Məqalələr

Ermənistanda tibbi və sosial vəziyyət beynəlxalq təşkilatların hesabatlarında

avatar
Sahib Məmmədov
2020-07-20

STM-in icraçı direktoru, hüquq müdafiəçisi

COVİD19 pandemiyası həm də ölkələrin fövqaladə çağırışlara hazırlıq vəziyyətini açıq şəkildə göstərdi.

Pandemiya Ermənistada yalnız səhiyyə sisteminin deyil, bütövlükdə sosial müdafiə sisteminin yarasız vəziyyətdə olmasını bütün çılpaqlığı ilə ortaya qoydu.

Hazırda əhalinin sayına görə yoluxma göstəricilərinə görə Ermənistan dünya üzrə birinci beşlikdədir. Hər milyon nəfər əhaliyə 12 000 nəfərə yaxın yoluxma ilə 213 dövlət sırasında (əhalisi minlərlə sayılan cırtdan dövlətlər istisna olmaqla) ilk beşlikdə olsa da bu beşlikdə hər milyon nəfər əhaliyə düşən koronavirusdan öümə görə ilk 3 ölkə sırasıdadır. Ölkənin səhiyyə sistemi pandemiyanın başlanğıc fazasında artıq çökmüşdü.

Ermənistada əhalinin tibbi xidmətlərə çıxışndakı problemlə bağlı beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin müvafiq qurumları öz hesabatlarında davamlı olaraq narahatlıqlarını ifadə edirlər.

 

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsi  Ermənistan Respublikasının “İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Pakt” üzrə öhdəliklərinin icrası ilə bağlı təqdim etdiyi dövrü hesabatlarla  bağlı açıqladığı ümumi xarakterli qeyd-şərtlərində özlkədə sosial hüquqların təmin olunması ilə bağlı ciddi problemlərin mövcud olmasından narahatlıq ifadə etmişdir.

 

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqları üzrə Komitəsi həmçinin əhalinin tibbə çıxış imkanlarının məhdud olmasından narahatlıq ifadə etmişdir. Sənəddə göstərilir ki, əhalinin keyfiyyətli tibbi yardım almaq imkanı məhduddur. “Komitə tibbi müəssələrdə çox geniş yayılmış “qeyri-rəsmi ödəniş” praktikasından narahatdır”[1].

 

Komitə Ermənistadan tibb müəssələrində geniş yayılmış qeyri-rəsmi ödəniş sisteminin aradan qaldrılmasını və bu halların baş verməməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb etmişdir. Komitə görülən tədbirlər barədə məlumat təqdim etməyi də tələb etmişdir.

 

Ümumdünya Səhiyyə Təşkilatı isə Ermənistada tibbi yardıma çıxışın problemləri barədə rəsmi veb səhifəsində dəfələrlə yazılar yerləşdirib. “Ən çox həllini gözləyən problemlərdən biri də minimal sosial müavinət proqramından yardım almayan Ermənistanın işləyən əhalisi üçün müalicənin və dərmanların qiymətlərinin yüksək olmasıdır”.[2]Ümumdünya Səhiyyə Təşkilatə qeyd edir ki, ölkədə həssas təbəqələr üçün nəzərdə tutulan minimal sosial müavinətin həcmi ilbəil azalır. Bunun da səbəbi hər il həmin proqrama xeyli insanın qoşulması ilə bağlıdır. Proqram üçün büdcədən ayrılan vəsitin miqdarı artmır, lakin ondan bəhrələnənlərin sayı durmadan artır və nəticədə adam başına ayrılan məbləğ azalır. Ölkədə keyfiyyətli tibbi xidmət təşkil olunmayıb. Xəstəxanalar və tibbi avadanlıqlar köhəlib və sıradan çıxıb. Müasir diaqnostika sistemi yox dərəcəsindədir. Nəticədə xəstəliklərin sayı artmaqda davam edir.

 

Beynəlxalq təşkilatların, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının hesabatlarından görünür ki, Ermənistan Respublikasında sosial hüquqular, o cümlədən əmək hüquqlarının təmin olunma vəziyyəti acınacaqlıdır.

ABŞ Dövlət Departamentinin ölkələrdə insan hüquqlarının vəziyyəti ilə bağlı 2016-cı il üzrə hesabatında göstərilir ki, “Ermənistada aylıq minmal əmək haqqı 55 000 dram (115 ABŞ Dolları) təşkil edir. Minimla kasıblıq həddi il üzrə 24 109 dram (50 ABŞ Dolları), ay üzrə isə 41609 dram (87 ABŞ Dilları) müəyyən edilib”[3].

 

Özəl sektorda qeyri-formal əmək bazarının miqyasları həddən artıq yüksəkdir. Konstitusiya və əmək qanunverciliyi 8 saatlıq iş günü və ildə 20 gündən az olmayan ödənişli məzuniyyət hüququnu təsbit etsə də, faktiki olaraq iş yerlərində 10-12 saatlıq iş günü müəyyən edilib və qeyri-formal əmək bazarının iştirakçıları məzuniyyət hüququndan istifadə edə bilmir. Qanunvericiliklə iş vaxtından artıq işlərə yol verilmir və istisnalar qanunda göstərilir. Bununla belə gecə növbəsində işlərə görə və iş vaxtından artıq işlərə görə heç bir ödəniş edilmir. “Özəl şirkətlərin, xüsusilə xidmət sahəsində və parakəndə satış sahəsində fəaliyyət göstərən  olan özəl şirkətlərin əməkdaşları ödənişli məzuniyyət ala bilmir və qanunvericilikdə nəzərdə tutulan iş vaxtından artıq işlərə cələb olunanlar əlavə kompensasiya ala bilmir.

 

 

Bəzi özəl məşğulluq mərkəzlərinin verdiyi məlumatlara görə bir çox özəl şirkətlər 10-30 gün sınaq müddəti təyin etməklə sənədləşməmiş və ödəniş olmayan işlərə cəlb edirlər. Bu müddət bitdikdən sonra heç bir ödəniş etmədən həmin şəxsləri işdən çıxarırlar və onlar işlədikləri günlər üçün əmək haqqı tələb edə bilmir”[4].

 

Hesabatda daha sonra göstərilir ki, kasıb coğrafi rayonlarda müəssisə rəhbərləri alternativ iş yerlərinin olmamasından sui-istifadə edərək işçiləri qanunda nəzərdə tutulduğundan daha çox müddətə işə cəlb edir və onlara çox aşağı əmək haqqı verirlər. İş yerlərində əməyin mühafizəsi qaydalarını və ekoloji standarlara əməl edilmir və nəticədə işçilər arasında peşə xəstəlikləri və istehsalata bədbəxt hadisələrin qurbanı olur. İşçilərin yarıdan çoxu dövlət müdafiəsinin olmadığı, zərərli və az ödənişli iş yerlərində çalışırlar və onların əməyi istismar olunur.

 

ABŞ Dövlət Departamentinin hesabatıda iş yerlərində texniki təhlükəsizilik qaydalarının ciddi şəkildə pozulması, şaxtalarda və digər ağır əmək şəraiti olan iş yerlərində bədbəxt hadisələrin çoxluğu və bu səbədən insanların həlak olması və ya sağlamlıqlarını birdəfəlik  itirmələri halları da qeyd olunub. İstehsalat yerlərində xəsarət almış və bu səbədən həlak olanların ailələri və xəsarət nəticəsində sağlamlığını itirmiş insanları zərərin əvəzini və kompensasiya ala bilməmələri də qeyd olunmuşdur.

 

BMT-nin İqtisadi, Sosial və Mədəni hüquqlar üzrə Komitənin açıqladığı sənəddə Ermənistanda əmək, pensiya, sosial təminat hüquqlarının pozulması, yoxsulluğun yüksək səviyyəsi, korrupsiya, qadınlara qarşı ayrı-seçkilik, məişət zorakılığı və insan alverini ilə bağlı göstəricilərin yüksək olması ilə bağlı narahtlıqlar ifadə olunmuş və müvafiq tövsiyələr verilmişdir.

 

Komitə iştirakçı-dövlətdə,xüsusən də kənd rayonlarında işsizliyin yüksək səviyyəsindən və peşə-texniki hazırlıq və məşğulluq sahəsində siyasətin aktivləşdirilməsi üçün nəzərdə tutulan dövlət ödənişlərinin az ol olmasından narahatdır.Komitə həmçinin təssüf edir ki,əksəriyyət işsizləri  statistikasının pisləşməməsi üçünişsiz kimi qeydə almırlar.Komitə həmçinin qeyri-formal əmək bazarının yüksək dərəcəsindən narahatdır və bu göstərici göstəricilərə görə 40%-dən çoxdur və bu hal qeyri-formal əmək bazarınının iştirakçılarının iqtisadi və sosial hüquqlarının həyata keçməsinə mane olur”[5].

 

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsi həmçinin Ermənistada məşğulluq sahəsində qadınlara münasibətdə ayrı-seçkiliyin olması ilə bağlı narahatlıq bildirib. “Komitə yenidən qadınlar arasından işsizliyin yüksək səviyyəsindən narahat olduğunu bildirir.Komitə həmçinin iqtisadiyyatda geniş miqyaslı vertikal və horizontal gender seqreqasiyasından,kişilərlə qadınlar arasında qanun qarşısında hüquq bərəabərliyinin olmasına baxmayaraq  işləyən qadınların əsasən aşağı əmək haqqı olan iş yerlərində cəmlənməsindən narahatlıq ifadə edir.Komitə həmçinin əmək haqları arasında kəskin gender fərqindən narahatdır, belə ki, 2012-ci ildə qadınların əmək haqqı kişilərin əmək haqqısının 60%-i həcmində olmuşdur”[6]

 

Ermənistada yoxsulluq göstəriciləri yüksək səviyyədədir. Rəsmi etiraf olunan yoxsulluq göstərcilri 40%-ə yaxındır. Yoxsulluğun yüksək səviyyədə olmasının ciddi səbəblərindən biri də ölkədə korrupsiyanın yüksək həddə olmaıdır. Dövlət büdcəsindən sosial yardım kimi ayrılan vəsitlərin, eləcə də xarici yardımların böyük hissəsi mənimsənilir. BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsi bununla bağlı qeyd edir ki, “ Komitə təssüf edir ki, həyat səviyyəsini lazım olan səviyyədə təmin etmək üçün sosial təminat üzrə, o cümlədən pensiyalaçılar və işsizlər üçün nəzərdə tutulan müavinətlər çatışmır.Komitə qeyd edir ki, hətta “həssaslıq kofisenti” sistemində beləyoxsulluq həddində yaşayanların problemini həll etmək üçün sosial yardım kifayət qədər deyildir.2012-ci ildə əhalinin 32%-nin, 5 yaşa qədər uşaqların 35%-nin yoxsul olmasına baxmayaraq ailələr üçün sisial müavinətin həddən az olması Komitəni narahat edir”[7].

 

BMT Komitəsi ölkədə yoxsulluğun davamlı xarakter almasını və hakimiyyət orqanlarının bununla bağlı hər hansı strategiyaya malik olmamasını təssüf hissi ilə qeyd edir və iştirakçı dövlətdən yenidən təxirəsalınmaz tədbirlər həyata keçirməyi tələb edir.

 

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsi Ermənistanda təhsil sahəsində də ciddi problemlərin olması barədə narahatlıq ifadə etmiş, xüsusən milli azlıqların öz ana dillərində təhsil almaq imkanlarının məhdud olmasında narahatlıq ifadə etmişdir.

 

“Komitə təhsil sistemininmaddi bazasının yaxşılaşdırılması məqsədi ilə büdcə vəsaitinin ayrılmasına bazmayaraq əksəriyyət məktəblərin infrastrukturunun bərbad vəziyyətdə olmasından narahatdır.Komitə həmçinin yuxarı sinif şagirdlərinin ali məktəblərə qəbul olunmaq üçün zəruri olan  bilikləri  əldə etmək üçün repititorlar axtarmalı olmasından narahatdır. Bu vəziyyət həm də ali məktəblərdətələbələr arasında  sosil-iqtisadi mənsubiyyətə görə təbəqələşmənin əmələ gəlməsinə gətirir”[8].

 

Ölkədə sosial-iqtisadi hüquqların ciddi surətdə pozulmasının əsas səbəblərindən biri də hakimiyyətin yuxarı dairələrində və məişət səviyyəsində korrupsiyanın olduqca yüksək səviyyədə olmasıdır. BMT-nin müxtəlif komitələri ölkədə korrupsiya halları ilə bağlı narahatlıq ifadə edən bəyanatlar vermişdir.

 

Komitə Ermənistan Respublikasının “Mülki və Siyasi Hüquqlar Haqqında Pakt” üzrə öhdəliklərinin icrası ilə bağlı təqdim etdiyi dövrü hesabatla bağlı açıqladığı Ümumi xarakterli qeyd-şərtlərin 22-ci bəndində göstərir di ki, “Komitə dövlət hakimiyyətinin bütün qollarında, xüsusən polis sistemində, məhkəmələrdə dövlətdə qanunçuluğu sarsıdan korrupsiyanın yayılmasından xüsusi olaraq narahatdır. Bundan əlavə komitə yüksək səviyyədə korrupsiayay qarşı mübarizənin kifayət qədər və inandırıcı olmamasından narahatdır. Bu hal əhalinin mühakimə sisteminə etibarını itirir”[9].

 

BMT-nin İnsan Hüquqları Komitəsi Ermənistan dövlətindən korrupsiyaya qarşı effektiv mübarizə aparmağı tələb etmişdir. Bununla belə Ermənistda hakiyyətin yüksək dairələrində və aşağılarda korrupsiya ciddi bir sistem kimi oturuşmuşdur və bu baxımdan istər məhkəmə hakimiyyətində, istər səhiyyədə, istər təhsildə və digər bütün sahələrdə korrupsiya dərin kök salmışdır və bu da ölkədə yoxsulluğun yüksək səviyyədə olmasını, əhalinin tibbə və təhsilə çıxışının acınacaqlı vəziyyətə olmasını şərtləndirir. İşsizliyin yüksək səviyyəsi nəticəsində əhalinin əmək qabiliyyətli hissəsinin əksəriyyəsi əmək miqrantı kimi başqa ölkələrdə, xüsusən Rusiya Federasiyasında əmək fəaliyyətini həyata keçirirlər. Ölkədən daimi olaraq köçüb gedənlərin sayı illər üzrə orta hesabla 13 000 nəfərə yaxındır. Bu rəqəm 90-cı illlərdə dəfələrlə çox olmuşdur. Sadəcə indi qəbul edən ölkələrin sayı azalımışdır və bu səbəbdən həmişəlik köçmək istəyənlərin heç də hamısı bu imkanı əldə edə bilmir.

 


 

PAYLAŞ

Oxşarlar

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə: İrəvanı yenidən bölmək planı

06 Avqust 2020

Sovetlər Birliyinin mövcud olduğu 70 il ərzində hərbi aviasiya sistemində ən yüksək rütbəyə - general-mayor zirvəsinə ucalan, ki&ccedi… ƏTRAFLI

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

Erməni deşifrəsi: Paşinyanın üzünə vurulan tarix silləsi

06 Avqust 2020

Tarixi dəyişmək cəhdləri həmişə məğlubiyyə düçar olub. Məşhur tarix fəlsəfəçisi Frensis Fukuyama deyirdi ki, heç kim tarixdə ya… ƏTRAFLI

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

IV sənaye inqilabı və təhsilin əsas inkişaf trendləri

29 İyul 2020

2019-cu ilin yanvarın 21-də Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunu… ƏTRAFLI