Məqalələr

Xaricdə təhsil: maraqlı nüanslar

avatar
Elnur Çıraqov
2020-03-13

İqtisad Universitetində bakalavr, Ankara Universitetində magistr dərəcəsi alıb. Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun politologiya və inzibati idarəetmə ixtisası üzrə doktorantıdır. Tədqiqat sahələri siyasi və idarəçilik nəzəriyyələrini, ictimai sfera və sosial-iqtisadi mövzuları əhatə edir.

Dünya bazarında ölkələr əsas investisiya qoyuluşunu insan kapitalına yönəldərək yüksək ixtisaslı kadr təminatına nail olmaqla xarici rəqabətdə qabaqcıl yerləri tutmağa çalışırlar. Bu sahədə inkişaf tendensiyaları onilliklər ərzində dəyişməklə yanaşı əsas hədəf kimi mütərəqqi ölkələrin üstün təcrübəsinin öyrənilməsi dəyişilməz olaraq qalır. Bu mənada beynəlxalq müstəvidə tələbə axını sahəsində ölkələrarası mövcud tendensiya onların dünya bazarındakı gələcək mövqeləri haqqında təsəvvürlərin formalaşmasına imkan yaradır, həmçinin ölkələrin milli-ideoloji baxımdan təsir istiqamətləri barədə də ipucları verir.

Qlobal tələbə axını sahəsində əsas trendləri müəyyən etmək məqsədilə dünyanın müxtəlif regionlarından mütərəqqi ölkələrin informasiya dəstəyi əsasında NOUS Group tərəfindən hazırlanan 2019-cu il, dekabr ayı tarixli International Higher Education Student Flows hesabatı tələbə axını sahəsində beynəlxalq mənzərəni gözlər önünə sərir. Belə ki, hesabata əsasən xaricdə ali təhsil alan 5,5 milyon tələbənin ən çox üz tutduğu ölkələr arasında ilk üçlükdə ABŞ (19,6%), Böyük Britaniya (8,9%), Avstraliya (6,7%) qərarlaşıb. Bunları ardıcıl olaraq Rusiya (4,7%), Fransa (4,6%), Almaniya (4,2%), Yaponiya (2,9%), Kanada (3,7%) izləyir.

Tələbə axınının əsas mənbəyi rolunda ardıcıl olaraq Çin (19,6%), Hindistan (6,8%), Cənubi Koreya (2,3%), Almaniya (2,2%), Nigeriya (2,2%), Qazaxıstan (2,1%), BƏƏ (2,1%), Fransa (1,9%) çıxış edib. Həmçinin qeyd etmək yerinə düşər ki, ötən illərlə müqayisədə Böyük Britaniya, Avstraliya, Fransa kimi ölkələrə tələbə axınında azalma qeydə alınarkən, Rusiya, Almaniya, Kanada, Çin, Niderland kimi ölkələrə tələbə axını nisbətən artıb. Cənubi Koreya, Almaniya kimi ölkələrdən təhsil məqsədilə xaricə üz tutan tələbə sayı ötən dövrə aid göstəricilərlə müqayisədə nisbətən azalarkən, Qazaxıstan, BƏƏ, Hindistan kimi ölkələrdə artım müşahidə olunub.

 

(Source: International Higher Education Student Flows Report)

 

 

UNESCO-nun Statistika qurumunun informasiya portalına yerləşdirdiyi məlumata əsasən, 2017/2018 tədris ili üzrə xarici ölkələrdə müəyyən olunan rəqəmə yaxın, yəni 40452 nəfər azərbaycanlı tələbə bakalavr pilləsi üzrə təhsil alır. Müqayisə üçün qeyd edək ki, həmin tədris ili üzrə yerli ali məktəblərimizə qəbul olan tələbə sayı cəmi 37624 nəfər təşkil edib.

 

Aşağıdakı qrafik ali təhsil üzrə xarici ölkələrə üz tutan azərbaycanlı tələbə sayını, xarici ölkələri və ölkəmizə gələn xarici tələbə sayını göstərir.

 

 

Qrafikdən göründüyü kimi, azərbaycanlı tələbələrin ali təhsil  məqsədilə ən çox tutduğu ölkələr sırasında Türkiyə, Rusiya Federasiyası, Ukrayna, Gürcüstan ön sıralarda qərarlaşır. Onları ardıcıl olaraq Almaniya, Böyük Britaniya, Belarusiya, İtaliya və digərləri izləyir.

 

Buradan belə bir nəticəyə gəlmək olar ki, tələbələrin cəmi 6-7%-i dünyanın mütərəqqi, inkişaf etmiş ölkələrində təhsil alırlar. 

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI