Yuxarıya
skip to main content

Dünyadakı bu STATİSTİKA nəyi ehtiva edir?- (Tərcümə)

11.01.2020

Həmçinin,  bu azalma 2000-2018-ci illərdə daha da sürətlənib. Belə ki, 1990-2000-ci illərdə 2%-lik azalma tempi 2000-2018-ci illərdə artaraq 3.8%-ə yüksəlib. Son on ildə dünyadakı inkişafa baxmayaraq 2018-ci il yekun statistikasına əsasən beş yaşa qədər 5.3 milyon uşaq dünyasını dəyişib və ölüm hadisələrinin təqribən yarısı Böyük Səhradan cənubda yerləşən Afrikada qeydə alınıb.  

 

 

1990-cı ildə dünyaya yeni gələn 1000 uşaq  beş yaşa qədər qlobal uşaq ölümü statistikasını 93%-dən 59%-ə dək azaltmağa nail olub. 2018-ci ildə isə bu göstərici 39% təşkil edib.

 

Sözsüz ki, dünyadakı tərəqqi ilə yanaşı uşaq ölümlərinin qarşını almaq ən mühüm vəzifədir. Təkcə 2018-ci ildə hər gün təxminən 15.000 uşaq tələf olub. 1990-2018-ci illərdə 195 ölkədən 148-də uşaq ölümlərinin sayı təxminən yarıya enib. Elə həmin illərdə bu ölkələrin 40%-də göstərici üçdə iki nisbətində azalma ilə müşahidə olunub. Onlardan 31-i aşağı və orta gəlirli ölkələrdir.

 

80 ölkədən çoxunda beş yaşa çatmamış  ölən uşaq sayı  1990-cı ildəki səviyyədən ən az üçdə ikiyə qədər azalıb.  Lakin, təəssüf ki, uşaqların yaşama haqqı həm regional, həm də əhalinin aşağı gəlir səviyyəsi səbəbindən ikinci plana atılır.

 

Böyük Səhranın cənubundakı Afrika ölkələri hələ də dünya reytinqində ən çox uşaq ölümü yaşanan bölgədir. Bu yerlərdə 1000 yeni doğuş zamanı 78 ölüm hadisəsi baş verir.

 

2018-ci ildə həmin Afrika ölkələrində hər on üç uşaqdan biri beş yaşına çatmamış dünyasını dəyişir. Bu rəqəm yüksək gəlirli ölkələrin statistikası ilə müqayisədə 15 dəfə daha çoxdur. Ümumillikdə statistikada ən çox uşaq ölümləri qeydə alınan ölkələrdə - aşağı gəlirli ölkələr və ölüm səviyyəsi 1000 yeni doğuşda 100-dən çox olan altı Afrika ölkəsindən -  daha çoxdur. 

 

Dəyişən demoqrafiya ilə Böyük Səhradan cənubdakı Afrika bölgəsində ən ağır uşaq ölümləri siyahıda əks olunub. Beş yaşa qədər uşaq ölümlərinin 82%-i ən əsas iki bölgədə- Afrikanın  Böyük Səhradan cənubda yerləşən ölkələrində (54%) və Cənubi Asiyada (28%) nəzərə çarpır.  Xüsusilə də Afrikada baş verən bu ölümlər 1990-cı ildə 31% idisə, 2018-ci ildə 54%-ə qədər artıb və hətta növbəti on ildə artımın daha da yüksələcəyi təxmin edilir.

 

Bugünki dünyanın qlobal problemlərdən biri - uşaq ölümlərinin qarşısının alınması üçün xüsusi yaş kateqoriyalarına və yeniyetmələrə məqsədyönlü şəkildə qayğı göstərilməlidir. Əslində, uşaq ölümlərinin təxminən üçdə biri sətəlcəm, ishal və malyariya xəstəliyinə yoluxma nəticəsində baş verir. Eləcə də, 2018-ci ildə beş yaşa qədər uşaqlar arasında ölümün əsas səbəbləri- erkən doğuş zamanı ağırlaşmalar (18%), sətəlcəm (15%), doğuş zamanı və onunla əlaqədar baş verən çətinliklər (13%), anadangəlmə anomaliyalar (9%), ishal (8%), neonatal ölüm (7%) və malyariya (5%) olub.

 

Afaq Məmmədova
Azərbaycan Dillər Universiteti Tərcümə (ingilis-ispan) fakültəsini bitirib. Müxtəlif nüfuzlu nəşrlərin məqalələrini tərcümə edir.