logo
AZ

Məqalələr

Münaqişə dönəmlərində dövlət-vətəndaş münasibətlərinin sosioloji təhlili

avatar
Əfqan Vəliyev
2020-08-25

İstanbul Universitetinin Sosiologiya fakültəsinin məzunu, sosiologiya üzrə fəlsəfə doktoru.

"Azərbaycanda Yeniləşmə və Milliyətçilik Hərəkatı (1800 - 1918)", "Azərbaycan Siyasi Düşüncə Tarixi və Mirzə Bala Məmmədzadə", "Tarixdən Günümüzə Azərbaycan" adlı kitabların müəllifi.

Azərbaycan Xəzərin təbii sərvət və zənginliyinə, Cənubi Qafqazdakı strateji və geosiyasi  mövqeyinə sahib olan ölkədir. Rusya, Türkiyə və İran kimi  üç böyük imperiya dövləti ilə sərhəd olmasının təsiri Azərbaycanın siyasi, iqtisadi və sosial qruluşunda da özünü göstərməkdədir. Azərbaycanın üç mədəniyyətin əhatəsində əsrlərdir yaşayaraq kimliyini və varlığını qoruyub saxlaya bilməsi siyasi faktorlarla yanaşı ərazidəki dərin köklü dövlət,  mədəni irs, ənənə və dinç xarakterli millət-xalq etnosuna sahib olmasıdır. Əsrlər boyu Azərbaycanlılar dövlət əmələ gətirən etnos, Azərbaycan dili isə əsrlər boyu etnoslararası ünsiyyət vasitəsi olmuşdur. Azərbaycan tarixin müxtəlif dövrlərində hər üç dövlətlə siyasi, sosial, ideoloji və mədəni əlaqələr yaradaraq əməkdaşlıq etmişdir. Bölgədə böyük dövlətlərin regionda siyasi, iqtisadi və geosiyasi maraqlarının üst-üst düşməməsi tarixin bir çox dövründə Azərbaycan siyasi-iqtisadi eniş və çıxışlara səhnə olmuş, müqəddəratını təyin etmə yolunda çətinliklər yaşamışdır. Qloballaşma şəraitində müasir milli dövlət öz siyasi və sosial sabitliyi üçün bir tərəfdən özünü müdafiə etməklə suverenliyini təmin etməli, digər tərəfdən isə qüvvələr tarazlığını təmin etməklə öz mövqeyini gücləndirməlidir.

Tarixə nəzər salsaq görərik ki, uğursuzluğa və məğlubiyyətə düçar olan dövlətlərin və hakimiyyətlərin tarixi sonu kədərli olur. Sovet ittifaqının dağılmasından sonra yaranan “yeni siyasi təfəkkür” ideoloji motiv və ideyalarla dolu olsa da millətlərin müqəddərat hüquqları və dövlət kimi formalaşması prossesi böyük dövlətlər və ümumbəşəri elitanın siyasi və iqtisadi maraqları ilə həyata keçirilirdi. Dil, din, mədəniyyət bağı ilə əlaqə qura bilmə imkanları görmədikləri bəzi ölkələridəki yüksəlməyə başlayan milliyəttçilik hərakatına bu güvvələr nəzarət edərək onun istiqamtini ölkədaxili ixtilaflara yönəldib ölkələrin bölünməsinə və parçalanmasına zəmin hazırlayan planlar həyata keçirdilər. Bu plan onlara uzun illər bu ölkələrdən siyasi-iqtisadi məqsədləri üçün istifadə etmək xarakteri  daşıyırdı. Belə olan halda Ermənistanda yaranan milli oyanış hərakatı xarici dövlətlərin və xarici erməni diasporunun təşviki ilə  Azərbaycan torpaqlarında “böyük Ermənistan” xəyalını həyata keçirməyə istiqamətləndirildi. Spitak zəlzələsində humanitar yardımla yanaşı Ermənistana silah və xüsusi təlimlər keçmiş terror dəstələri göndərildi. Bu dəstələr Dağlıq Qarabağda təxribat və terror fəalyyətlərinə başlayaraq milli-etnik münaqişə və müharibə mühiti formalaşdırdı. Dağlıq Qarabağda erməni separatçılarının  başlatdığı milli-etnik zəminli münaqişənin Sovet ittifaqı dövründə baş verməsi ordusu, silahı və hazırlığı olmayan Azərbaycan üçün gözlənməyən hadisə idi. Hadisələr Moskvanın nəzarətində olsa da məsələnin həlli istiqamətində atılan addımlar nəticə vermirdi. Buna səbəb isə aşağıdakılardan ibarət idi;

  • İttifaqın və tənəzzül içində olması mərkəzi idarətməni qismən itirməsi;
  • xaricdən gələn və oradan dəstək alan separatçı güvvələrin terror hərakatının miqyasını artırması.

 

1989-cu ildə Azərbaycanla Ermənistan arasında başlayan hərbi-siyasi müharibə Azərbaycan ərazilərinin işğal edilməsi ilə nəticələndi. Müharibə dövründə Ermənistana hərbi və siyasi dəstək verən dövlətlər Ermənistanın törətdiyi qətliam və soyqırımları görməzdən gələrək onların və özlərinin planlarının həyata keçməsi üçün mübarizə apardılar. Hədəf dərin və uzunmüddətli münaqişə yaradıb uzun illər ondan siyasi və iqtisadi baxımdan faydalanmaq idi.

 

 1994-cü ildə Minsk qrupunun həmsədirlik institutu yaradıldı. 1997-ci ildən isə ABŞ, Rusiya və Fransa həmsədir kimi işə başladı. Həmsədir ölkələr fəalliyyət funksiyalarını aşağıdakı kimi həyata keçirməyə başladı,

  • ATƏT qrupunu yaradaraq fəaliyyətini rəsmiləşdirib ölkədə və regionda söz və iş hüququ əldə etməklə;
  • münaqişəni nəzarət altına götürərək dövlət və hakimiyyətə təsir etməklə;

 

Yaranan qurupda olan ölkələrin çoxunun problemin Azərbaycan lehinə həllində maraqlarının olmaması səbəbi ilə 27 il keçməsinə baxmayaraq münaqişə həllini tapmayıb. Hətta bu qədər güclü və imtiyazlı dövlətlər atəşkəs sazişindən 27 il keçməsinə baxmayaraq hələ erməni əsirliyində olan minlərcə azərbaycanlının əsirlikdən azad edilməsi üçün təşəbbüs göstərməyiblər. BMT-nin qanunsuz işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılmasına dair 27 il əvvəl verdiyi qətnamələrə hələ də Ermənistan tərəfindən əməl olunmamasına baxmayaraq qətnamələrin icrası üçün tədbir görülmür.  BMT, ATƏT və bir çox xarici beynəlxalq təşkilatların işğala məruz qalan tərəfi bəyanat və qətnamələrlə problemin həllinə inandırıb münaqişəni milli-ideoloji zəmindən çıxarmağa və mövcud vəziyyəti qoruyub saxlamağa nail olmağa çalışdıqları görünür. Burada məqsəd aşağıdakılardan ibarətdir;

  • millətlər arasındakı ciddi münaqişlər yarada biləcək ideoloji zəmini zəiflətmək;
  • siyasi və iqtisadi maraqların üstünlüyünü yüksək səviyyəyə gətirmək;
  • Azərbaycanın regionda tam müstəqil və güclü dövlət olmasına imkan yaratmamaq;
  • işğal edilmiş ərazilərin zəngin sərvətlərindən ucuz xammal mənbəyi kimi istifadə etmək;
  • siyasi və iqtisadi cəhətdən özlərinə tabe olan Ermənistan və onun işğal etdiyi ərazilər üzərindəki nəzarəti qoruyub saxlamaq;
  • hərbi gücün tətbiqini qanundan kənar və mümkünsüz vəziyyətə gətirmək.

 

Ermənistandan Tovuz bölgəsinə edilən hücum Dağlıq Qarabağ münaqişəsinin tərəflərdən əlavə başqa qlobal qüvvələrin maraqları dairəsində olduğunu göstərdi. Azərbaycanın siyasi-iqtisadi potensialının yüksəlməsi və hakimiyyətin daxildə sabitliyi tam təmin etməyə nail olmasının bir çox dövləti narahat etdiyi görünməkdədir. Azərbaycanla əlaqəli mənfi proqnozlar verməyi vərdiş edən bəzi beynəlxalq qurumlar Azərbaycanda görülən işlər və inkişafa baxmayaraq təssüflər olsun ki, hələ də dəsti-xətlərində dəyişiklik etməkdə tərəddüd edirlər.

 

Dövlət-vətəndaş münasibətlərinin siyasi-sosial və ideoloji mahiyyəti; dövlətin vətəndaşlarının sifarişləri və təklifləri, təşəbbüsləri əsasında öz fəaliyyət prinsiplərini müəyyən  etməsindədir. Aparılan islahatlar hakimiyyətdə yeniləşmə hərakatının başlanğıcını qoydu. Prezidentin verdiyi qərarların ictimai rəyi və vətəndaş təkliflərini əks etdirən mahiyyəttə olması fərdi və kollektiv qaydada vətəndaşın dövlətinə olan inamına müsbət təsir etdi. Hər bir vətəndaş özünü daha çox həm fərdi və subyektiv, həm də kollektiv qaydada dövlətin tərkibi olaraq görməyə başladı. 30 il əvvəlki milli əhval ruhiyyə 14 iyulda səsləndirilən “Qarabağ”, “Ali Baş komandan əmr ver” şüarları ilə təkrar geri qayıtdı. Bu hislərin təkrar geri qayıtması hakimiyyətin illərdir apardığı mübarizənin səmərəli nəticəsi idi. Xalqın hakimiyyət və orduya dəstək üçün “Qarabağ” şüarı ilə ayağa qalxması və onun sonrasında 50.000 nəfərin orduya yazılması işğalçı tərəf və onların dəstəkçilərində şok təsiri yaratdı. Azərbaycan ordusunun general və palkovnikini şəhid edilməsi Azərbaycan xalqını ölkədə və dünyada meydanlara axın etdirdi. Səngər və siyasi tribunalra cavabı bu səfər Prezidentinin və ordusunun yaınında olan xalq verdi.

Milli oyanışı hazırlayan siyasi və sosioloji amilləri aşağıdakı kimi səciyyələndirmək mümkündü;   

  • Azərbaycanda dövlət-vətəndaş vəhdəti bu genişlənmə və məhdudlaşma proseslərinə münasib olaraq formalaşmağa başladı;
  • Azərbaycanda dövlət fenomeninin konkret mənası dövlətin fəaliyyətində canlanır, əks olunur;
  • dövlət hakimiyyətinin qolları və dövlət hakimiyyətinin aparatı öz qanunverici, icra və məhkəmə yolları ilə özünü cəmiyyətdə, vətəndaşlar arasında sübuta yetirdi;
  • dövlət öz hüquqlarından irəli gələrək, vətəndaşların hərəkətlərini müşahidə etməklə cəmiyyətinin nəbzini tuta bilir, ruhunu dərk edə bilir;
  • Azərbaycanda dövlət cəmiyyət axarını yönləndirmək iqtidarındadı, həmçinin cəmiyyət axarına müvafiq olaraq özünün siyasət istiqamətlərini formalaşdırma qabiliyyətinə malikdir;
  • hakimiyyətin apardığı islahatlarla dövlət və vətəndaş birliyinə mane olan əngəllər, zamanın çağrışlarına cavab verməyən idarəetmə vərdişləri və stereotiplərin aradan qaldırılmasına başlandı;
  • Azərbaycanda dövlət vətəndaşların bütün sahələrdə  olan maraqlarını məkan və zaman kriteriyaları üzrə müəyyən etmək funksiyasına malikdir.

 

Bu funksiya özlüyündə dövlət-vətəndaş münasibətlərini və əlaqələrini formalaşdıraraq şəxsin özünü cəmiyyətdə və dövlətdə ifadə etməsini təmin edir. Dövlətlərin konstitusiyasında yazılır ki, vətəndaş öz dövlətini müəyyən edir, dövlət də öz vətəndaşının sosial-siyasi, mədəni statuslarını təsdiqləyir. Bu sintez proseslərindən bağlayıcılıq və vəhdət üzərə çıxır. Bu hal da, yəni, meydana gələn birləşmələr və strukturlar da  sistemləşdiricidir. Sistemin tərkib elementlərindən ibarətdir. Dövlət-vətəndaş anlayışı bütöv və nəzəridir, həm də real və konkretdir. Bu iki anlayışın fəlsəfi mənası sistemin tamamlayıcı nəticəsi olan dövlətdə tamamlanır. Dövlət ali ideyalara, ideallara çevrilir.

 

Azərbaycnada dövlətin timsalında vətəndaş özünün himayəçi, müdafiəçi tərəfini görür. Dövlət də özünün gücünü elə vətəndaşında və onun potensialında axtarır. Bu 12 iyul 2020-ci ildə ermənilərin Tovuz bölgəsinə etdiyi hücumla və Azərbaycan dövlətinin pandemiyaya qarşı apardığı mübarizə ilə bir daha ispatını tapdı. Elmi nəzəriyyədə deyilən, dövlət özünün vətəndaşlarına o zaman fayda vermiş olur ki, ideal-praktik məzmun kəsb etməyə başlayır. Yəni, dövlət öz vətəndaşının potensialı ilə birlikdə özünü ideal məzmuna gətirir. İdeal məzmun isə müəyyən səviyyələrdə onunla tamamlana bilir ki, vətəndaş bu varlığı öz arxasında görə bilir.  Dövlət özünün ideal-praktik mənasını həm də vətəndaşlarına güvənməklə əldə etmiş olur fikirləri, Ermənistanın Tovuz bölgəsinə hücuma başlayan zamanı orduya və hakimiyyətə dəstək üçün küçə və meydanları dolduran xalq kütlələri ilə reallığa çevrildi. 14 iyulda keçirilən ordu və dövlətə dəstək mitinqi “27 ildir Qarabağ unutduruldu” deyib bunun uzərindən siyasət aparanların, 27 ildir dövlət və onunn idealları üçün işlər görənlərin qarşısında məğlubiyyəti idi. Bu da Azərbaycanın dünya üçün çətin olan bir dövürdə idealları praktikə çevirən bir dövlət statusu əldə etməsinin bariz göstəricisidir.

 

Azərbaycan illərdi 14 iyuldakı Qarabağ mitinqi kimi küçələrdə ve meydanlarda insan selinə şahid olmamışdı. İyulun 14-ü axşamdan paytaxt Bakıda kütləvi aksiya başladı. Aksiya iştirakçıları öncə Heydər Əliyev prospekti boyunca yürüş ediblər. Onlar Azadlıq meydanından keçərək Şəhidlər xiyabanında toplaşıblar. Aksiyaçılar “Qarabağ!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Ali baş komandan, silah ver bizə!”, “Ən böyük əsgər – bizim əsgər!”, “Azərbaycan əsgəri, vur, yıx səngəri!” şüarları səsləndirdi. bununla xalq bir daha sübut etdi ki o Qarabağı və tarixi Azərbaycan torpağı olan İrəvan, Zəngəzur və Göyçəni əsla unutmaycaq.

 

14 iyul mitinqi vətəndaş-cəmiyyət-dövlət kompozisiyasının harmoniyası, düzgün idarəçi və idarəçilik sisteminin təzahürü idi. Bu hadisə dünyanın pandemiya mübarizə apardığı şəraitdə baş vermişdi. Bir çox qabacıl inkişaf etmiş ölkələrdə xalqın küçələrə hökümət və onun siyasətini tənqid üçün çıxdığı bir dövrdə  Azərbaycanda küçəyə çıxan xalq dövlətə, orduya və Prezidentə dəstəyini ifadə etmək üçün orada idi. Tarixdə də nümunələri olduğu bu kimi hallar hökümətdən narazı olan ölkələrdə bir çox hallarda inqilab və üsyanlarla nəticələnib. Azərbaycanda dünyada kritik hesab edilən bir dönəmdə bu kimi məsələlərin baş verməməsi vətəndaşın hakimiyyətin apardığı siyasəti dəstəkləməsidir. Azərbaycandakı dövlətçilik siyasəti vətəndaş və hakimiyyəti sosial sferada mərkəzləşdirən kriteriyaları özündə birləşdirir. Bu da Azərbaycanın reqionun siyasi, iqtisadi və hərbi cəhətdən güclü dövlət olduğunu bir daha göstərdi. Müxtəlif məqsədli daxildən və xaricdən olan qüvvələr tərəfindən dövlətə və hakimiyyətə qarşı aparılan məkirli və qarayaxma siyasəti 14 iyulda iflas etdi. Pandemiya və buna bəznər vəziyyətlərdə cəmiyyət hər zaman dövləti özünə xidmətə yönəlidr. Bu da özlüyündə dövlətin fərdə xidmət etmələrinin əsaslarını yaradır. Vətəndaş özündən cəmiyyətə və dövlətə keçidlər edir. Bu keçidlər bağlantıları yaradır. Ölkə üçün lazım olan məqamlarda xalq iradəsini ortaya qoyaraq dövlətə və hakimiyyətə dəstəyini ifadə edir. Bu da özlüyündə bütövlüyü meydana gətirir.  Avropada baş verən mitinqlərdə Azərbaycan insanı Avropa və dünyada erməni vandalizmi qarşısındakı səbri və təmkinli davranışı ilə mədəni xalqın bir tərkib hissəsi olduğunu nümayiş etdirdi. Mövcut pandemiya şəraiti dövlət-vətəndaş münasibətinin önəmini ortaya çıxardı. Elmi və nəzəri baxımdan dövlət-vətəndaş münasibətlərinin bu kimi formaları mövcuddur:

  • Azərbaycanda vətəndaş fərdi olaraq öz dövləti ilə əlaqələr yaradır, münasibətlər müəyyən edir. özünün baxışları və hadisələrə münasibəti ilə dövlətlə əlaqələr yaradır. Dövlət siyasətinə münasibət bildirir;
  • Azərbaycanda vətəndaş kollektiv olaraq dövlətlə əlaqələr yaradır və kollektiv münasibətlər ortaya qoyur-kollektiv müraciətləri buna nümunə göstərmək olar;
  • Azərbaycanda vətəndaş öz əmək və təhsil müəssisələrində özünün dövlətlə əlaqələrini yaradır (buna dolayı, vasitəli əlaqələr demək olar);
  • Azərbaycanda vətəndaş hüquq normalarından birbaşa istifadə etməklə dövlətlə əlaqələrini qurur. Məsələn, dövlət idarələrinə müraciətlər olunur.

 

Vətəndaş-dövlət əlaqələri və münasibətləri iyerarxik qaydada müəyyən olunur. Dövlət aparatları tabeli əsaslarla işləyir. Dövlət və vətəndaş siyasi məfhumları insanların sosial-siyasi təsdiqini ifadə etmiş olur. Hər iki anlayış insanların siyasi-sosial mənada özünüdərkini təmin edir. Bu da özlüyündə həm dövlətin, həm də vətəndaşın azadlığını təcəssüm etdirir. İnsan özünün sosial-siyasi statusunu dövlət-vətəndaş vəhdətində ifadə edir. İnsan hüquq normaları ilə müəyyən olunmuş əsaslarla öz dövlətində sərbəst və azad şəkildə fəaliyyət göstərir, özünü azad hesab edir. Azərbaycan qeyri-müəyyənlikdən müəyyənliyə doğru inkişaf edərək dövlətçiliyini gücləndirmişdir.

PAYLAŞ

Oxşarlar

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

Texnokratik şüur və ideologiyanın uğursuzluğu? - İkinci Hissə

20 Aprel 2021

Texnokratik subsistemin ekspansiyası bürokratiya daxilində yeni məntiq və mədəniyyətin inkişafı anlamına gəlir. Bu subsistemin məntiqi kəskin effektivli… ƏTRAFLI

Elm və media? Karl Saqan nümunəsi və...

Elm və media? Karl Saqan nümunəsi və...

19 Aprel 2021

İnsan təfəkkürünün sərhədləri elmi proqnozlaşdırmanın və publisistik medianın bizə illər öncə təqdim etdiyi nəticələri real olaraq g… ƏTRAFLI

 XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

XIX əsrdən müasir dövrümüzə qədər Azərbaycanda daşınmaz mədəni irsin qorunmasına varislik kontekstindən baxış

18 Aprel 2021

Azərbaycanın çoxəsrlik tarixi mədəni irs nümunələri onun zəngin mədəniyyətə, qədim sivilzasiyaya malik olduğunu bir daha təsdiq edir. Arxeol… ƏTRAFLI