"Sosial tədqiqatlar" jurnalı

“Sosial tədqiqatlar” jurnalı 2019-cu ildə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən təsis edilib.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 06 avqust 2019-cu il tarixində 4248 qeydiyyat nömrəsi ilə dövlət reyestrinə alınıb. Müstəqil, resenziyalı, elmi nəşrdir. Jurnalda əsasən sosiologiya, psixologiya, iqtisadiyyat, hüquq və fəlsəfə kimi ictimai və humanitar elm sahələrinin ümumkonseptual məsələlərini elmi-metodoloji cəhətdən ifadə edən, müəlliflərin yeni ideya və yanaşmalarını əks etdirən elmi-analitik məqalələr dərc olunur.