə son illər təhsil sahəsində Azərbaycanda nəzərəçarpacaq işlər görülüb. Belə ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunda dərsliklərlə bağlı ayrıca şöbə yaradılmış, Təhsil Nazirliyi tərəfindən məktəb dərsliklərinin ekspertizası və qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə Dərslikləri Qiymətləndirmə Şurası təşkil edilmiş, bu şuraya yeni seçkilər keçirilmiş, dərsliklərin ictimai müzakirəsi təşkil olunmuş, ehtiyat dərsliklər fondu və s. yaradılmışdır.

 

Bu gün Azərbaycan məktəbləri yeni inkişaf mərhələsindədir. Məktəblər 6 – 17 yaşlarındakı yeni nəslə keyfiyyətli təhsil verməli, onları gələcək həyata hazırlamalı, ixtisas və peşə seçimində kömək etməli cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməyə sövq etməlidir. Cəmiyyətin inkişafı kontekstində məktəblərin əsas məqsədi – savadlı, bacarıqlı və vətəndaş mövqeyi olan yeniyetmələrin hazırlanmasıdır. Bu işdə isə məktəb dərsliklərinin yeri və rolu müstəsna dərəcədə artır. Dövlətin və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dərsliklərin hazırlanması dövrün və zamanın ehtiyaclarından biridir. Bu isə kifayyət qədər mürəkkəb və çoxcəhətli bir prosesdir. 

 

Yaşadığımız XXI əsr dərslikləri tərtib edən mütəxəssislər, alim və müəllimlərin qarşısında geniş imkanlar açmış, onları prinsipcə yeni məsələləri həll etmək zərurəti qarşısında qoymuşdur. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilmiş sosioloji sorğu göstərmişdir ki, bu gün dərsliklərin yazılması və tərtibatına yanaşma prinsiplərinin yenidən nəzərdən keçirilməsinə ciddi zərurət yaranıb. Bu işin təşkili və inkişaf paradiqmasının dəyişməsi zamanın tələbidir. Aparılan sosioloji tədqiqat göstərdi ki, Azərbaycanda məktəb dərsliklərinin yazılmasında və tərtibatında çoxsaylı problemlər mövcuddur. 

 

Ümid etmək istərdik ki, orta məktəb dərsliklərinin vəziyyətinə münasibəti öyrənmək məqsədilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2019-cu il 10 iyun – 15 iyul tarixlərində keçirilən ictimai rəy sorğusunun materialları dərsliklərin yazılması və tərtibatı ilə məşğul olan, bu işi təşkil edən və ona rəhbərlik edən bütün mütəxəssislərə kömək edəcək, onlar vəziyyətlə tanış olaraq bu problemlərin həlli yollarını tapacaq və bu da öz növbəsində, məktəb dərsliklərindəki nöqsan və çatışmazlıqların aradan qaldırılmasına, dərsliklərin nüfuzunun artmasına, onların daha da təkmilləşdirilməsinə, bu sahədə yeni, daha geniş və müasir imkanların üzə çıxarılmasına şərait yaradacaqdır.

 

Bununla bərabər qeyd etməliyik ki, məktəb dərsliklərinin yaxşılaşdırılması və adaptasiyası ilk növbədə, şəxsiyyətin hərtərəfli formalaşması, onun tam dəyərli olması üçün vacib vasitədir. Bu məsələnin bütün səviyyələrdə dərk edilməsi vacib amildir.     

       

Yaxın gələcəkdə sorğunun nəticələrini cəmiyyətə təqdim edəcəyik.

 

PAYLAŞ
Rəylər

Siz artıq bu sorğuda iştrak etmisiniz

status-done

Oxşar sorğular