Məqalələr

Rusiya: 1984-cü ildən 2084-cü ilədək

avatar
Aygün Yusibova
2019-09-24

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 2011-ci ildən bir sıra mətbuat orqanlarında esse və məqalələrlə çıxış edib. 2014-cü ildən mediada daimi çalışmağa başlayıb. Hazırda ictimai rəyin öyrənilməsi və təhlili sahəsində çalışır.

 

ABŞ seçkilərinə müdaxilədə ittiham olunan Rusiyada ən böyük sosial Big Data şirkətinin yaradıcısının erməni millətinə mənsub olması çox düşündürücüdür. Big Datanın “XXI əsrin nefti, ya da qızıl mədəni” olmasından daha çox bu sahədə qonşularımızın çoxsaylı  və fəal olması  dərin narahatlıq doğurur.

 

Beyin potensialını qorumaq yönündə - XXI əsrdə yetişəcək Lütfi-Zadələrin ABŞ-a, “S-400” raketlərini yaradan İqor Aşurbəylinin isə Rusiyaya getməsi dünya güclərinin imkanlarını daha da artırır, lakin bizə yalnız ad və təskinlik qalır.

 

Hər bir linkin izlənmə sayı və yazılan minlərlə şərh dediklərimizi sübut edir. Müasir dövrün Corc Oruelləri BÖYÜK TELEVİZORDAN DEYİL, bizi hər zaman müşaiət edən cihazlardan hər bir hərəkətimizi, eləcə də gələcək məramımızı çox rahatlıqla izləyə bilir. Qurulan matrisalarda hər şey var - bazarlıq edərkən kassaya təqdim etdiyimiz kartlardan tutmuş, aldığımız malların siyahısına qədər onların əlindədir.

 

Eləcə də səyahətlər, görüşlər, danışıqlar və sairəyə qədər bütün fəaliyyət trayektoriyamız, o cümlədən hər addımda ictimai paylaşıma çıxardığımız düşüncə məhsullarımız yad əllərdədir. "Beyin tomoqrafiyası”nın qeyri-tibbi yollarla çıxarılan forması...

Diqqətlə baxın, sonda verilən linkdə misirli rejissorların "Netflix"ə film çıxarması var... Bizdə bu potensial olmaya bilməz. Bəs necə üzə çıxarmalı?

  

P.S: Hazırda "Çernobıl"dan sonra "Netflix"də “Cambridge Analytica” mövzusunda misirli rejissorların: Kərim Əmir və Cahan Nuujamın (Karim Amer and Jehane Noujaim) çəkdiyi "The Great Hack" sənədli filmi dünya gündəmi olub. Burada  nəyin şokunu yaşamaq hər kəsin öz işidir: misirli müəlliflərin "Netflix"ə film çıxarmaq hünəri, yoxsa sosial şəbəkələrdə datalarla dünyanın necə idarə edilməsi?

 

 

Treyler:         

 

                              

 

The Great Hack Trailer (2019) Netflix

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI