Məqalələr

İranda müharibə kimə sərfəlidir?

avatar
Çapay Sultanov
2019-09-24

Geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət mükafatı laureatı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Şahmat üzrə əməkdar məşqçi, Beynəlxalq Şahmat Federasiyasının üzvü olub. 2018-ci il aprelin 4-də vəfat edib.

 

Fars körfəzi yenə də qlobal konflikt mərkəzinə çevrilib. Münaqişənin alovlanma təhlükəsi gündən-günə artır. Regionda baş verənlər, İranın qlobal konfilktə cəlb olunması bölgəmiz üçün nə vəd edir? Münaqişədən qazanan və uduzan kim olacaq? Görkəmli alim və tədqiqatçı, mərhum Çapay Sultanovun illər əvvəl, 2013-cü ildə yazdığı “İranda müharibə kimə sərfəlidir?” araşdırması yenidən alovlanmaqda olan münaqişə fonunda aktuallığını saxlayır. Sosial Tədqiqatlar Mərkəzi görkəmli tədqiqatçının regional münaqişələrə aid araşdırma yazılarını təqdim edir. I hissə ABŞ və İsrail tərəfindən İrana qarşı təhdidlər, təbii olaraq, bir sual yaradır: bu müharibədən İranla maraqları və ortaq sərhədləri olan hansı dövlət qazanacaq, hansı dövlət zərər görəcək?

 
ABŞ İrana qarşı müharibə kampaniyası zamanı yalnız bir nəticəyə arxalana bilər - qələbəni bacardıqca daha tez qazanmaq, həmin əraziyə və yataqlara nəzarəti bərpa etmək ("idarə olunan xaos"a mümkün nəzarət). O zaman Vaşinqton çox böyük karbohidrogen ehtiyatlarına sahib olar və daha uzun illər özünün yeganə super güc statusu haqqında narahat olmaya bilər - ABŞ nefti 10-12 il üçün kifayət edər. Əks-halda, Əfqanıstan və İraqdan sonra üçüncü cəbhə bölgəsi açıla bilər.
 
Əslində, İranın neft və qazına görə Vaşinqton və Pekinin maraqları daha çox kəsişir, nəinki ABŞ və Rusiyanın maraqları. Ümumi dəyəri 100 milyard dollar olan neftin Çinə çatdırılması üçün rəsmi Pekin İranla müqavilə bağlayıb. Çin açıq şəkildə bildirib ki, İrana qarşı sanksiyalarda BMT-nin Təhlükəsizlik Şurasında veto qoymaq hüququndan istifadə edəcək. Eyni zamanda, Pekin Rusiyanın İrana qarşı ikili münasibətini yaxşı anlayır - onlar ehtiyat variantlar axtarıb tapmaq istəyirlər.
 
Rusiya beynəlxalq forumlarda İranı müdafiə edir, eyni zamanda İran qazının Rusiyadan yan keçərək dünya bazarına çıxmasında da maraqlı deyil. Bu, gələcəkdə Rusiya-İran münasibətləri arasında müəyyən narazılıqlar yarada bilər. ABŞ-ın İrana qarşı aparacağı müharibə Rusiyaya çox böyük qazanc gətirə bilər, üstəlik heç bir güc göstərmədən. İran ətrafında kiçik sıxıntılar Rusiya üçün iqtisadi baxımdan Fars körfəzində hərbi əməliyyatların başlamasının nə qədər faydalı olduğunu göstərdi. Fars körfəzində ABŞ hərbi gəmisinin atəşə tutulması ilə bağlı yayılan şayiələrin əmtəə birjalarında yaratdığı reaksiya bir sınaq idi. Onlar Rusiya neftçiləri üçün faydalı olan neft qiymətlərinin kəskin artmasına təhrik etdilər.
 
Əgər Fars körfəzində müharibə daha da alovlansa, neftin qiyməti daha da artacaq və Rusiyanın yanacaq-enerji kompleksi (YEK) daha çox qazanc əldə edə bilər. İran sutkada 2,3 milyon barrel nefti dünya bazarına çıxarır ki, bu, dünya ixracının 5.7 %-ni təşkil edir. ABŞ hücum edəcəyi halda rəsmi Tehran dünyanın neft ixracının 20% -dən çoxunun keçdiyi Hörmüz boğazını bağlamaqla hədələyir. Doğrudur, bir çox ekspertlər hesab edir ki, İran strateji əhəmiyyətli Hörmüz boğazını bağlamaqla ABŞ-ın hərbi hücumlarına və ya sanksiyalarına qarşı cavab verə bilməz. ABŞ-ın Hərbi Dəniz Qüvvələri  Hörmüz boğazını açıq saxlaya bilər, lakin İranın Hərbi Dəniz Qüvvələri ABŞ-ın bir neçə hava hücumuna qarşı dayana bilməz.
 
Hörmüz boğazı Oman körfəzini cənub-şərqdən, Fars körfəzini cənub-qərbdən birləşdirir. Boğazın uzunluğu 195 km-dir. Boğazın ən dar yeri 54 km enə sahibdir. Boğaz hər biri 2.5 km enə sahib olan, bir-birindən 5 km-lik bufer zonadan ayrılan iki nəqliyyat kanalına malikdir. Hal-hazırda boğaz ərəb qazı və neftinin üçüncü ölkələrə, xüsusən də ABŞ-a ixracına imkan verən yeganə dəniz yoludur.
 
İranın digər ölkələrin neft emal müəssisələrini bombalayacağı da istisna deyil. Belə bir hadisə baş verərsə, neftin qiymətlərində hansı sıçrayışların ola biləcəyini təxmin etmək mümkündür. 1991-ci il hadisələri zamanı- İraqın Küveytə hücumu nəticəsində neftin qiyməti 1,5 dəfə artmışdı, eyni zamanda ABŞ-ın 2003-cü ildə İraqa hücumu eyni vaxtda neftin qiymətinin bir barrelini 20 dollardan 34 dollaradək artmasına səbəb olmuşdu.
 
Rusiya yaxşı bilir ki, taktiki variantda İrandakı müharibədən 100-150 milyard dollar qazana bilər, amma strateji olaraq əgər ABŞ İranın neft və qaz yataqlarını tutarsa və buradaki karbohidrogen ehtiyatlarını Rusiyadan yan keçərək Avropa bazarına çıxararsa, o zaman Rusiya trilyonlarla dollar itirə bilər. Geosiyasi planda isə itkilərin həcmini hesablamaq çətindir. Bu, Reyqanın vaxtilə Səudiyyə Ərəbistanı ilə birlikdə SSRİ-yə qarşı endirdiyi zərbə ilə müqayisə oluna bilən güclü siyasi və iqtisadi zərbə olacaqdır.
 
İrandan mal və məhsulların əhəmiyyətli hissəsini alan Ermənistan üçün qonşusunda müharibə vəziyyəti əlverişli deyil, çünki ona ciddi iqtisadi zərbə vura bilər. Digər tərəfdən, Ermənistan yaxşı başa düşür ki, siyasətini ikiqat artıracaq Azərbaycan üçün daha çox problemlər yaranacaq. Müqayisə üçün: Azərbaycan-İran sərhədinin uzunluğu 611 km, amma Ermənistanın İranla sərhədinin uzunluğu isə 35 km-dir. 35 km-lik sərhədi blok etmək çox asandır. 
 
NATO-nun keçmiş Ali baş komandanı, general Uesli Klarkın dəyərləndirməsinə görə, qələbə üçün xəstəxanalar və məktəblər altında gizlədilən laboratoriyalara nüfuz etmək məqsədi ilə 14 gün ərzində 4 min bombardıcının və xüsusi hərbi qüvvələrin quruda əməliyyatı keçirilməlidir.
 
İrana qarşı əməliyyat həyata keçirmək üçün Britaniya aerodromu çox vacib rol oynayır. Qarşıdan gələn hücumlarda əsas rollardan birini oynayan B-52 raketdaşıyıcıları Hind okeanının ortasında eyniadlı adada yerləşən Britaniya aviabazası “Diego Garcia”dan uçaraq, ən yaxın məsafədə “Tomaqovka”ya rahat şəkildə irəliləyəcək. Amerikan strateji bombardıcılarının gedə biləcəyi başqa bir baza isə Qloçesterşir qraflığında yerləşən “Feyfrod" dur.
 
Qərb agentliyi bildirir ki, CİA-nin direktoru Portet Hoss Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Təyyub Ərdoğandan ABŞ aviasiyalarının İran obyektlərini vurmaq üçün bu ölkədəki aerodromlardan istifadə edə bilməsi ilə bağlı razılıq əldə etməyə çalışsa da, aydın şəkildə rədd cavabı alıb. Pentaqon “Vaytmen” aviabazasında yerləşən və yüksək dəqiqlikli zərbələrin endirilməsi üçün nəzərdə tutulan görünməz B-24 “Spirit” bombardıcılardan istifadə etmək niyyətindədir. Bu təyyarələr Missuri ştatındakı bazadan bir dəfə yanacaq doldurmaqla İran ərazisinə çata bilər. Bu qanadlı nəqliyyat vasitələrinə hansı sursatın, sadə və ya nüvə yüklənəcəyi hələ bilinmir.
 
İstisna deyil ki, ABŞ İraqda olduğu kimi, hansısa yeni gizli hərbi gəlişmələr qəbul edə bilər. Qərb mətbuatında gedən məlumatlara görə, ABŞ istənilən obyekti tamamilə darmadağın edən 14 tonluq “Massive Ordnanje Penetrator” bombalarını sınaqdan keçirib. Bu “hədiyyə” İran üçün hazırlanıb. Alimlər belə bombanın seysmik aktiv olan bir torpaqda nə demək olduğunu yaxşı bilir. Bomba içərisində 2,5 ton partlayıcı saxlayır və sputniklə idarə olunur. ABŞ-ın tanınmış mənbələrindən “sızan” məlumata görə, əgər İran İsrail əleyhinə kimyəvi silahdan istifadə edərsə, ABŞ-da İrana qarşı nüvə silahından istifadə edəcək.
 
Bütün bu hərbi birliklərin zərbələrindən sonra İranın hansı dəhşətli itkilər yaşayacağını anlamaq üçün hərbi ekspert olmağa gərək yoxdur. Kəşfiyyat orqanlarının məlumatına görə, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlar hazırlıq işləri yekunlaşmaq üzrədir.
 
Müxtəlif mənbələrə görə, bombardıcıların keçəcəyi hədəflər aşağıdakılardır:
 
- Buşer Atom Elektrik Stansiyası (burada həmçinin rusiyalı və xarici
mütəxəssislər də çalışır);
 
- Uran yataqlarının yerləşdiyi Yəzd şəhərinin yaxınlığında Səhənd adlanan bir bölgə;
 
- “Natanz” uran zəngilləşdirmə zavodu;
 
- Arakdakı ağır su stansiyası və radioizotop zavodu
 
- “Ardaxan” nüvə yanacağı zavodu;
 
- İsfahanda Uran Emalı Zavodu və Nüvə Texnologiyaları Mərkəzi;
 
- Tehranda molibden, yod və ksenon radioizotoplarının istehsalı zavodu;
 
- Tehranda Cebr ibn Xəyyan adına universal laboratoriya;
 
- Tehran ərtafında yerləşən "Kalaye" elektrik şirkəti;
 
- Leşkerabadda sökülməsi güman edilən uran zəngilləşdirmə zavodu;
 
- Karac və Anarakda radioaktiv tullantılar anbarı.
 
Hələ ki, müəyyən edilməmiş və yalnız iddia edilən hədəflər:
 
- "Sahab" 1,2 və 3 raketlərinin buraxılış bazası;
 
- Tehrana yaxın beynəlxalq aeroportı olan Mehrabad Hava bazası;
 
- Fars körfəzi və Xəzər dənizində yerləşən donanma qüvvələri və texnikası;
 
- Ölkə boyunca hərbi sifarişlər, nəzarət, rabitə və kəşfiyyat şəbəkəsi;
 
Sadalananlardan əlavə, İranda yerin dərin qatında gizlədilmiş 10 hərbi zavodu var. Həmçinin “ikindərəcəli hədəflərin” adları olan siyahı da hazırdır.
 
Kəşfiyyat orqanlarından sızan məlumata görə, bu siyahıya mülki aeroport, radio və telequraşdırıcılar, telekommunikasiya mərkəzi, hökumət binaları, sadə silahlar istehsal edən zavodlar, magistral yollar və körpülər, dəmiryolu xətləri daxildir.
 
İkinci İraq müharibəsinin birinci günündə İran və İraqa 400 raket buraxılmışdı, indi isə birinci gün daha çox raket buraxılacaq. Britaniyanın hərbi eskpertlərinin qiymətləndirməsinə görə, müharibənin birinci günündə minimum on minlərlə hərbçi və mülki vətəndaş öləcək, əgər müharibə uzun çəkərsə, insan itkiləri yüz minlərlə olacaq.
 
(ardı var)
 
Rus dilindən tərcümə etdi: Vüsalə Rüstəmova

 

PAYLAŞ

Oxşarlar

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK  VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

MÜSƏLMAN ŞƏRQİNDƏ DEMOKRATİYA, DÜNYƏVİLİK VƏ PARLAMENTARİZM ƏNƏNƏSİ

03 İyun 2020

Azərbaycanın bu gün dünya müstəvisində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlı… ƏTRAFLI

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

Azərbaycanlının nəzərində 2020-ci il dünya xəritəsi

03 İyun 2020

Опрос Центра социальных исследований, датированный январем-мартом 2020 года, несет в себе актуа… ƏTRAFLI

Dünya iqtisadiyyatı pandemiya ilə

Dünya iqtisadiyyatı pandemiya ilə "savaşda" - TƏHLİL

02 İyun 2020

Pandemiya iqtisadiyyatın həm bu günü, həm də gələcəyi üçün nikbin proqnozları yanıldır. Ümumilikdə qlobal fəlakətlər və pan… ƏTRAFLI