logo
AZ

Tədbirlər

Rəşad Mahmudov Sosial Tədqiqatlar Mərkəzinin kollektivi ilə görüşdü

 

8 avqust 2019-cu il tarixində tanınmış ürək cərrahı, millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri Rəşad Mahmudovun Sosial Tədqiqatlar Mərkəzində "İcbari tibbi sığorta: reallıq və perspektivlər" mövzusunda seminarı təşkil olunub.

 

Seminarda STM-in İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, STM-in İdarə Heyətinin üzvləri və əməkdaşları iştirak ediblər. Əvvəlcə, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc qonağı salamlayıb. O, Azərbaycan səhiyyəsi ilə bağlı qarşıda çox mühüm çağırışların olduğunu bildirib. Bu sahədə peşəkar şəxslərin rəylərinin STM üçün əhəmiyyət daşıdığını açıqlayıb və qeyd edib ki, bu cür strateji məsələlər hər bir vətəndaşın maraqlarını əhatə edir. Ona görə də STM-də təşkil edilən seminarlarda səslənən fikirlər, irəli sürülən təkliflər gələcəkdə hazırlanan sənədlər üçün də əhəmiyyətli rol oynayır.

 

Millət vəkili Rəşad Mahmudov seminarda Azərbaycan səhiyyəsinin böyük bir zaman kəsiyində keçdiyi yolu dəyərləndirərək, müstəqillikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin vətəndaşlarımızın sağlamlığına və rifah halının yaxşılaşdırılmasına xidmət etməsindən real faktlarla danışıb, Dünya Səhiyyə Təşkilatının hesabatlarından gətirilən misallarla müxtəlif ölkələrdə yürüdülən səhiyyə siyasətinin oxşar və fərqli məqamlarını tədqiqatçılar üçün geniş təhlil edib.

 
 
 

Ölkəmizdə son illər sürətlə yenilənən səhiyyə infrastrukturunun və digər büdcə ayrımlarının səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsirindən danışan qonaq eləcə də güclü region dövlətlərinin dünyadakı sərt rəqabətə tab gətirmələri yolunda ələ aldıqları texnoloji və təhsil yönümlü tədbirlərin bizim üçün qarşıya hansı sosial və idarəçilik vəzifələrini qoyduğunu peşəkar dəlillərlə izah etdi.Konkret olaraq 2 ölkə,Qazaxıstan və Gürcüstan nümunəsində islahatların hansı ağrılı mərhələlərdən keçdiyinə misallar gətirildi, silahtalrdan əvvəl və sonra müxtəlif xəstəliklərin artma və azalması, idarəetmənin çevikləşməsi və şəffaflığının artması üçün vacib olan hüquqi bazanın yaradılması xüsusi vurğulandı.

 

R. Mahmudov səhiyyə sektorunda mövcud olan çətinliklərin SSRİ-dən miras qaldığını qeyd etdi, lakin kadr bazası, əksər bölgələri əhatə edən müasir xəstəxana korpusları və ilkin tibbi yardım sahəsindəki təcrübəni hansı yollarla inkişaf etdirməyin düzgün modellərini ortaya qoydu.İlk növbədə, hüquqi baza və standartlar müəyyənləşməli, daha sonra artan iqtisadi potensialımıız hesabına Azərbaycan əhalisi arasında icbari tibbi sığortanın düzgün tətbiq edilməsi yönündə aparılan işlər təşkil etməlidir. Əlbətttə, bu yeniliklərin tətbiqi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin davamı olaraq ölkənin səhiyyə sisteminin daha sürətlə inkişafına töhfə verməkdədir. Əhaliyə tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılması, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi əsaslarla təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi baxımından icbari tibbi sığorta sistemi beynəlxalq təcrübədə özünü doğrultmuş bir yanaşmadır. Rəşad Mahmudov onu da nəzərə çatdırdı ki, dəqiq "yol xəritəsi" əsasında həyata keçirilən islahatlar nəticəsində səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azalacaq, tibb müəssisələrinin fəaliyyətində effektivlik artacaq, tibbi-iqtisadi rentabellik təmin olunacaqdır.

 

Bir çox çətin əməliyyatların bilavasitə rayon xəstəxanalarının özündə uğurla aparılması və əhalinin müasir, keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması da əsas hədəflərdəndir. Bu, həm də kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçilərinin xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilməsinin yüksək səmərəsindən, son nəticədə həmin bölgələrdə yaşayan insanların səhhətinə faydalarından xəbər verir.

 

Qonaq vurğuladı ki, ölkədə və dünyada ən çox ölüm halları yaşanan məhz ürək-damar xəstəlikləridir. Buna görə də Azərbaycanda belə ağır formalı xəstəliklərin müalicəsi üçün dövlət xüsusi addımlar atır. O, seminarın yekununda bildirdi ki, ölkədə hazırkı vəzifə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək, tibbi yardımın keyfiyyətinə nəzarət mexanizmlərini təkmilləşdirməklə yanaşı ən vacib məsələ əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etməkdir. Bu kontekstdə isə Azərbaycan həkiminə inam xüsusi əhəmiyyətə malik olmalıdır.

 

Daha sonra STM əməkdaşlarının suallarını cavablandıran Rəşad Mahmudov qarşılıqlı fikir diskussiyalarının önəmini vurğulayıb.

 

PAYLAŞ

Oxşarlar

STM-də Çin nümayəndə heyəti ilə görüş keçirilib

STM-də Çin nümayəndə heyəti ilə görüş keçirilib

24 Sentyabr 2019

Sosial Tədqiqatlar Mərkəzində 05 avqust 2019-cu il tarixində Azərbaycanda səfərdə olan Çin Sosial Elmlər Akademiyasının (ÇSEA-CASS), Siyasi… ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzində Komitə sədri ilə görüş olub

Sosial Tədqiqatlar Mərkəzində Komitə sədri ilə görüş olub

24 Sentyabr 2019

  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə Sosial Tədqiqatlar Mərkəzində görü… ƏTRAFLI

Hafiz Paşayev Zahid Orucun rəhbərlik etdiyi Mərkəzin kollektivi ilə görüş keçirib

Hafiz Paşayev Zahid Orucun rəhbərlik etdiyi Mərkəzin kollektivi ilə görüş keçirib

24 Sentyabr 2019

        24 iyul 2019-cu il tarixində, ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin (STM) kollektivi ilə görüş keçiril… ƏTRAFLI