Hesabatlar

Azərbaycanda siyasi mədəniyyətin ümumi xarakteristikası

Qarşılıqlı siyasi fəaliyyətlər sistemi, obrazlı dillə deyilərsə, istənilən cəmiyyətin “əsas platası”nı təşkil edir. Siyasi mədəniyyət isə bu sistemin əsas tənzimləyicisi rolunda çıxış edir. Yeri gəlmişkən, S.Verba da bunu belə əsaslandırıb. Cəmiyyətin siyasi reallıqları siyasi subyektlərin siyasət mədəniyyəti səviyyəsinin göstəricisidir. Bəs, postsovet ölkələrində siyasi mədəniyyətin xarakteristikası necədir və hansı səciyyəvi xüsusiyyətlərə malikdir sualı meydana çıxdıqda isə “Avrasiya Dialoqu” Xeyriyyə Fondu və “Avrasiya Monitoru” Beynəlxalq Araşdırmalar Agentliyi (QHT) əməkdaşlıq çərçivəsində bu suala cavab tapılması istiqamətində uğurlu addım atıb. Ümumən, tərəfdaşlıq çərçivəsində 2004-cü ildən etibarən “Avrasiya Monitoru” Agentliyi Şimali Avrasiya məkanında instensiv araşdırmalar aparır. Araşdırma istiqamətlərindən birini isə dörd postsovet ölkəsi olan Azərbaycan, Belarus, Qırğızıstan və Moldovada siyasi mədəniyyətin xüsusiyyətlərinin öyrənilməsi təşkil edir. Buna əsasən qeyd edilən araşdırmaların istiqamətlərinə müvafiq olaraq adıçəkilən mövzuda keçirilmiş sosioloji tədqiqatın nəticələri əsasında yekun analitik hesabat hazırlanıb. Hesabatın Azərbaycana aid olan hissəsində siyasi institutların, ölkənin siyasi-mədəni dəyərləri və onların postsovet dövründə inkişaf tendensiyaları haqqında diqqətçəkən nəticələr təqdim olunur. Aşağıda isə sözügedən hesabatın müəyyən təsbitləri öz əksini tapır.

 

Qeyd edilən hesabatda, ilk növbədə, Azərbaycan siyasi mədəniyyətinin hansısa unikal xüsusiyyətlərinin möcudluğu faktının bütün ekspertlər tərəfindən təsdiqlənmədiyi nəzərə çarpır. Respondentlərin bir qismi isə vurğulayır ki, Azərbaycanda siyasi mədəniyyət onu digər dövlətlərin fonunda fərqləndirən özünəməxsus keyfiyyət cizgiləri daşıyır:

 

“Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşən özünəməxsus bir ölkədir. Ərazisinin əhəmiyyətli hissəsi Asiyaya aid olsa da, Azərbaycan Avropa ölkəsidir. Təbii olaraq, bu bizim mentalitetimiz üçün də ciddi məna və əhəmiyyət kəsb edir. Biz əsaslı surətdə digər ölkələrdən fərqlənirik, belə ki, millilik xüsusiyyətlərinə malik siyasi mədəniyyətimiz tarix və ənənələrdən bəhrələnir”.

 

Mütəxəssislər isə bu mövzuda iki mövqedən çıxış edirlər. Bir qrup ekpert Azərbaycanın siyasi mədəniyyətini ümumilikdə postsovet məkanında mövcud olan siyasi mədəniyyət istiqamətlərindən geniş mənada fərqləndirmir: “Postsovet məkanında yeni keyfiyyətləri özündə birləşdirən siyasi mədəniyyət SSRİ-nin süqutundan sonra 90-cı illərin əvvəllərində formalaşmağa başladı. Demək olar ki, bütün dövlətlər oxşar tarixi proseslərdən keçdilər. Hansısa daha uğurlu yolla, digərləri isə daha mürəkkəb formada. Lakin, bu, qeyd edilən mövzu ilə bağlı əsaslı dəyişikliklərin mövcudluğu və ya dərin fərqlilik xüsusiyyətləri daşıyan siyasi mədəniyyət formalarının bərqərar olmasına imkan yaradan prosesə çevrilmədi”.

 

İkinci nöqteyi-nəzərdən çıxış edən ekspert qrupu isə belə hesab edir ki, Azərbaycanda siyasi mədəniyyətin özünəməxsus xüsusiyyətlərinin digər dövlətlərlə müqayisədə geri qalan tərəfləri və ya qeyri-mövcudluğu qloballaşma tendensiyasının təsiri altında şərtlənib. Belə ki,  bu qrup qeyd edir ki, Azərbaycan:

 

“Hazırki situasiyada qloballaşma dövrünün siyasi mədəniyyəti haqqında söhbət getdikdə, dövlətləri bu mənada bölgü ilə təsnifləndirmək düzgün deyildir. Bu baxımdan, milli siyasi mədəniyyətə dair konkret sualla çıxış edilməsi də sözügedən mənada məqsədəuyğun hesab edilmir”.

 

“Mən belə hesab edirəm ki, bütövlükdə, digər ölkələrdə siyasi mədəniyyət sistemində mövcud olan faktorlar Azərbaycan Respublikasının siyasi mədəniyyət sisteminin işləmə mexanizmində də əsaslı formada fəaliyyət göstərir və bu amillər dövlət və ictimaiyyət üzərində böyük təsirə malikdir”.

 

Ümumi olaraq hesabatın yekun nəticələrinə əsasən belə qeyd olunur ki, əgər Azərbaycan siyasi mədəniyyətinin özünəməxsus cizgiləri haqda qənaət mövcuddursa, onda bu, bir qayda olaraq aşağıdakı əsas amillərlə əlaqəlidir:

 

Geosiyasi vəziyyət

 

Yalnız coğrafi yerləşmə amili deyil, həmçinin, müəyyən ölkələrlə qarşılıqlı münasibətlərin forması da siyasi mədəniyyətin xüsusiyyətləri üzərində təsirə malik olan fakt kimi çıxış edir. Azərbaycanın qonşu dövlət tərəfindən təcavüzkarlığa məruz qalması faktı da, o cümlədən, siyasi mədəniyyətin təzahürü üzərində fərqliliyə malik cizgilərin formalaşmasına müəyyən anlamda təsir edən amildir. Bununla bağlı, insanlar müəyyən məqamlarda belə mövzu ətrafında, ələlxüsus Dağlıq Qarabağla bağlı vəziyyətlə əlaqədar məsələdə öz fikir və düşüncələrini ifadə edərkən daha çox emosional formada çıxış edirlər.

 

Tarixi gedişat əsasında formalaşan digər dövlətlərin təsiri amili

 

Azərbaycan bütün sosial-siyasi tarixi ərzində maraqlar və xarici aktorların təsir dairəsinin kəsişdiyi ərazi olub. Belə şərtlər daxilində onun siyasi mədəniyyətinin əsas xüsusiyyətləri ortaya çıxıb: “Şübhəsiz ki, Azərbaycanın əsrlər ərzində tarixi əlaqələrinin mövcud olduğu müəyyən xarici dövlətlərin təsirləri də burada istisna edilmir. Bu dövlətlər əsasən Rusiya və Türkiyədir. Lakin eyni zamanda, İranı bu prosesdə kənarda saxlamaq mümkün deyildir, çünki Azərbaycanın bu ölkə ilə tarix boyu müxtəlif formalarda əlaqə və bağları mövcud olub. Belə şəraitdə, Azərbaycanın siyasi mədəniyyətinin bir növ fərqli mədəniyyətlərin simbiozu olduğunu demək mümkündür. Bu mövzuda, ölkənin nəinki siyasi, bütövlükdə ümumi mədəniyyətində dərin izlər saxlamış Sovet dövrünü də yaddan çıxarmamaq gərəkdir”.

  

İqtisadi şərait

 

Əhəmiyyətli həcmdə təbii ehtiyatlarının mövcudluğu və mübahisəolunmaz iqtisadi uğurlar, həmçinin, digər amillərin təsiri altında Azərbaycan siyasi mədəniyyətində özünəməxsus keyfiyyətlərin formalaşması da, öz növbəsində, mövzu istiqamətində mühim rol oynayan vacib məqamlardır.  “Azərbaycan keçmiş Sovet respublikaları ilə müqayisədə, hətta Sovet hakimiyyəti dövründə belə zəngin ölkə kimi qəbul edilirdi. Müstəqilliyinin bərpasından sonra da bu amil ümumilikdə Azərbaycan ictimaiyyətinin və həmçinin siyasi mədəniyyətin xarakteristikasının yeni xüsusiyyətlərinin formalaşmasında rol oynayan faktora çevrildi”.

 

Din amili

 

Din faktoru Azərbaycan cəmiyyətinin gedişat modelini, eyni zamanda, cəmiyyət və hökumət arasındakı əlaqədə qarşılıqlı təsirləri müəyyən edən amil kimi müxtəlif səviyyələrdə proseslərə müvafiq olaraq çıxış edib.

 

Multikulturalizm və tolerantlıq

 

Dözümlü, nəzarəti saxlayan və impulsiv olmayan siyasi xətt – bunlar, sorğu aparılan ekspertlərin əksəriyyəti tərəfindən qeyd edilən mövzu ilə əlaqəli  vurğulanan araşdırma predmetinin əsas xüsusiyyətlərindəndir. Ukrayna siyasi mədəniyyəti nümunəsinə nəzər saldıqda, orada deputatlar arasında yaşanan daimi skandalların, baş verən qarşıdurma və yolverilməz halların şahidi olmaq mümkündür. Belə proseslər bizim ölkədə siyasi hal kimi özünü göstərmir. Burada siyasi proseslərin iştirakçıları, həmçinin, vətəndaşlar baş verən hadisələrin gedişatında daha dözümlülük nümayiş etdirirlər.

 

“Bizim ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələri çox rahat və sərbəst şəraitdə yaşayırlar. Bu, Azərbaycanda dövlət siyasi xətti və mədəniyyəti, eyni zamanda, xalqın tolerantlıq adət-ənənə və mədəni keyfiyyətinin özünəməxsusluğunun xüsusi göstəricilərindən biridir. Bundan başqa, cəmiyyətdə ünsiyyət proseslərində də dini mənsibiyyətə dair fərqliliklərlə bağlı hər hansı çətinliklərin yaşanması halları bir qayda olaraq mövcud deyildir. Bu, məsələnin qeyd edilən amillərindən təkcə biridir. Digər məqam isə ondan ibarətdir ki, ölkəmizdə digər etnik mənsubiyyət daşıyıcılarına münasibətdə qarşılıqlı surətdə hörmət çərçivələri daxilində yanaşma ənənəsi daim mövcudluğunu davam etdirir”.

 

“Multikulturalizm ənənələri və müvafiq dövlət siyasi xətti çərçivəsində ölkədə digər dinlərin nümayəndələri rahatlıqla həyatlarını davam etdirə bilirlə; çoxluğa malik provaslav, yəhudilik və katolik dinlərinin təmsilçiləri sərbəst şəraitdə yaşayışlarını davam etdirirlər. Belə şərait artıq Azərbaycan cəmiyyətinin və siyasi mədəniyyət cizgilərinin brendinə çevrilmişdir. Bu isə öz növbəsində, xarici əlaqələr, ictimai proseslərin inkişafı və ölkədə qərarqəbuletmə prosesində özlüyündə təsiredici rola malik faktora çevrilə bilir”.

 

Neytrallıq siyasəti və qonşuluq amili

 

Ekspertlər Azərbaycanın Şərq və Qərblə eyni şəkildə sülh şəraitində yaşamaq və əməkdaşlıq etmək məqsədi və strategiyasını tədqiqatın mövzusu daxilində xüsusi olaraq qeyd edirlər:

 

“Azərbaycanın xarici siyasət xətti bütün dövlətlərlə, o cümlədən, qonşu ölkələrlə sülh şəraitində mövcud münasibətləri qorumaq və əməkdaşlıq prinsiplərinə riayət edilməsi strategiyasına köklənib – bu, onun siyasət və diplomatiya xəttinin əsaslarını təşkil edir. Çoxvektorlu siyasət xəttinə uyğun olaraq ölkə ilə əməkdaşlığa can atan xarici dövlətlərə isə bu məsələdə ikili standartlar tətbiq edilmədən daim geniş imkanlar yaradılır”.

 

Tərcümə:

Aytən Babayeva

 


(ardı var)

 

PAYLAŞ

Oxşarlar

"İnam İndeksi" jurnalı

20 Noyabr 2019

Sosial Tədqiqatlar Mərkəzi  “İnam indeksi” jurnalının oktyabr buraxılışında sözügedən məsələləri əhatə edən “Prezidentin f… ƏTRAFLI

Konvensional və qeyri-konvensional siyasi iştirak- (Dördüncü Hissə)

Konvensional və qeyri-konvensional siyasi iştirak- (Dördüncü Hissə)

18 Noyabr 2019

Ekspertlərin əksəriyyətinin fikrincə, Azərbaycan əhalisi siyasi iştirakda aktivlikdən kənar qalmağa üstünlük verir:   “Siyasət elə… ƏTRAFLI

Səciyyəvi, qəbul edilən və edilməyən siyasi təcrübə- (Üçüncü Hissə)

Səciyyəvi, qəbul edilən və edilməyən siyasi təcrübə- (Üçüncü Hissə)

14 Noyabr 2019

Azərbaycanda siyasi institutların funksional fəaliyyəti ekspertlər tərəfindən əsasən yüksək qiymətləndirilir:   “Azərbaycanda mərkəzləş… ƏTRAFLI