Yuxarıya
skip to main content

Tahirə Allahyarova

İdarə Heyətinin üzvü
Prezident İlham Əliyevin Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin müdiri, professor Tahirə Allahyarova STM-in İdarə Heyətinin üzvü təyin edilib. Tahirə Allahyarova “Sosial fəlsəfə” ixtisası üzrə elmlər doktoru, “Milli təhlükəsizlik və hərbi humanitar elmlər” ixtisası üzrə professor elmi dərəsəcinə malikdir. Professor T.Allahyarova 16 elmi monoqrafiyanın, ölkədə və xaricdə çap olunmuş 200-dən çox elmi məqalənin müəllifidir. Çoxsaylı beynəlxalq elmi konfrans və simpoziumlarda məruzəçi və iştirakçı qismində təmsil olunmuşdur. Sosial elmlər sahəsində 30 ilə yaxın pedaqoji fəaliyyət stajına malikdir. Professor T.Allahyarova AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Elmin İnkişaf Fondunun eksperti kimi təmsil olunur. AMEA-nın “Psixologiya və sosiologiya” üzrə elmi şurasının üzvü, Təhsil Nazirliyi yanında “Humanitar və sosial ixtisaslar” üzrə yeni kurrikulumla bağlı işçi qrupun üzvüdür. T.Allahyarova Azərbaycanın ictimai və siyasi həyatında səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalları ilə təltif edilib. İngilis,rus, dillərini bilir. Ailəlidir, üç övladı var.