Məqalələr

Məcburi köçkün məktəblərinin inkişaf tendensiyası: 1993-2018-ci illərdə

avatar
Vüsalə Rüstəmova
2019-10-08

Bakı Dövlət Universitetini bitirib. 2003-cü ildən jurnalist kimi bir sıra mətbuat orqanlarında çalışıb. Hazırda tədqiqatçı kimi fəaliyyət göstərir.

Azərbaycanın yerləşdiyi regionda gedən mürəkkəb siyasi proseslər nəticəsində soydaşlarımız zaman-zaman öz əzəli yurdlarından zorla köçürülmüş, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar. Nəticədə milyonlarla soydaşımız öz tarixi vətənindən köçkün düşmüş, etnik təmizləmə siyasətinin qurbanına çevrilərək didərgin salınmışdır.

1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunması nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkün uzun illər sanitar normalara cavab verməyən yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalarda və uşaq bağçalarında, sanatoriya, pansionat, tikintisi yarımçıq qalmış binalarda və digər yerlərdə çox ağır şəraitdə yaşamağa məcbur olublar. Hərbi təcavüz ölkənin ümumi sosial yaşayışına vurduğu zərbə ilə yanaşı, minlərlə uşaq, yeniyetmə və gənc keyfiyyətli təhsil alma imkanlarından məhrum olub.

 

Azərbaycan hökuməti işğal olunmuş rayonların təhsil ocaqlarını respublikanın müxtəlif bölgələrində yerləşdirərək bugünkü dövrə kimi də saxlamağa çalışır. Lakin dağıdılan 1025 təhsil müəssisələrinin çox az bir hissəsi bərpa oluna bilib. Hətta pərakəndə halında yaşayan məcburi köçkünlərin həmin məktəblərdə təhsil almaq imkanları məhdudlaşdıqca, bəzi ümumi təhsil müəəssisələrin yenidən bağlanmaq təhlükəsilə üzləşib.

 

2003-cü ildən etibarən çadır şəhərciklərinin ləğv edilməsi və 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunan  «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət  Proqramı» çərçivəsində qarşıda duran vəzifələrin və yuxarıda sadalanan problemlərin həlli dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Həyata keçirilən tədbirlər nəticəsində 2003-2019-cu illərdə 103 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri tikilib təhvil verilib.

 

İşğal olunmuş rayonlardan olan gənc nəslin təhsil səviyyəsinin yüksəldilməsi, onların mədəni və idman tədbirlərində aktiv iştirakçılığını təmin edilməsi məqsədi ilə sözügedən qəsəbə və şəhərciklərdə 158 məktəb, 66 uşaq bağçası, 6 musiqi və 1 incəsənət məktəbi, 1 mədəniyyət sarayı, 62 mədəniyyət, 63 səhiyyə müəssisəsi, 2 olimpiya idman kompleksi tikilib istifadəyə verilib. Müxtəlif ictimai binalarda, çadır şəhərciklərində və digər obyektlərdə pərakəndə şəkildə yaşayan məcburi köçkünlərin bir qisminin mənzil şəraitinin yaxşılaşdırılması ilə paralel, kompakt yaşayışlarının təmin edilməsi təhsil nailiyyətlərində də öz müsbət nəticəsini göstərir. Dövlət İmtahan Mərkəzinin statistik təhlilinə dair hesabatına əsasən deyə bilərik ki, ali təhsil müəssisələrinə işğal olunmuş bölgələrdən qəbul olmuş abituriyentlərin sayı 1993-cü ildən etibarən 22 dəfə artaraq,  246 nəfərdən 2018-ci ildə 5455 nəfərə qədər yüksəlib.

 

Məcburi köçkün məktəblərindən ali məktəblərə sənəd verən abituriyentlərin sayı 2005-2018-ci illər ərzində  6631 nəfərdən 10671 nəfərə qədər artıb.  (Cədvəl 1.)

 

 

Aşağıdakı qrafikdə 1993-2018-ci illər üzrə abituriyentlərin  regionlar üzrə paylaşmasından da görünür ki, 2007-ci ildən sonra məzunların sayı üzrə göstəricilər sınıq xətlə yüksəlir.  Bu da Dövlət Proqramının icrası nəticəsində yeniyetmə və gənclərin təhsil şəriatinin yaxşılaşdırılmasının göstəricisidir.

 

Qeyd edək ki,  bir hissəsi Azərbaycan tərəfdə olan Ağdam rayonunda son illər 17 qəsəbə salınıb, 17 məktəb və 10 uşaq bağçası, Füzuli rayonunda 9 qəsəbə, 9 məktəb və 7 məktəbəqədər təhsil müəssisəsi tikilib.

 

Cəbrayıl rayonun Cocuq-Mərcanlı kəndində isə 140 ailə üçün fərdi evlər, məktəb və uşaq bağçası inşa edilib.

(Cədvəl 2.)

 

 

Eyni zamanda respublikanın müxtəlif bölgələrində pərakəndə şəkildə fəaliyyət göstərən işğal olunmuş rayonların məktəblərində on minlərlə məcburi köçkün təhsil alır.

 

İşğal olunmuş rayonların məktəblərində abituriyentlərin qəbul göstəricilər də yüksəkdir. Məsələn, həm abituriyentlərin sayına, eyni zamanda qəbul imtahanlarında yüksək nəticələrə (500-700 bal toplayan) görə Ağdam məktəblərinin şagirdləri yalnız Bakı, Sumqayıt, Gəncə, Abşeron və Şəki kimi oturuşmuş və inkişaf etmiş təhsil sisteminə malik şəhər\rayonlardan geri qalır.  (Cədvəl 3.)

 

 

Məcburi köçkünlərin qəbul olduqları nüfuzlu ali təhsil müəssisələrdən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti özünəməxsus yer tutur.

(Yüksək nüfuzlu ali təhsil müəssisələrinə qəbul olan məcburi köçkün abituriyentlərin illər üzrə sayı (Cədvəl 4)

 

 

Təəsüf ki,  məcburi köçkünlərin müəyən bir hissəsi hələ də yaşayış üçün yararlı olmayan ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayır və ciddi sosial problemlərlə üzləşirlər. Onların mənzil və sosial yaşayışlarının yaxşılaşdırılması üçün dövlət tərəfindən böyük investisiya layihələri həyata keçirilir, yeni qəsəbələr salınır. Ölkə başçısının Azərbaycan hökuməti qarşısında qoyduğu vəzifə yaxın dövr ərzində bütün məcburi köçkünlərin yaşayış durumunu yaxşılaşdırmaq, hər bir rayonun öz sosial həyatını bərpa etməsinə nail olmaqdır.

 

PAYLAŞ

Oxşarlar

100 ildə nə qədər artmışıq?

100 ildə nə qədər artmışıq?

14 Oktyabr 2019

20-ci əsr kütləvi qırğınlarla müşaiyət olunan 2 dünya müharibəsinə baxmayaraq, insanlıq tarixinə əhalinin sürətli artımı, obra… ƏTRAFLI

İdarəçilikdə paradiqma dəyişikliyi: sosial dövlətdən tənzimləyici dövlətə

İdarəçilikdə paradiqma dəyişikliyi: sosial dövlətdən tənzimləyici dövlətə

13 Oktyabr 2019

1944-cü il tarixli Bretton-Vuds Konfransından sonra qurulan və ölkələrin inkişafını dünya bazarına inteqrasiya kontekstində vurğulayan Beynə… ƏTRAFLI

Rəqəmsal siyasət çağı

Rəqəmsal siyasət çağı

13 Oktyabr 2019

Bu yaxınlarda rəqəmsal siyasi strategiyalar qovğası yenə dünya gündəmini zəbt edib. Belə ki, onlayn KİV və sosial mediadakı siyasi qalmaqal… ƏTRAFLI