"Gallup" araşdırma şirkəti hər il Qanun və İntizam indeksinə görə ölkələrin sıralamasını ictimaiyyətə təqdim edir. İndeks müxtəlif ölkələrdə "Gallup" araşdırma şirkəti tərəfdaşları tərəfindən aparılan sorğunun nəticəsi əsasında tərtib edilib. Sorğuda aşağıdakı 4 sualdan istifadə edilib:
-
Yaşadığınız ərazidəki polis qüvvələrinə inanırsınızmı? (cavablar - a) Bəli; b) Xeyr)
-
Yaşadığınız ərazidə gecə tək gəzərkən özünüzü təhlükəsiz hiss edirsinizmi? (cavablar -a) Bəli; b) Xeyr)
-
Son 12 ay ərzində sizin özünüzün, yaxud digər ailə üzvünüzün hər hansı əmlakı oğurlanıbmı? (cavablar - a) Bəli; b) Xeyr)
-
Son 12 ay ərzində sizin özünüzə fiziki hücum edilibmi? (cavablar - a) Bəli; b) Xeyr)
"Gallup" araşdırma şirkətinin 2018-ci ildə açıqladığı Qanun və İntizam indeksinə görə (sorğu 142 ölkədə 148,000 nəfər arasında 2017-ci ildə aparılıb), Azərbaycan 25-ci mövqedə qərarlaşıb ki, bu da xeyli yüksək göstəricidir. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında isə Azərbaycan 4-cü pillədədir. Siyahıda birinci yerdə Sinqapur, sonda isə Venezuela qərarlaşıb.
Araşdırmanın nəticəsində bu da qeyd edilib ki, kişilərin 86%-i yaşadığı ərazidə gecə tək gəzərkən özünü təhlükəsiz hiss edir, qadınlar üçün bu göstərici 74% təşkil edib. Bunu da qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi 10 bölgə arasında 7-ci yerdə qərarlaşıb ki, bu da nisbətən aşağı göstəricidir.
İstinad:
Gallup(2018) Law and Order Index.
https://www.insightcrime.org/wp- content/uploads/2018/06/Gallup_Global_Law_And_Order_Report_2018.pdf