Günün nəbzi

Dil, siyasət və coğrafiya – Kimin dili hara qədər “uzanır”?

Ölkənin gücü təkcə iqtisadiyyatının möhkəmliyi və ya ordusunun qüdrəti ilə məhdudlaşmır. Ölkənin yumşaq güc amillərindən biri də onun dövlət dilinin başqa ölkələrdə yayılması, həmçinin xaricdə bu dilin tədrisinin dəstəklənməsidir. Yəni, başqa sözlə desək, ölkənin  “dilinin uzun” olması onun siyasətinin gücündən və dilinin olduğu torpaqlardakı qüdrətindən xəbər verir.

 

Dillərin coğrafi paylanması xalqların köçü, müstəmləkəçilik və dinin yayılması ilə yaxından əlaqəlidir. Məsələn, romalılar imperiyaları böyüdükcə, latın dilindən istifadəni bütün Avropada və Aralıq dənizi hövzəsində yaydılar. Latın dili ümumi istifadədən çıxıb, amma hələ də əksər ən çox danışılan dillərin əsasını təşkil edir.

 

Dünya dillərinin və rus dilinin dünyada, 2018-ci ildəki vəziyyətinə dair Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi hesabat dərc edib.

 

Hesabatdan da göründüyü kimi, dünyada rus dilinə maraq kəskin şəkildə, iki dəfə azalıb. Məsələn, 1990-cı ildə dünyada rusca öyrənənlərin sayı 74 milyon nəfər idisə, hazırda bu rəqəm 38 milyon nəfər təşkil edir.

 

Ən çox istifadə edilən dil Çin dili olsa da, ən çox öyrənilən dilin ingilis dili olduğu da müəyyənləşib.

 

 

Bəs, dünya əhalisinin ən çox istifadə etdiyi dil hansıdır? Bu suala Dünya İqtisadi Forumunun araşdırması maraqlı cavab verib. Məlum olub ki, indiyə kimi dünya əhalisinin ən çoxu Çin dilində danışır. Çinin müxtəlif dialektləri bir milyarddan artıq insanın ana dili hesab olunur. Onlardan ən çoxu Çində yaşayır, lakin bütün Asiyada Çin dilində danışan ölkələr vardır.

 

İngilis dili də insanlar arasında lider dilllər arasındadır. Britaniya İmperiyası ingilis dilini bu günün qlobal dilinə çevirmişdir. Çünki ingilis dili dünyada 335 milyon insanın doğma dilidir. Amerika Birləşmiş Ştatlarında 225 milyon insan bu dildə danışır. Bu dil 110 ölkədə istənilən digər dildən daha çox danışılır.

 

 

İspaniyanın Latın Amerikasındakı müstəmləkəçilik tarixi də özü ilə güclü linqvistik miras qoymuşdur. İspan dili 35 ölkədə dogma dil kimi danışılır və hazırda dünyada 339 milyon insan bu dildən ilk dili kimi istifadə edir.

 

Ərəb dili də geniş şəkildə yayılmış dillərdən biridir. Bu dildə 60 ölkədə 242 milyon insan danışır. 

 

1.5 milyard və digər 126 milyon insan ya fransız, Çin ya da ispan dillərini öyrənir.

 

Əziz Əlibəyli

PAYLAŞ

Oxşarlar

2020-ci ilin büdcəsi: istiqamətlərin detalları- (AÇIQLAMA)

2020-ci ilin büdcəsi: istiqamətlərin detalları- (AÇIQLAMA)

10 Dekabr 2019

Milli Məclis noyabrın 13-də 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.   2020-ci ilin dövlət bü… ƏTRAFLI

 “Trol fabriki” necə işləyir? - Tərcümə

“Trol fabriki” necə işləyir? - Tərcümə

08 Dekabr 2019

"Trol fabrikləri" nə üçün fəaliyyət göstərir və sosial şəbəkələrdə onların üzvləri ilə qarşılaşıldıqda nə etməl… ƏTRAFLI

Dünya QİÇS ilə mübarizə günü - 1 Dekabr

Dünya QİÇS ilə mübarizə günü - 1 Dekabr

01 Dekabr 2019

1 dekabr  dünya QİÇS ilə mübarizə günüdür!     UNAİDS-in bununla bağlı hazırladığı hesabatı təqdim edirik: … ƏTRAFLI