Tədqiqatlar

Azərbaycanın mobil və internetlə təminatına görə dünyadakı yeri (İnfoqrafika)

Azərbaycanda XXI əsrin tələblərinə cavab verən müasir informasiya infrastrukturunun, habelə iqtisadiyyatda mühüm yer tutan informasiya və kommunikasiya məhsulları sektorunun yaradılması işində ciddi nailiyyətlərin əldə olunması üçün bir sıra mühüm addımlar atılıb. Bununla bağlı bir sıra dövlət proqramları, layihələr həyata keçirilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə  “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)” qəbul edilib.  Həmin strategiyanın icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artıb. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıbdır. Azərbaycanda bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması  məqsədi ilə 200 milyon manatdan çox investisiya yatırılıb. Bunun sayəsində əhalinin, genişzolaqlı internetə, mobil sektoru üzrə 3G və 4G xidmətlərinə çıxışı genişlənib. Hazırda ölkə əhalisinin 100 faizi mobil rabitə, 80 faizi isə internetlə təmin olunub.   

 

      

 

Bu gün mobil operatorlarının əsas problemlərindən biri genişzolaqlı internetin, sosial şəbəkələrin inkişafının və  İKT alətlərindən istifadənin genişlənməsinin onların bazardan sıxışdırb çıxarmasıdır. WhatsApp, Viber, Facebook Messenger və sair bu kimi sosial şəbəkələr əsas kommunikasiyaya çevrilib və əhalinin mobil operatorlar vasitəsilə adi danışıq paketlərindən istifadəsini azaldıb.  Konsaltinq şirkətlərinin təhlilərinə görə 2012-2018-ci illərdə bu baxımdan mobil operatorların itkisi  təqribən 380 milyard dollara çatıb. İtkiləri qarşılamaq, bazarda rəqabətə davam gətirmək üçün mobil operatorlar internetlə bağlı xidmətlərini artırırlar. Səsli mesajların göndərilməsinə görə dünyda Skype və Line liderlik edir və bazarın 30 faizinə malikdir. Azərbaycanda isə səsli mesajların göndərilməsindı liderlik WhatsApp-a malikdir.

Ölkəmizdə də son illər genişzolaqlı internetə çıxışın artması, qısa müddətdə ev təsərrüfatlarını əhatə etmə dairəsinin 71 faizə çatması mobil rabitə xidmətlərindən daxil olan gəlirlərin azalmasına, internetdən gələn gəlirlərin isə artmasına səbəb olub.  Statistika Komitəsinin 2018-ci il statistikasına əsasən 2014-2018-ci illər ərzində mobil rabitədən daxil olan gəlirlər 4 faiz azalıb, internet xidmətlərindən isə daxil olan gəlirlər 23,6 faiz artıb.

 

Qiymətlər və keyfiyyət adekvatdırmı?

 

Azərbaycanda internet və mobil istifadəçilərinin qiymətlərlə bağlı münasibəti birmənalı deyil. Milli Strategiyada nəzərdə tutulan məsələlərdən biri ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdirmək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin etməkdir. Bununla vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şəraitin yaradılması nəzərdə tutulub.

 

Mobil datanın tariflərinə görə Azərbaycan postsovet ölkələri arasında orta mövqedə qərarlaşıb. “Cable” beynəlxalq İKT portalı  (https://www.cable.co.uk/mobiles/worldwide-data-pricing/) 1Gb-lik mobil data qiymətlərinin dünya ölkələri üzrə orta qiymətlərini təqdim edir. Verilənlər bazası 230 ölkənın 6,313 mobil operatolarına görə hazırlanıb.  2018-ci ildə dünyada 1GB mobil datanın orta qiyməti 8.53 ABŞ dollar olub. Azərbaycan bu siyahıda 53-cü yerdə qərarlaşıb.

Postsovet ölkələrində mobil datanın tarifləri  belədir.

         

 

İnernet qiymətlərinin əlçatanlığına gəlincə, öllkəmiz  postsovet ölkələri arasında aşağı göstəriciyə sahibdir. Cable.com.uk təqdim etdiyi (https://www.cable.co.uk/broadband/pricing/worldwide-comparison/)195 ölkə üzrə  3.303 sabit xəttli genişzolaqlı internetin qiymətinə görə, dünyda internertin orta aylıq paket qiyməti 73 dollar təşkil edir. Dünyada ən ucuz internetə sahib olan beş ölkə Ukrayna, Şri Lanka, İran, Rusiya və Belarusiyadır. Ən bahalı beşlik Mavritaniya, Papua Yeni Qvineya, Namibiya, Laos və Paraqvaydır.

 

“Delta Telekom LTD” MMM rabitə operatoru internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və qiymətlərin hər bir şəxs üçün əlçatan olması üçün 10 may 2019-cu il tarixindən başlayaraq provayderlərə təmin olunan internetin qiymətində təxminən 70%-ə qədər endirim olunmasını elan etmişdi. Təəssüf ki, bu endirim provayderlər tərəfindən internetin keyfiyyətinin yüksəkdilməsində ciddi hiss olunmur. Yenə də Cable.com.uk-a istinadən deyə bilərik ki, (https://www.cable.co.uk/broadband/speed/worldwide-speed-league/) internetin sürətinə dair 207 ölkə arasında açıqladığı reytinqdə Azərbaycan 2018-ci ildə 135-ci yerdə qərarlaşmışdısa, 2019-cu ildə 141-ci yerə düşüb.

 

Sosial Tədqiqatlar Mərkəzi

Sosial-İqtisadi Təhlil Departamenti

 

PAYLAŞ

Oxşarlar

Mühafizəkarlıq və yeni sağ

Mühafizəkarlıq və yeni sağ

31 Oktyabr 2019

Etimoloji kökü latınca “conservare” sözünə əsaslanan mühafizəkarlıq qədim olana, ənənə və adətlərə bağlılığı ifadə… ƏTRAFLI

Ailə, karyera və sosial rol konflikti

Ailə, karyera və sosial rol konflikti

30 Oktyabr 2019

Dünyanın hər bir yerində peşəkar və təhsilli qadınlar sosial rollarının  balanslaşdırılması problemi ilə üzləşir və çox zaman rol … ƏTRAFLI

Hökumətlər - orta yaş neçədir?

Hökumətlər - orta yaş neçədir?

25 Oktyabr 2019

Müasir dövrdə inkişaf etmiş və bir sıra inkişaf etməkdə olan ölkələrdə idarəetmə aparatında gənc kadrlara geniş yer verildiyi müşahid… ƏTRAFLI