Giriş. Sosial-siyasi münaqişə dövlət və cəmiyyət üçün nə ifadə edir? Münaqişə nə qədər uzun müddət davam edərsə itirən tərəfin uğurlu nəticələrə nail olma şansı bir o qədər azalır. Uzunmüddətli konfliktlərdə münaqişənin işgüzar mahiyyəti azalır, emosional və şəxsi mahiyyəti isə artır. Uzun müddət davam edən mübarizədə münaqişə zamanı yol verilən iddialar, təhqirlər kobudluq səbəbindən obyekt ikinci plana düşür. Belə konfliktlərdə haqsız tərəflər uzunmüddətli mübarizədə elə hərəkətlərə yol verirlər ki, onların mövqeyini konstruktiv hesab etmək mümkün olmur. Bu tendensiya Dağlıq Qarabağ münaqişəsi kimi çətin xarakterə malik olan etnik və siyasi münaqişələrdə də özünü büruzə verir. Münaqişə bir neçə dəqiqəlik (məsələn: məktəblilər arasındakı münaqişə) və ya onilliklərlə davam edə bilər (məsələn: Vyetnam müharibəsi -1959-1973, Qarabağ müharibəsi - 1989-cu ildən bu günə qədər).
Sosial münaqişələr və onların həll edilməsi metodlarının araşdırılması, münaqişələrin təhlili və öyrənilməsinin əhəmiyyəti, onun müsbət və mənfi tərəfləri, konfliktlərin həll olunmasında onların rolunun qiymətləndirilməsi baxımından çox əhəmiyyətli və aktualdır. Münaqişə anlayışı təhlükə, düşmənçilik, anlaşılmazlıq, cəhd, ümidsizlik, haqlılığı sübuta yetirmə, nifaq və s. neqativ hissləri ifadə edir. Münaqişələr adətən qaçılmalı olan situasiyalar kimi dəyərləndirilir. İstənilən konfliktin mərkəzində hər hansı bir səbəbdən tərəflərin əks mövqeləri və yaxud mövcud şəraitdə əks vasitə və məqsədə çatma yolları, və ya maraqların, istəklərin, üst-üstə gəlməməsi dayanır:
Münaqişələri sadəcə olaraq idarə etmək lazımdır. Münaqişələr cəmiyyətin demək olar ki, bütün sferalarında yaranır. Münaqişənin müxtəlif cür açıqlaması və tərifləri mövcuddur, lakin onların hamısı ziddiyyəti özündə birləşdirir. Bu ziddiyyət özündə insanların qarşılıqlı fəaliyyəti nəticəsində yaranan narazıçılığı ifadə edir. Dövrümüzdə münaqişənin mahiyyətinin, onun tipologiyasının, dinamikasının, funksiyalarının və onun idarə edilməsinin öyrənilməsi qaçınılmazdır. Əgər münaqişələr düzgün idarə edilməzsə onlar cəmiyyətdəki insan münasibətlərinin, sosial-psixoloji mühitin pisləşməsinə, insanların mövqeyinin itirilməsinə gətirib çıxarar. Bu baxımdan münaqişələrin təhlili və öyrənilməsi də Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Münaqişə bəzi hallarda müxtəlif forma və nəticələr verə bilər. Lakin istənilən halda söhbət bir-birinə qarşı yönəlmiş fəaliyyətin başa çatmasından gedir. Münaqişənin mərhələ və dövrlərinin müxtəlif müddətləri olur. İnsidentdən sonra tərəflərdən biri güzəştə gedirsə münaqişə bununla da yekunlaşır və bəzi mərhələlər baş vermir. Münaqişəni başlanmış hesab etmək üçün aşağıdakı 3 müvafiq şərtə ehtiyac var:
Cəmiyyət daim inkişafda olur. Bu inkişafın üsullarından biri müəyyən mərhələlərdən ibarət olan prosesi əks etdirən münaqişədir. Münaqişə bütün hallarda 3 mərhələdən keçir:
Münaqişənin dinamikasına konfliktin dövrləri və mərhələləri aid edilir. Dinamikanın xarakteristikası konfliktdə baş verən bütün dəyişikliklər, mövcud konfliktin inkişafının xüsusiyyətləridir. Mərhələlər konfliktin başlanmasından sonunadək onun inkişafının bütün zəruri anlarını əks etdirir. Konfliktin inkişaf mərhələsi aşağıdakılardan ibarətdir:
Münaqişəqabağı situasiya – münaqişənin mümkünlüyü ehtimalıdır, münaqişənin mövcudluğu deyildir. Bu situasiya boş yerə yaranmır, ziddiyətlərin inkişafı və kəskinləşməsindən asılı olaraq tədricən baş qaldırır. Qarşıdurmaya gətirib çıxaran bu ziddiyyətlər və faktlar əvvəldə aydın və kəskin nəzərə çarpmır, onlar çoxsaylı ikinci dərəcəli və təsadüfi halların kölgəsində gizlənmiş olurlar. Bu dövr münaqişədə gətirib çıxaran amillərin və proseslərin toplanması dövrüdür. Bu səbəbdən onu adətən ədalətli olaraq konfliktin gizli dövrü, münaqişəqabağı dövr adlandırırlar. Münaqişəqabağı situasiya konfliktin real mövcudluğu üçün zəmin yaradır. Lakin bu situasiya sülh yolu ilə, konfliktsiz yolla həll edilə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, münaqişə qabağı situasiyada potensial münaqişənin səbəblərinin dərk edilməsi adekvat və qeyri-adekvat ola bilər. Sonuncu halda münaqişə tamamilə aradan qaldırıla bilmir, münaqişənin əsl səbəbləri gec və ya tez özünü biruzə verəcəkdir və ya münaqişənin həllinin gecikməsi onun sərtliyini daha da artıracaqdır. Problem situasiyanın qeyri-adekvat dərk edilməsi ikili nəticə verə bilər:
Onu da qeyd etmək vacibdir ki, potensial münaqişənin müxtəlif tərəfləri münaqişənin qeyri-adekvat qiymətləndirilməsi və ziddiyyətlərin və amillərin qeyri-adekvat qəbul olunmasında maraqlı ola bilərlər və şüurlu surətdə digər münaqişə iştirakçılarının yanılmasına şərait yarada bilərlər. Bununla da münaqişəqabağı situasiyanın adekvat və vaxtında dərk edilməsi və qiymətləndirilməsi münaqişəqabağı situasiyanın daha optimal həlledilməsi və baş verəcək münaqişənin effektiv üsulla qarşısının alınmasının vacib şərti hesab olunur. Bu mərhələdə ziddiyyətlərə düzgün qiymət verilməsi açıq konflikt baş verməmişdən öncə onun tənzimlənməsi tədbirlərinin görülməsinə imkan yaradır. Konfliktin profilaktikası üçün onun iştirakçıları tərəfindən aşağıdakı tədbirlər görülür:
Açıq münaqişə. Əgər münaqişəqabağı situasiyada maraqların ziddiyyətini aradan qaldırmaq mümkün olmamışdırsa, gec və ya tez situasiya açıq konfliktə keçid alır. Mübarizənin mövcudluğu hamıya aydın olur. Maraqların toqquşması elə həddə gəlib çıxır ki, onun hiss etməmək və ya gizlətmək mümkün olmur. Onlar normal fəaliyyətə mane olan faktorlara çevrilirlər, tərəflər bu andan etibarən bir-birinə zidd gedən rəqiblərə çevrilirlər. Hər iki tərəf açıq şəkildə öz maraqlarını müdafiə etməyə başlayır. Bu mərhələdə rəqiblər üçüncü tərəfə müəraciət edir, hüquq orqanlarına müraciət etməklə öz maraqlarını müdafiə etməyə çalışırlar. Hər iki subyekt öz tərəfinə mümkün qədər çox tərəfdaş toplamağa çalışır, digər tərəfə təzyiq vasitələri, xüsusilə, maddi, maliyyə, siyasi, informasiya, administrativ resurslar axtarırlar. Hər kəs tərəfindən qəbul edilən üsullara deyil, eyni zamanda çirkli üsullara da əl atırlar. Açıq münaqişə mərhələsində məlum olur ki, tərəflərdən heç biri güzəştə və kompromisə getmək istəmir, əksinə öz maraqlarının dominantlıq etməsinə can atırlar. Eyni zamanda açıq konflikt mərhələsinin daxilində də bir neçə mərhələlər ayrılır ki, onlar da gərginliyin müxtəlif pillələrində meydana çıxırlar. Bu mərhələlər aşağıdakı kimidir:
Münaqişənin gizli vəziyyətdən açıq vəziyyətə keçməsi bu və ya digər insident vasitəsilə baş verir. İnsident konfliktin səbəbi deyil. Səbəb-konkret hadisədir, münaqişənin başlanması təkanıdır. O, təsadüfən və ya qəsdən yaradıla bilər, bütün hallarda səbəb konflikt deyil. Ondan fərqli olaraq insident artıq münaqişə deməkdir, onun başlanmasıdır. Bu mərhələdə münaqişənin vacib elementi “araşdırmadır”. Rəqib tərəfin əsl məqsədi və imkanları barədə informasiyanın toplanması, öz tərəfinə əlavə qüvvələrin cəlb edilməsi, tərəfdaşların axtarılmasıdır. İnsidentdə mübarizə lokal xarakter daşıdığı üçün iştirakçıların bütün potensialı hələ ki nümayiş etdirilmir. Lakin bütün qüvvələr “döyüşə” hazır vəziyyətə gətirilir. İnsidentdən sonra da münaqişəni sülh yolu ilə, kompromis və danışıqlarla həll etmək mümkündür.
Münaqişənin eskalyasiyası: İnsidentdən sonra münaqişənin sonrakı inkişafını aradan qaldırmaq və kompromisə gəlmək mümkün olmamışdırsa, birinci insidentdən sonra bir neçə insident də baş verir və münaqişə özünün növbəti mərhələsinə eskalyasiyaya qədəm qoyur. Münaqişənin eskalyasiyası onun ən gərgin mərhələsidir. Bu zaman bütün ziddiyyətlər kəskinləşir və tərəflər qalib gəlmək üçün bütün imkanlardan istifadə etməyə cəhd göstərirlər. Münaqişə lokal deyil, geniş miqyas almağa başlayır. Bütün maddi, siyasi, maliyyə, informasiya, fiziki, psixiki və s. resurslar səfərbər edilir. Bu mərhələdə hər hansı danışıqlar və digər sülh üsulları ilə münaqişəni həll etmək çətinləşir. Emosiyalar ağıla, hisslər məntiqə üstün gəlir. Əsas məqsəd qarşı tərəfə daha çox zərbə vurmaqdan ibarət olur. Bu səbəbdən bu mərhələdə konfliktin ilkin səbəbi və məqsədi itir, onların yerini isə yeni məqsədlər və səbəblər alır. Münaqişənin inkişafı idarəedilməz hala çevrilir. Münaqişənin eskalyasiyasını xarakterizə edən əsas amillərə aşağıdakıları aid etmək olar:
Münaqişənin sonu; Açıq münaqişə dövrünün sonuncu mərhələsidir. Bu mərhələdə qarşı tərəflər konkret dəyərləri dəyişdirir. Çox vaxt konfliktin sonu hər iki tərəfin münaqişəni davam etdirməyin nəticə verməyəcəyini anlaması ilə xarakterizə olunur. Ziddiyyətlərin inkişafının bu mərhələsində hər iki tərəfin yaratdığı və ya münaqişəni sona çatdıran ən müxtəlif situasiyalar mövcuddur. Bu situasiyalar aşağıdakılardan ibarətdir:
Qeyd edilən situasiyalarla əlaqədar onların həll edilməsi üsulları da kifayət qədər rəngarəngdir. Onlara nümunələr aşağıdakılardan ibarətdir:
Münaqişə sonrası dövr; Münaqişənin dinamikasının axırıncı mərhələsi münaqişə sonrası dövrdür. Bu dövrdə gərginlik azalır, tərəflər arasındakı münasibətlər tamamilə normallaşır, tərəflər əməkdaşlıq və inama meyl edirlər. Münaqişənin sona çatması heç də həmişə sülh və razılığa gətirib çıxarmır. Bəzi hallarda bir münaqişənin sonu törəmə münaqişənin başlamasına şərait yaradır. Münaqişənin sonunda postkonflikt sindromu qala bilər ki, bu da keçmiş rəqiblərin münasibətlərində qalmış gərginliklə əlaqədardır. Onlar arasındakı yeni ziddiyyətlərlər baş verərsə post münaqişə sindromu obyekti, səviyyəsi, yeni heyəti olan növbəti münaqişənin başlanması üçün mənbə rolunu oynaya bilər.
Münaqişənin mərhələ və dövrlərə bölünməsi onun çətin dinamikasından xəbər verir. Ayrı-ayrı strategiyalar və taktikalar münaqişənin baş verdiyi müxtəlif dövrlərdə xüsusi və ayrıca mənaya malik olurlar. Münaqişə dinamikasının dövr və mərhələlərinin müxtəlif müddəti, əhəmiyyəti və intensivliyi ola bilər. Psixologiya və sosiologiya sahəsində aparılan araşdırmalar göstərmişdir ki, münaqişədə iştirak edən tərəflərdən asılı olaraq münaqişənin müddəti dəyişir.
Əfqan Vəliyev
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, professor
Azərbaycanın işğalda olan topraqlarını azad etmək üçün keçirdiyi 44 günlük hərbi əməliyyatdan sonra Ermənistan itkiləri ilə… ƏTRAFLI
Nilufər Məmmədova Məqalə fəlakətlərin idarə olunması dövründə effektiv idarəetmə və inamın rolunu konseptləşdirmək və qiymətl… ƏTRAFLI
Dövlət Statistika Komitəsinin 2019-ci il üçün göstəricilərinə görə yaşı 60-dan yuxarı olan vətəndaşlar əhalinin 11,5%-ni təşki… ƏTRAFLI