Günün nəbzi

Beş dəqiqəyə Tomas Piketti və Marks

 

Arxasınca uzun növbələrin olmasına baxmayaraq,məsələnin mahiyyəti dəyişmir.Məsələ ondadır ki, yarım əsrdən də əvvəltələbəinqilabının alovlandığı San-Mişel bulvarındakı Hibert Cozef adına kitab mağazasının önündə uzun növbələrdə dayanan oxucular bu gün Tomas Pikettinin yeni kitabı –“Kapital və İdeologiya”nın yanından qorxaraq ötüb keçirlər. Bu kitabözündən əvvəlki, ümumi tırajı 2,5 milyon nüsxə ilə satılan bestseller - “XXI əsrdə Kapital” əsəri kimi eynilə qalındır, lakin daha yumuşaq üzlükdə və 25 avrodur. Düzdür, bir qədər bahadırvə istər-istəməz, düşüncə yaradır–almağa dəyərmi? Lakin görünür, insanlar alırlar çünki kassa qaşısında növbədə gözləyən gənclər məhz bu barədə söhbət edərək Tomas Pikettini müzakirə edirlər...

 

Kitab ingilis dilində hələ 2020-ci ilin martında işıq üzü görəcək və əslində yalnız o zaman artıq ədalətsizliklə mübarizə aparan “Harri Potter”in müəllifi kimi, sözün əsl mənasında, zənginlik və məşhurluğa qovuşacaqdır...

 

Belə bir hal vardır ki, hər bir naşir kitab çapında və satışında hər zaman axtarışda olaraq öz “Con Roulinq”ini tapmaq və bu yolla kitabları sataraq qalan həyatını çox çalışmadan daha rahat keçirmək istəyir. Bu mənada, Pikettinin artıq populyar sosial elmlər sahəsində “Con Roulinq”ə çevrildiyini demək mümkündür. “Seuil” nəşriyyatının da bu anlamda bəxti gətirib…Sosial elmlər üzrə ali məktəbin tədqiqatlar üzrə direktoru da Pikettinin “XXI əsrdə Kapital” əsərindən sonra onun bütün yazılarını, qələmindən çıxan hər bir əsəri yenidən nəşr etdirdi, “Anti-Piketti”, “Pikettidən Sonra”, Qısaca Piketti” adlı toplular çap edildi.

 

Qərb insanları (nəinki, sadəcə qərblilər) düşünürlər ki, müasir dövrdə kompas artıq itib. Axı onlar, əvvəlcə, cavab axtarışında olarkən Karl Marksın “Kapital”ını oxumağa başladılar. Amma əslində isəbu kitabın nə olduğunu tam olaraq başa düşə bilmirdilər… Bu, sovet dövrünün hər hansı bir onilliyində yaşamış istənilən tələbənin xatırladığı kimi, seminarlarda kapitalizmin siyasi-iqtisadiyyatına dair keçirilən əziyyət üsulu idi və ya Aleksandr Zinovyevdən Evald İlenkova qədər geniş sovet filosof cəmiyyətinin “Kapital”ın üç cildi əsasında formalaşdırdıqları özlərinə məxsus hansısa fərziyyələrin irəli sürülməsi üslubu idi. Sovet dövrünün akademik karyeralı istənilən iqtisadçısı “Kapital” əsərinin məzmunu ilə sitat gətiriləcək səhifə və sətirlər daxil olmaqla yaxından tanış idi. Elə məhzbuna görə də, o əsərdən heç nə qavramayanmüasir insanartıq “XXI əsrdə Kapital” əsərinəüz tutdu, o əsərdə ki, Paris iqtisadiyyat məktəbinin görkəmli professoru Tomas Piketti özünü yeganə həqiqi elmin coşqun saqqallı banisi ilə müqayisə edirdi. Çünki o? artıq XXI əsrin Marksına çevrilmişdi – mükəmməl marketinq yolu ilə.

 

Tomasın yeni kitabı əslində bütün dövrlərdə vərejimlərdə ideologiya cəhətdən bərabərsizliyə haqq qazandırmaq barədədir. Hələ keçmiş rejimlərdə Avropa, müstəmləkədə olan Hindistan, Çin İmperiyası üçlük sistemi əsasında formalaşdırılmışdı: hərbçilər, vəzifə qulluqçuları və intellektuallar. Avropa cəmiyyətlərində bu triada daha dəqiq olaraq belə görünür – oratores (elçilər və ya nümayəndələr, burada daha çox ibadət edənlər/din xadimləri və dini qurumları təmsil edir, məsələn, Kremlin, federal kanalların və Rus Provaslav kilsəsinin qarışıq idarəetmə üsulu), bellatores (hərbi sinif və qurumlar, məsələn, Rusiya Federal Müdafiə Xidməti, Federal Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Rusiya Federasiyasının Axtarış-Təqib Komitəsi) və lavoratories – çalışanlar. (Yeri gəmişkən, bu sıraya digər bir qrupda əlavə olunmalıdır – Marksı oxuyanlar və onun “birinci sinif düsturu”nu (qılınc və əbanın qəddarcasına ibtidai hakimiyyəti) xatırlayanlar). Görünür, hər şey bizə qədər artıq aydın yazılıb – bu həqiqətdir ki, cəmiyyət belə də qurulub.Hər şey Nikolay Loxovun heç vaxt populyar olmayan “Avtokratiya piramidası” plakatı ilə müqayisədə daha mürəkkəb, eyni zamanda, iyerarxik səciyyə daşıyan “Biz sizin üzərinizdə hökm sürürük”, “Biz sizi idarə edirik”, “Biz sizə atəş açırıq”, “Biz sizi aldadırıq” ideyaları ilə tam uyğunluq təşkil edir. Altında isə “Biz sizin üçün işləyirik”, “Biz sizin rifahınıza xidmət edirik” şüarlarıdır. Budur, “Kapital və ideologiya” eyni tabloda.

 

Piketti qeyd edir ki, Böyük Fransız İnqilabından sonra, üçlük sistemi əsasında qurulan cəmiyyət mülkiyyətçilərin cəmiyyəti ilə əvəzlənir – mülkiyyət hüququ iyerarxik harmoniyaya bürünür. Əsasında mülkiyyət hüququ dayanan bərabərsizlik erası başlayır, ideologiyanın təntənəsi “mülkiyyətçilik” ("proprietariste") hökm  sürür. Lakin sonrakı dövrdə Reyqan və Tetçer ilə birlikdə “yeni mülkiyyətçilik/qeyri-mülkiyyətçilik” ("la politique neoproprietariste") kimi ideologiyalarla bərabərsizlikdən xilas olma cəhdlərinin vüsət aldığı era (1980-ci illər) başlayır. Bərabərsizliyin hərbi yolla legitimləşdirilməsini bazar üsulu əvəzləyir. Bu gün isəPikettini o narahat edir ki, “sol brahmanlar” (sol partiyanın üzvləri, çalışan sinfi təmsil etməyən yüksək təhsilli şəxslər) sağ bazar iqtisadiyyatçıları ilə birləşirlər, beləliklə də, biz hansısa formada Emmanuel Makronun şəxsində nümunələr görə bilirik.

 

Yeni sistemdə həmçinin Pikettinin sosial-milliyətçi olaraq adlandırdığı populistlər (psevdo-sosial ritorikanı mənfi alətə çevirən, immiqrasiya ilə mübarizə aparan) də vardır. Burada artıq sosial yönümlü alyans və irqçilik hallarının artması filirləri yer alır. Başqa sözlə, deyildiyi kimi, milliyyətçi sosializm erası. Daha sonra,  Pikettinin öz məntiqi yavaşlayaraq özünün proqramının “pozitiv” hissəsində tamamilə zəifləyir. Burada, əlbəttə, kəndli sinfin tam ləğv edilməsi ideyası yox, çox da yeni olmayan zənginlərin mülkiyyətlərinə proqressiv olaraq 50-60 və 90 faizlik vergi qoyulması təklifiirəli sürülür. Bu fikir hansısa formada, bərabərsizliyin yox edilməsi və mülkiyyətin bərabər bölüşdürülməsinə aparal yol kimi nəzərdə tutula bilər, lakin bu halda sual meydana gəlir - bu üsul hərtərəfli vergilərə məruz qalan varlı təbəqəsinin maaşları azaltmasına gətirib çıxarmaqla bərabər, işçi ixtisarına da səbəb olaraq bərabərsizliyi daha da artıran hala çevrilməyəcəkmi?!

 

Pikettinin digər bəzi fikiləri də mövcuddur ki - müvəqqəti mülkiyyətçilik, iştirakçılıq sosializmi, sosial-federalizm… (Bir neçə il bundan öncə o, intellektuallar qrupu ilə birlikdə Avropa idarəçilik sistemində dəyişiklik etmək təkliflərini irəli sürdü lakin bu təkliflərin idarəçilikdə tətbiq edilməsi olduqca çətin idi; əsasən ona görə ki, bu təkliflərdəki tətbiq üsulları Avropada artıq mövcud olan demokratiya mexanizmlərindən əsaslı şəkildə fərqlənmirdi, eyni zamanda, mülkiyyətin vərəsəlik hüququnun çox sərt qaydalarını özündə ehtiva edird). Lakin Piketti öz konsepsiyasını səbəbsiz yerə “kapitalizmin öhdəsindən gəlmək“kimi adlandırmır. Böyük humanist alim İohan Heyzinqin də dediyi kimi, “bütün yüksək mədəniyyətlər” mülkiyyət və varislik hüququ üzərində qurulmuşdur. Beləliklə, Piketti bu anlamda fikrinə son nöqtəni qoymuş olur.

 

Professorun haqlı olduğu bir məqam ondan ibarətdir ki, bərabərsizliyin aradan qaldırılmasında açar yalnız təhsildədir. Ancaq ümumi olaraq, Pikettinin bir alim kimi bütün heyrətamiz yaradıcı təfəkkürünə baxmayaraq, onun bütün təklifləri sadəcə 1968-ci ilin San-Mişel bulvarına yaraşan sosializmə dair kiçik broşuraya sığacaq qədərdir, hansı ki, o da,may ayında yaranıb (lakin tələbə inqilabından üç il sonra). Baxmayaraq ki, kitabda 1232 səhifə mövcuddur, lakin Piketti özü və onun kitabının cildi – bu yalnızca, Marksın beş dəqiqə ərzində qavranıla biləcək şəkildə təzahürüdür.

 Hazırladı:

Aytən Babayeva

 

PAYLAŞ

Oxşarlar

Lentlərin apardığı müharibə

Lentlərin apardığı müharibə

27 Oktyabr 2019

Qarabağ münaqişəsinə həsr olunan filmlərə dair internet resurslarında sayı 20-yə çatan bədii nümunələrdən savayı informasiya məkanında k&uu… ƏTRAFLI

Əhalini niyə sayırlar?

Əhalini niyə sayırlar?

19 Oktyabr 2019

Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyasının müəyyənləşdirməsinə görə “Əhalinin siyahıyaalınması- müəyyən olunmuş… ƏTRAFLI

İlham Əliyevin “Nida” formulu və Paşinyan üçün “Üç nöqtə...”

İlham Əliyevin “Nida” formulu və Paşinyan üçün “Üç nöqtə...”

04 Oktyabr 2019

"Sizi görməyə çox şadam. Biz çoxdandır ki, görüşməmişik. Lakin şəxsi görüşlərimizdə, əlaqələrimizdə fasilə ol… ƏTRAFLI