Məqalələr

“Mən yavaş yeriyirəm, lakin heç vaxt geriyə addımlamıram" - (TƏRCÜMƏ)

avatar
Afaq Məmmədova
2020-01-24

Azərbaycan Dillər Universiteti Tərcümə (ingilis-ispan) fakültəsini bitirib. Müxtəlif nüfuzlu nəşrlərin məqalələrini tərcümə edir.

Azərbaycan Avrasiyanın quru və hava nəqliyyat yollarının əsas qovşağında yerləşir. Hökumət  isə müstəqillik qazandıqdan sonra ölkəni Avropanı Asiyaya birləşdirən körpüyə çevirib. Həmçinin, ötən on il ərzində ticari infrastruktur və nəqliyyat proyektləri üçün milyon dollar investisiya qoyulub. Xəzər dənizi sahilində sürətlə uzanan limanın (Bakıdan 60 kilometr cənubda-Ələtdə) tikintisinin başa çatması, Bakı-Axalkəlik-Qars dəmiryolunun əsasının qoyulması və Bakı havalimanın modern bir mərkəzə çevrilməsi buna əsaslı  nümunələrdir.

Həm Xəzər dənizi, həm də Bakının 550 kilometr qərbində yerləşən Azərbaycandan  Gürcüstana səyahət müddətlərini müəyyən dərəcədə azaldaraq yol sisteminə böyük invesitiyalar qoyulub. Bu təşəbbüsün əsas ideyası  Azərbaycanla  Asiya,  Mərkəzi  Asiya,  Cənubi Qafqaz və Avropa arasında perspektivli əlaqə qurmaqdır.

 

 

Amerika ilə Cənubi Qafqaz sazişinin ləğv olunması Avropa Birliyinin zəif mövqelərində Brekzitlə bu boşluğun digər böyük güclər və əsas ağırlıq mərkəzləri tərəfindən doldurmağa başlatdı. Çin yeni qüvvələr arasında regiondakı nüfuzunu tədricən yüksəldir və hal-hazırda əhəmiyyətli rol qazanmaq istəyir.

 

Maraqlıdır ki,  Çin ənənəvi partnyorları -  Avropa Birliyi, ABŞ, Rusiya və Cənub-Şərqi Asiya ilə konsentrasiya və koordinasiya səviyyəsini heç vaxt yüksəltməyib. Coğrafi yaxınlıq və Çin invesitisyalarının çatışmazlığı demək olar ki, irəli tərəfdaşlıq üçün heç nə etməyib. Əslində, Çinin güclü hirdokarbon ehtiyatlarına marağı var və Azərbaycan-Gürcüstan üzərində ticarət yollarını genişləndirir.  

 

Bu isə bölgəni geniş iqtisadi  resurslar ilə davamlı şəkilə nüfuz etməyə gətirib çıxarmışdır. Hətta,  baxmayaraq ki, ABŞ və Avropa Birliyi kimi digər stekholderlər məruz qaldıqları çətinlikləri  Cənubi Qafqazla əlaqələndirirlər. Amerikanın sabiq prezidenti Abraham Linkolnin bir məsəli Çin siyasətini aydın şəkildə təsvir edir: “Mən yavaş  yeriyirəm, lakin heç vaxt geriyə addımlamıram.”

 

Çin hal-hazırda Azərbaycan üçün ən əsas dünya gücüdür və infrastruktur layihələrinə çox ehtiyac duyulan vəsait qoyur və Rusiyanın artan nüfuzuna dair kömək etməyi bacarır. 1992-ci ildən bəri iki ölkə arasındakı iki tərəfli əlaqələr inkişaf edib? əməkdaşlıqlar müsbət yöndə formalaşmışdır. Qarabağ münaqişəsi ilə paralel olaraq Çin Azərbaycanın ərazi bütövlüyünü tanımış və müdafiə etmişdir. Belə qeyd-şərtsiz  dəstək rəsmi Pekinin öz statusu ilə istənilən regionalizmin rədd edilməsində irəli gəlir. Tayvanın regiondakı rolunu nəzərə alsaq Çin BMT-nin ərazi bütövlüyü ilə bağlı səsvermədə Azərbaycan hökumətinə hədsiz dərəcədə dəstək vermiş və qarşılığında Bakıdan müsbət cavab almışdır. Azərbaycan iqtisadi mənfəətdən daha çox idarəetmə məqsədləri üçün bir neçə neft layihəsinə cəlb edilib.

 

Çinin “Bir kəmər bir yol” layihəsinin 2012-cü ildə əsası qoyuldu və Yeni İpək yolu dövləti arasında interaksiyasını gücləndirir. Prezident İlham Əliyev 2015-ci ilin dekabrında ölkənin demokratik quruluşu ilə tanış olub və Çin firmalarının Azərbaycanda investisiya qoyması  üçün rəğbətini qazanıb.

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI