Günün nəbzi

Dünya QİÇS ilə mübarizə günü - 1 Dekabr

1 dekabr  dünya QİÇS ilə mübarizə günüdür!
 
 
UNAİDS-in bununla bağlı hazırladığı hesabatı təqdim edirik:
 
 
Qlobal İİV (İnsan immunçatışmazlığı virusu) infeksiyası statistikası
 
 
24.5 milyon (21.6 milyon-25.5 milyon) insan antiretrovirus terapiyaya başlamışdır. (2019-cu ilin iyun
ayının sonu)
 
 
37.9 milyon (32.7 milyon-44 milyon) insan İİV ilə yaşayır. (2018-ci ilin sonu)
 
 
1.7 milyon (1.4 milyon-2.3 milyon ) insan İİV-ə yoluxub.(2018-ci ilin sonu)
 
 
770.000 (570.000- 1.1 milyon) insan QİÇS-in törətdiyi xəstəliklərdən dünyasını dəyişib. (2018-ci iin sonu)
 
 
74.9 milyon (58.3 milyon-98.1 milyon) insan epidemiya başlayandan bəri İİV infeksiyasına yoluxub.
 
 
32 milyon (23.6 milyon-43.8 milyon) insan epidemiya başlayandan bəri QİÇS-lə bağlı digər xəstəliklərdən
dünyasını dəyişib.
 
İİV ilə yaşayan insanlar (
 
 
2018-ci ildə 37.9 milyon ( 32.7 milyon- 44 milyon) yetkin insan İİV ilə yaşayıb.
 
 
36.2 milyon ( 31.3 milyon-42 milyon) yetkin.
 
 
1.7 milyon( 1.3 milyon-2.2 milyon) 15 yaşından kiçik uşaqlar.
 
 
79% (67-92%) insan İİV ilə yaşadığını bilmir.
 
 
Təxminən 8.1 milyon insan İİV-lə yaşadığını bilmir.
 
 
İİV-lə yaşayan insanların (İYİ) antiretrovirus terapiyasının aparılması
 
 
2019-cu il iyun ayının sonunda 24.5 milyon insan (21.6 milyon-25.5 milyon ) antriretrovirus müalicəsi
olunub.
 
 
2010-cu ildə 7.7 milyon insan (6.8 -8 milyon) insan antiretrovirus terapiyası alıb və bu göstərici 2018-ci
ildə 23.3 milyona (20.5 milyon-24.3 milyon) qədər artıb.
 
 
2018-ci ildə insan İİV infeksiyası ilə yaşayan 62% (47-74%) insan müalicə olunub.
 
 
15 yaşa qədər 54% (37-73%) uşaq 15 yaşından yuxarı 62% İYİ müalicə olunub.
 
 
15 yaş və yuxarı qadınların 68%-i (52-82%) kişilərin isə 55%-i müalicə olunub.
 
2018-ci ildə İİV ilə yaşayan hamilə qadınların 82%-i anadan uşağa ötürülməsinin qarşısını almaq üçün
antiretrovirus terapiyaya cəlb olunub.
 
 
Yeni İİV infeksiyaları
 
 
1997-ci ildə pik həddə çatan İİV infeksiyasında hal-hazırda 40% azalma müşahidə olunub.
 
 
1997-ci ildə İİV-ə yoluxmuş 2.9 milyon insanla müqayisədə 2018-ci ildə təxminən 1.7 milyon (1.4 milyon-
2.3 milyon) insan yoluxub.
 
 
2010-cu ildən etibarən İİV-ə yoluxmuş 2.1 milyon insan sayı 2018-ci ildə 16% - 1.7 milyona qədər azalıb.
 
 
2010-cu ildən etibarən İİV infeksiyasına yeni yoluxmuş uşaqların sayı 280.000-dən (190.000-430.000)
41% azalaraq 2018-ci ildə 160.000-ə çatıb.
 
 
QİÇS-dən ölüm halları
 
 
2004-cü ildə pik həddə çatan QİÇS-dən ölüm hallarında 56%-dən çox azalma müşahidə olunub.
 
 
2004-cü ildə 1.7 milyon (1.3 milyon və 2.4 milyon), 2010-cu ildə isə 1.2 milyon(860.000- 1.6 milyon ) İYİ
ilə müqayisədə 2018-ci ildə təxminən 770.000 (570.000-1.1 milyon ) insan QİÇS xəstəliyindən dünyasını
dəyişib.
 
 
QİÇS ilə bağlı ölüm halları 2010-cu ildən bəri 33% azalıb.
 
 
2018-ci ildə 79% (67-92%) insan İİV ilə yaşadığını bilir.
 
 
İİV ilə yaşayan insanların 78%-i müalicəyə qoşulub.
 
 
Müalicə nəticəsində 86% (72-92%) İYİ-də virusun fəaliyyəti azalıb.
 
 
2018-ci ildə İİV-lə yaşayan insanların 79%-i bunun daşıyıcısı olduğunu bilir 62%-i müalicəyə qoşulub 53%-
də isə virusun fəaliyyətində azalma müşahidə olunub.
 
 
Qadınlar
 
 
Hər həftə təxminən 6000 15-24 yaş arası gənc qızlar İİV infeksiyasına yoluxur.
 Afrikada infeksiya daşıyıcılarının 4/5-ü 15-19 yaşlı yeniyetmə qızlardır. 15-24 yaşlı gənc qızların bu
göstəricisi kişilərinkindən daha çoxdur.
 
Dünyadakı qadınların 1/3-i (35%) fiziki və ya cinsi zorakılıq zamanı yoluxurlar.
Fiziki və ya cinsi zorakılığa məruz qalan qadınların İİV infeksiyasına yoluxmağa digər qadınlardan daha
çox meyllidirlər.
 
 
Əsas əhali və onların cinsi partnyorları bilməlidirlər ki:
-Dünyada İİV infeksiyasının 54%-nin
-Şərqi Avropa və Mərkəzi Asiyada yeni İİV infeksiyalarının 95%-dən çoxunun
-Orta Şərq və Şimali Afrikada yeni İİV infeksiyalarının 95%-i
-Qərbi Avropa Mərkəzi Avropa və Şimali Amerikada yeni İİV infeksiyalarının 88%-nin
-Asiya və Sakit Okeanda yeni İİV infeksiyalarının 65%-nin
-Qərbi və mərkəzi Afrikada yeni İİV infeksiyalarının 47%-nin
-Şərqi və Cənubi Afrika yeni İİV infeksiyalarının 25%-nin daşınıldığı qeydə alınıb.
 
 
 
İİV/Vərəm (Tuberkuloz)
 
 
QİÇS-in törətdiyi xəstəliklər nəticəsində ölənlərin əksəriyyəti təxminən 1/3-i vərəmdən dünyasını
dəyişmişdir.
 
 
2017-ci ildə 10 milyon(9.0-11.1 milyon) vərəm xəstələrinin təxminən 9%-də İİV infeksiyası aşkar olunub.
 
 
İİV infeksiyası ilə yaşayan ,lakin vərəm simptomları olmayan insanların da vərəm profilaktikası vacibdir
çünki, bu, vərəm riskini və eləcə də İİV-dən yaranan ölüm hallarını 40%-ə qədər azaldır.
 
Qeyd olunur ki, eyni zamanda İİV və vərəmdən əziyyət çəkən insanların 49%-i bundan xəbərdar
olmadığına görə onlara xüsusi qayğı göstərilmir.
 
 
İnvestisiyalar
 
 
2018-ci ildə ABŞ 2017-ci ildən təxminən 1 milyard az- 19 milyard ABŞ dolları dəyərində aşağı və orta gəlirli ölkələrə yardım göstərib.
 
 
2018-ci ildə İİV üçün aşağı və orta gəlirli ölkələrdə ümumi mənbənin təxminən 56%-i yerli mənbədən idi.
 
 
UNAİDS 2020-ci ildə mübarizənin 26.2 milyard ABŞ dolları
tələb edəcəyini bildirir.
 
 
     Hazırladı:
Afaq Məmmədova
PAYLAŞ

Oxşarlar

2020-ci ilin büdcəsi: istiqamətlərin detalları- (AÇIQLAMA)

2020-ci ilin büdcəsi: istiqamətlərin detalları- (AÇIQLAMA)

10 Dekabr 2019

Milli Məclis noyabrın 13-də 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.   2020-ci ilin dövlət bü… ƏTRAFLI

 “Trol fabriki” necə işləyir? - Tərcümə

“Trol fabriki” necə işləyir? - Tərcümə

08 Dekabr 2019

"Trol fabrikləri" nə üçün fəaliyyət göstərir və sosial şəbəkələrdə onların üzvləri ilə qarşılaşıldıqda nə etməl… ƏTRAFLI

Türk filmlərinin Azərbaycan izdihamı: beynimizi necə

Türk filmlərinin Azərbaycan izdihamı: beynimizi necə "fəth edirlər"?

30 Noyabr 2019

Türklər Azərbaycanda hansı filmləri nümayiş etdirir?   Noyabrın 25-də Nizami Kino Mərkəzində beşinci “Türk filmləri həftəs… ƏTRAFLI