Tədqiqatlar

İdarəetmə və fəlakətlərin idarə edilməsi dövründə etimad

Nilufər Məmmədova

 

Məqalə fəlakətlərin idarə olunması dövründə effektiv idarəetmə və inamın rolunu konseptləşdirmək və qiymətləndirmək məqsədi daşıyır.

 

Etimadın keyfiyyəti, sosial qarşılıqlı təsirlər və çoxsaylı mərhələlərdə effektiv idarəetmə, hər hansı bir cəmiyyətdəki insan tərəqqisinin vacib göstəricilərindəndir. Effektiv idarəetmə vətandaşların dövlətə olan etimadına müsbət şəkildə təsir etdiyi kimi, fəlakətlərin idarə olunması dövründə effektiv nəticələr əldə etmək üçün vətandaşların da dövlət qurumlarına olan etimadı gərəklidir. Başqa sözlə, bu iki paradiqma arasında bir-birinə qarşılıqlı təsir əlaqəsi (ing. mutual causality) mövcuddur.

 

Fəlakətlər həm hökumətləri, həm də sakinləri müxtəlif formalarda çətinliklərlə qarşı-qarşıya qoyur. Birləşmiş Millətlər Təşkilatı (BMT) fəlakəti “Hər hansısa bir təsirə məruz qalma, zərərə həsaslıq və mövcud kompetensiya şərtləri ilə əlaqəli zərərli hadisələr səbəbindən bir cəmiyyətin və ya cəmiyyətin fəaliyyətinin hər miqyasında ciddi şəkildə pozulması” kimi dəyərləndirir. Yarana biləcək bu durumun isə insan, maddi, iqtisadi və ekoloji itkilərə və uzun müddətdə digər törəmə təsirlərə səbəb olduğunu vurğulayır.

 

Qlobal miqyasda fəlakətlərə qarşı həssaslığın artması şəraitində, bir çox hökumət fəlakət idarəetmə kompetensiyasının vacibliyini dərk edir. Bundan savayı, həm də artan bir tendensiyada onu da görmək mümkündür ki, hökümətlər və bu işin tədqiqatını aparan insanlar həmin kompetensiyanın bir çox miqyasda idarəçiliyin rolu və hökümətə olan itimad ilə bağlı olduğunu realizə edirlər.

"Blind"-a (2007) görə, “Etimad həm sosial, həm də siyasi formalarında effektiv idarəetmənin sine qua non şərtidir. Yaxşı idarəetmə və etimad bir-birinə qidalandırır: etibar, effektiv idarəetməni yaradır və əksinə ” (s.16). “Etimadın əksikliyi vətandaşların və müəssisələrin dövlət siyasətinə zamanında cavab vermək və dayanıqlı iqtisadi bərpaya töhfə vermək istəklərini pozduğunu”2 nəzərə alsaq, bu məsələ öz vacibliyində daha da böyüyür. Bu həm də hər hansısa bir hökumət tərəfindən göstərilən xidmətlərdən xalqın məmnunluğunu nəzərdə tutur. Bu mənada, fəlakətlərin idarə edilməsi dövrü üçün tələb olunan idarəetmə, eyni zamanda hökumətlərin fəlakətlərə təsirli şəkildə cavab verməsi üçün hazırladığı və həyata keçirdiyi bir sıra siyasətdir. Fəlakətlərin idarə olunması üçün hazırlanan hökümət siyasətlərinin, tənzimləmələrinin və bir sıra hazır tutulan proqramların müvəffəqiyyəti və effektivliyi vətəndaşların hökümətlə iş birliyindən və uyumundan asılıdır.

Yuxarıda qeyd olunanların işığında, bu mövzu iki səbəbdən düşünülməyə layiqdir. Birincisi odur ki, fəlakət idarəetmə dövrü (ing. disaster management cycle) sahəsində etimad anlayışına çox əhəmiyyət verilməmişdir. İkincisi isə, fərqli ölkələrdəki mövcud müxtəlif sosial, iqtisadi və ekoloji problemlər qarşısında siyasət qurucularının getdikcə ictimaiyyətin etimadına ən çox ehtiyac duysada, həmin çox gərəkli etimad azalan tendensiyada irəliləyir.

 

Fəlakət idarəetmə dövrü

 

Müxtəlif mənbələrə görə fəlakətlərin idarə edilməsi dövrü bir neçə mərhələdən ibarətdir. Həmin dövrün mərhələləri üst-üstə düşməyə meylli olduğundan, Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması İdarəsi üç fazanı müəyyənləşdirir3. Bunlar fəlakət öncəsi, cavab tədbirləri (fəlakətin aradan qaldırılması) və fəlakətdən sonrakı (yenidənqurma və bərpa) mərhələləridir.

 

İdarəetmə konsepsiyası

 

Müasir məna və əhəmiyyətində idarəetmə konsepsiyası ilk dəfə 1989 Dünya Bankının Hesabatında (Dünya Bankı, 1989) istifadə edilmişdir. Ancaq, fəlakətlərin idarə olunması ədəbiyyatında və praktikasında 2000-ci illərdən bəri istifadə edilmişdir. Hökumət səviyyəsində idarəetmə sözü bir millətin işlərini səmərəli şəkildə tənzimləmək üçün siyasi güc tətbiqini ifadə edir. UNESCAP-a (2009) görə isə, idarəetmə "qərar qəbul etmə prosesi və qərarların həyata keçirildiyi (və ya icra edilmədiyi) müddətdir" (s. 1). Ahrens & Rudolph (2006) bunu “fəlakətlərlə əlaqəli iqtisadi risklərin azaldılması və dövlət sektorundakı idarəetmə proseslərinin davamlı şəkildə yaxşılaşdırılması üçün prirekvizit” (s. 207) kimi tərif edirlər.

 

Müasir dövlətlər, qloballaşma və rəqabətli bazar fenomenləri kimi amillər səbəbindən illər ərzində əhəmiyyətli dərəcədə dəyişmişdir. Üstəlik, bir başqa əhəmiyyətli dəyişiklik də əsnək istehsal standartlarıdır. Bunlar sənayedən biliyə əsaslanan bir cəmiyyətə keçid qarşısında düşünülməsi vacib detallardır çünki bu cür keçidlər iyirmi birinci əsrdə dövlətçiliyin rolu və funksiyasının yenidən təhlilinə gətirib çıxardı. Bu nöqtədə hər hansı bir dövlət yalnız mal və xidmət təminatçısı olmamalı, eyni zamanda strateji bir planlayıcı olmalıdır.

 

Beləliklə, “Bir səlahiyyətli şəxs və ya qurum (ing. no single authority) idarəetmədəki bütün aktorlar arasında uyğunluğu əmr edə bilməz; əksinə bu cür sistemlər müxtəlif növ normaların inkişafına və yayılmasına etibar edirlər. Həm dövlət tənzimləməsi, həm də özünütənzimləmə; bazar mexanizmləri; və kollektiv qərar qəbul etməyi və həyata keçirməyi asanlaşdıran danışıqlar, iştirak və təəhhüd kimi digər proseslər kollektiv qerarverməni fasilitə edən şərtlərdir” (Tierney, 2012, s. 342).

 

Yaxşı idarəetmə və etimadın qurulmasının tək bir orqanın işi olmadığını nəzərə alsaq, müzakirəyə başqa bir term daxil olur və həmin term kollaborativ netvork-dur. Kollaborativ netvork bir-biri ilə effektiv iş birliyi və koordinasiya etməyi qəbul edən üç və ya daha çox qurumdan ibarət şəbəkədir. Kenis və Provan (2009), strukturlarına görə fərqlənən üç əsas şəbəkə idarəetmə modelini müəyyənləşdirdilər. Bunlar: “Paylaşılan idarəetmə şəbəkəsi; Aparıcı təşkilat şəbəkəsi; və İnzibati təşkilat şəbəkəsi ”(Kenis & Provan, 2009, s. 447). Kenis və Provan (2009) tərəfindən müzakirə edilən bu əsas şəbəkə idarəetmə modelləri mərkəzləşdirilməmiş-horizonal və mərkəzi-ierarxik arasında kontinuumuna əsaslanır.

 

Fəlakət yönətimi dövründə effektiv idarəetməni sığortalayan bir neçə başqa faktor olduğundan, bu formaların heçbiri universal olaraq üstün deyil. Müxtəlif akademik və non-akademik mənbələr qanunun aliliyi və tənzimləmə keyfiyyətinin fəlakətlərin idarə edilməsində dövlətin əsas xüsusiyyətləri olduğunu qəbul edirlər. Məsələn, Chang, H. O & Oetzel, J (2011) bizə 1999-cu ildə Türkiyədə baş verən zəlzələ nümunəsini gətirir. Müəlliflər “böyük bir fəlakətin təsirinin azaldılmasında tənzimləmə keyfiyyətinin və qanunun aliliyinin əhəmiyyətinə” diqqət çəkərək “inşaat sektorunda effektiv tənzimləmə və nəzarətin olmaması zəlzələdən sonra bəzi binaların zəlzələ nəticəsində dağılmış, digər qonşu binaların zərər görmədiyi zaman aşkar oldu.”(s. 663) deyə bildirirlər.

 

Düşünməyə dəyər başqa bir məqam da var ki, bu da effektiv idarəetməyə malik cəmiyyətlərin uğursuzluqlar olmadan təbii fəlakətləri ən səmərəli şəkildə idarə edə biləcəyinə dair geniş yayılmış bir inancdır. Tierney (2012), Katrina qasırğasına hökumətin verdiyi cavabdan bəhs edərək “sabit idarəetmə sistemlərinə sahib cəmiyyətlərdə idarəetmə uğursuzluqları baş verə bilsə də, zəif idarə olunan cəmiyyətlər və zəif dövlətlərin fəlakət rəhbərliyində çatışmazlıqlar göstərmələri demək olar ki, qətidir” (s. 341).

 

 

Etimad Konsepsiyası

 

Fəlakətlərin idarə olunması kontekstində etimad, xüsusilə də “risk algıları və risk ünsiyyətinə reaksiyalar” da əhəmiyyətli bir rol oynayır (Poortinga & Pidgeon, 2003, s. 961). Hökumətə olan inamın ölçüsü Poortinga & Pidgeon (2003) tərəfindən aşağıda göstərilən qrafik təsvirlə müzakirə olunur:

 

 

Saf şəklində “etimad ənənəvi olaraq iki tərəf arasındakı dyadik bir proses olaraq başa düşülür: etibar edən və ya etibar edən tərəf; və etibar ediləcək bir qəyyum və ya tərəf ” (Mayer, Davis, and Schoorman (1995), Mehta, Bruns, & Newton (2017)-da istinad olunub s. 550). Bu proses müxtəlif səviyyəli güclərin rəhbərliyi altında fəaliyyət göstərən müxtəlif maraqlı tərəflər arasında davamlı olaraq qurulur və yenidən qurulur. Elə bir mühitdə, fəlakətin idarəedilməsində məlumatları effektiv şəkildə çatdırmaq üçün etibarın qorunması son dərəcə vacibdir (Wray, Rivers, Whitworth, & Clements, 2006). Məsələn, hər hansı bir fəlakətə vaxtında və təsirli bir şəkildə cavab verilməməsi halında, hökumətin lazımi cavab vermə qabiliyyətinə sahib olmadığı insanlarda zəif bir təəssürat yarada bilər. Bu, ictimaiyətdə narahatlığı artıra bilər və hökumətə inam itkisi ilə nəticələnə bilər. Bunlar da, öz növbəsində, hökumətin zədələnmiş etimadı səbəbindən gələcək fəlakət idarəçiliyi səylərinə mənfi təsir göstərə bilər.

 

“Avropa və Şimali Amerikada hökumətə olan inamın azalması ilə əlaqədar alimlər arasında bir narahatlıq var” (Crozier et al., 1975; Hetherington, 1999; Norris, 1999; Ruscio, 1996; Thomas, 1998, Kim (2016)-da istinad olunub s. .38). Donahue'ya (2011) görə, “Bəzi ssenarilər üçün hökumətə çox güvənməyən insanların hökumətin təlimatları ilə işləmək ehtimalını yarıya endirir. Əksər yetkinlər hökumətin xərclərə nəzarət və terrorizmə və fəlakətə hazırlığa istiqamətli prioritetləri təyin etmə qabiliyyətinə əmin deyillər ”(s. 6).

 

Nəticə

 

Yaxşı idarəetmə və etimad, təsirli bir fəlakət idarə etmə dövrü üçün iki əvəzolunmaz şərtdir. İdarəetmə və etimad əlaqələrini araşdırdığımızda, fəlakətlərin idarəedilməsi dövrü zamanı zəif idarəetmənin hökumətə inam üzərində təsir göstərdiyini göstərən ümumi bir qanunauyğunluq müşahidə edirik. Hökumətlər bu təsirlərdən ehtiyatlı olmalıdırlar, çünki xalqın inamının itirilməsi başqa çatışmazlıqlara da səbəb ola bilər. Hökümət siyasətlərinin, tənzimləmələrinin və fəlakətlərin idarə olunması üçün proqramların müvəffəqiyyəti və effektivliyi fəlakətlərin idarə edilməsində ən az hökümət qədər kritik rol oynayan vətəndaşların iş birliyi və uyumu ilə bağlıdır.


 

İstinadlar

Ahrens, J., & Rudolph, P. M. (2006). The importance of governance in risk reduction and disaster management. Journal of Contingencies and Crisis Management, 14(4), 207–220. https://doi.org/10.1111/j.1468-5973.2006.00497.x

Blind, P. K. (2007). Building Trust in Government in the Twenty-first Century: Review of Literature and Emerging Issues. 7th Global Forum on Reinventing Government, (June), 1–31.

Chang, Hoon Oh and Oetzel, J. (2011). Multinationals’ response to major disasters: How does subsidiary investment vary in response to the type of disaster and the quality of country governance? Academy of Management Journal, 51(2), 315–334. https://doi.org/10.1002/smj

Donahue, A. . (2011). Ready or not? How citizens and public officials perceive risk and preparedness.

Journals.Sagepub.Com, (May). Retrieved from http://journals.sagepub.com/doi/abs/10.1177/0275074013506517

Kenis, P., & Provan, K. G. (2009). Towards an exogenous theory of public network performance. Public Administration, 87(3), 440–456. https://doi.org/10.1111/j.1467-9299.2009.01775.x

Kim, S. (2016). Public Trust in Government in China and South Korea: Implications for Building Community Resilience. Chinese Public Administration Review, 7(1). https://doi.org/10.22140/CPAR.V7I1.97

Mehta, A. M., Bruns, A., & Newton, J. (2017). Trust, but verify: social media models for disaster management. Disasters, 41(3), 549–565. https://doi.org/10.1111/disa.12218

Poortinga, W., & Pidgeon, N. F. (2003). Exploring the dimensionality of trust in risk regulation. Risk Analysis, 23(5), 961–972. https://doi.org/10.1111/1539-6924.00373

Tierney, K. (2012). Disaster Governance: Social, Political, and Economic Dimensions. Annual Review of Environment and Resources, 37(1), 341–363. https://doi.org/10.1146/annurev-environ-020911-

095618

UNESCAP. (2009). What is Good Governance ? United Nations Economic and Social Comission for Asia and the Pacific, 1–3. https://doi.org/10.1016/B978-012397720-5.50034-7

World Bank. (1989). Sub-Saharan Africa: From crises to sustainable growth. Retrieved from http://documents.worldbank.org/curated/en/498241468742846138/pdf/multi0page.pdf,

Wray, R., Rivers, J., Whitworth, A., & Clements, B. (2006). Public Perceptions About Trust in Emergency Risk Communication: Qualitative Research Findings, 24(1), 45–75.

 

PAYLAŞ

Oxşarlar

Azərbaycanda yaşlılara qayğı: məsuliyyət kimdədir?

Azərbaycanda yaşlılara qayğı: məsuliyyət kimdədir?

23 Sentyabr 2020

Dövlət Statistika Komitəsinin 2019-ci il üçün göstəricilərinə görə yaşı 60-dan yuxarı olan vətəndaşlar əhalinin 11,5%-ni təşki… ƏTRAFLI

Dövlət müəssisələrinin inkişafın əsas drayverlərinə çevrilməsi

Dövlət müəssisələrinin inkişafın əsas drayverlərinə çevrilməsi

11 Sentyabr 2020

Azərbaycanda su, nəqliyyat, enerji, rabitə, kommunal və digər bir sıra sektorlarda xidmətlər dövlət müəssisələri əliylə həyata keçirilir. D&o… ƏTRAFLI

KOVID-19-un Azərbaycanda Kiçik və Orta Biznesə (KOB) ilkin təsiri: Birinci Fazada Tədqiqatın Nəticələri

KOVID-19-un Azərbaycanda Kiçik və Orta Biznesə (KOB) ilkin təsiri: Birinci Fazada Tədqiqatın Nəticələri

31 Avqust 2020

Abstrakt İnsanların sağlamlığına böyük təsiri ilə yanaşı, Koronavirus xəstəliyi 2019 (KOVID-19) qlobal iqtisadiyyata əhəmiyyətli dərəcədə… ƏTRAFLI