logo
AZ

Məqalələr

Sahibkarlıq faizi və sosial rifah qarsısında nisbət

avatar
Zaur Əfəndiyev
2019-10-25

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində sosial psixologiya ixtisası üzrə bakalavr və magistr təhsili almışdır.

Ölkə başçısı son təyinatlarla bağlı çıxışında iqtisadiyyatın struktur quruluşundan bəhs edərkən haqlı olaraq hökumət orqanları qarşısında sahibkarlıqla əlaqədar mühüm vəzifələr qoydu. Söhbət ilk növbədə kiçik və orta sahibkarlığın dünyadakı göstəricilərlə müqayisədə aşağı göstəricilərindən gedir.

Kiçik bir analizlə sübut etmək olar ki, nə üçün kiçik və orta sahibkarlığın (KOS) vacibliyi bütün dünyada qəbul olunub.

 

İnkişaf etmiş ölkələrdə KOS həcmi bir qayda olaraq yetərincə yüksək olur. Kiçik və orta sahibkarılığın inkişafı yeni iş yerlərinin yaradılmasında və əhalinin əhəmiyyətli hissəsinin gəlir səviyyəsinin artmasına müsbət təsir edir, bununla da ölkənin ümumi sosial-iqdisadi vəziyyətinin yaxşılaşması təmin olunur. 

 

Bir sıra tədqiqatlar KOS sektorunun inkişafı göstəricilərinin əhalinin rifahı və ölkənin iqtisadi inkişafı ilə birbaşa əlaqəsinin olmasını göstərir.

 

Bundan əlavə, kiçik və orta sahibkarlığın artması iqtisadiyyatda rəqabətin də güclənməsinə səbəb olur. Məhsuldarlığı aşağı olan müəssisələr bazardan çıxır və istehsal gücü yüksək olan şirkətlər daha da inkişaf edir, bu da iqtisadiyyatdakı ümumi əmək məhsuldarlığının və ev təsərrüfatlarının gəlirlərinin artmasına gətirib çıxarır.

 

Kiçik və orta sahibkarlığın digər bir üstünlüyü kimi yeniliklərin məhz həmin qurumlarda əmələ gəlməsi göstərilir. Bekə ki, ABŞ-da aparılan araşdırmada KOS sektorunda böyük müəssisələrlə müqayisədə bir işçiyə 16 dəfə çox patent düşür.

 

KOS-un Azərbaycanda vəziyyətini qiymətləndirmək üçün bu sahənin vəziyyətini təsvir edən bəzi göstəricilərə digər dövlətlərlə müqayisədə nəzər yetirək. Aşağıda təqdim olunan qrafikdə bir tərəfdən KOS-un digər ölkələrin iqtisadiyyatında oynadığı əhəmiyyətli rolunu görürük. Digər tərəfdən, bu göstəricinin Azərbaycan üçün nə dərəcədə aşağı səviyyədə (6%) olmasını görürük.

 

 

 

Azərbaycan əhalisinin hər 100 nəfərinə düşən KOS sayına görə ABŞ-dan irəli olsa da hələ görüləsi işlər çoxdur.

 

Bu göstəriciyə görə təqdim olunan ölkələr sırasında ən qabaqda olan Çexiyadır.

 


Müxtəlif ölkələrdə KOS sektorunda çalışan işçilərin nisbətinin müqayisəsində də Azərbaycan iqtisadiyyatı üçün hələ qarşıda böyük vəzifələrin dayandığını aydın görmək olur.

 

Əgər Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində işləyənlərin nisbəti ümumi işləyənlərin beşdə birini keçmirsə, ABŞ və Rusiya istisna olmaqla, digər ölkələrdə onların payı yarıdan çoxdur.

 

Mövzu ilə bağlı ölkəmizdə aparılan sorğular vasitəsilə bir çox problemlərin həllinə nail olmaq mümkündür. İlk növbədə kadr ehtiyatlarının düzgün müəyyənləşdirilməsi çox vacib məsələdir. "PWC" təşkilatının Azərbaycan nümayəndəliyi ilin əvvələində CEO larla bağlı apardığı tədqiqatda diqqət çəkən məqamlar çoxdur, lakin bir nüans xüsusi önəm daşıyır.

 

 

2015-ci ildə 56% ilə 6-cı yerdə olan və hazırda 83% ilə ikinci yerdə qərarlaşan “biznesə inamın olmaması” və üçüncü mövqeyə düşən “istehlakçıların xərcləri və davranışlarında dəyişiklik” amilləri Azərbaycan CEO-larının biznes sahəsində narahatlıqların müəyyən dəyişikliklərə məruz qalmasını nümayiş etdirir. Buna baxmayaraq, səriştəli kadrların çatışmazlığı yerli və qlobal CEO-ların biznesi üçün əsas təhlükə olaraq qalmaqdadır. Mərkəzi və Şərqi Avropa ölkələrindən olan aparıcı rəhbərlər də bu narahatlığı bölüşürlər. Eyni ilə, “səriştəli kadrların çatışmazlığı” MŞA-da (Azərbaycan daxil olmaqla) və Asiya-Sakit Okean bölgəsində əsas təhlükə hesab olunmasına baxmayaraq, digər heç bir regionda ilk beşlikdə belə yer almayıb.

 

PAYLAŞ

Oxşarlar

Enerji sektorunun idxaldan ixraca gedən inkişaf yolu

Enerji sektorunun idxaldan ixraca gedən inkişaf yolu

21 Aprel 2021

19-cu əsrin 70-ci illərində Avropada sənaye inqilabının inkişafı bir çox ölkələrində olduğu kimi Azərbaycanda da iqtisadi sferada yeni formasiyan… ƏTRAFLI

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

20 Aprel 2021

Texnokratik subsistemin ekspansiyası bürokratiya daxilində yeni məntiq və mədəniyyətin inkişafı anlamına gəlir. Bu subsistemin məntiqi kəskin effektivli… ƏTRAFLI

Elm və media? Karl Saqan nümunəsi və...

Elm və media? Karl Saqan nümunəsi və...

19 Aprel 2021

İnsan təfəkkürünün sərhədləri elmi proqnozlaşdırmanın və publisistik medianın bizə illər öncə təqdim etdiyi nəticələri real olaraq g… ƏTRAFLI