Yuxarıya
skip to main content

"Türk Barometri" nəyi ifadə edir? (İkinci Hissə)

14.10.2019

BÖLMƏ I. CƏMİYYƏTİN ŞÜURUNDA TÜRK DÜNYASI

 

TÜRK XALQLARININ BİR-BİRİNİ TANIMA SƏVİYYƏSİ

 

Bu sorğuda beş ölkə xalqlarının bir-biri haqqında məlumatlılıq səviyyəsi araşdırılmışdır. Nəticələr aşağıdakı kimidir:

 

  • Azərbaycan vətəndaşlarının 40,1%-i, Türkiyə vətəndaşlarının 19,4%-i, Qazaxıstan vətəndaşlarının 16%-i, Qırğızıstanın vətəndaşlarının 12,9%-i, Türkmənistan vətəndaşlarının 11,0% - i Özbəkistan haqqında məlumat sahibidir.

  • Qazaxıstan vətəndaşları Özbəkistanın (18,1% - i), Türkiyənin (18,0% - i), Qırğızıstanın (12,9% -i) mədəniyyətini və həyat şəraitini çox yaxşı bilir. Azərbaycan (8,7% - i) və Türkmənistan haqqında isə çox məlumatlı deyillər.

  • Qırğızıstan vətəndaşlarının 56,3% -i, Qazaxıstan vətəndaşlarının 45,1% -i, Özbəkistan vətəndaşlarının 38,4%, Türkiyə vətəndaşlarının 15,9%, Türkmənistan vətəndaşlarının 12,3% - i, Azərbaycanın mədəniyyəti və həyat şəraiti haqqında məlumatlıdır.

  • Türkiyə vətandaşları Azərbaycan (9,6% - i)  haqqında çox yaxşı məlumatlıdırlar və 17,7% - inin isə Türkmənistanla bağlı ümumi məlumatı vardır.

  • Özbəkistan vətandaşları Qazaxıstan (19,5% ), Qırğızıstan (15,5%), Türkiyə (15,5%), Türkmənistan (13,1) və Azərbaycan (9.8%) haqqında məlumata malikdirlər.
                                   

 

 AŞAĞIDAKI TÜRKDİLLİ ÖLKƏLƏRİN HƏYAT ŞƏRAİTİ VƏ MƏDƏNİYYƏTİ HAQINDA NƏ DƏRƏCƏDƏ MƏLUMATLISINIZ?

 

 

Azərbaycanlılar ardlcıllıqla Türkiyəni (58,9%), Qazaxıstanı (33,6%), Özbəkistanı (26,6%), Türkmənistanı (23,7%), Qırğızıstanı (19,1%) tanımaq istədiklərini bildiriblər.

 

Qazaxıstan vətəndaşları Türkdilli ölkələrdən ən çox Türkiyəni (31,1%), daha sonra Azərbaycanı (19,7%) tanımaq istədiklərini bildiriblər. Respondentlərin 26,1% -i türkdilli ölkələr haqqında məlumat mənbələrinin az olduğunu düşünür.

 

Qırğızıstan vətəndaşları Türkiyəni (48%), Qazaxıstanı (19,7%), Türkmənistan və Azərbaycanı (16%), Özbəkistanı (9,16%) daha yaxşı tanımaq istədiklərini bildiriblər.

 

Türklər Azərbaycan (54,8%), Türkmənistan (40,2%), Qazaxıstan (31,2%). Özbəkistan (27,3%) və Qırğızıstan (22,7%) haqqında məlumat almaq istədiklərini bildiriblər.

 

Özbəkistan vətəndaşları Türkiyəni (35,6%), Azərbaycanı (19,4%), Türkmənistanı (12,8%), Qazaxıstanı (12,2%), və Qırğızıstanı (6,8%) daha yaxşı tanımaq istədiklərini bildiriblər.             

                                                                                                                                                      

TÜRKDİLLİ ÖLKƏLƏRDƏN HANSILARI HAQQINDA DAHA ÇOX MƏLUMAT ALMAQ İSTƏRDİNİZ?*                                                                                                

 

MƏLUMAT MƏNBƏLƏRİ


Türkdilli ölkələrdə gedən prosesləri və inkişafı öyrənmək üçün üç əsas məlumat mənbəyi:

 

Azərbaycan vətəndaşları üçün – yerli televiziya kanalları (64,9%), yerli internet səhifələri (48,2%), türkdilli ölkələrin televiziya kanalları (45,0%).

 

Qazaxıstan vətəndaşları üçün – yerli televiziya kanalları (66,2%), yerli internet səhifələri (21,7%), ətrafda olan yaxın insanlar (qohumlar, dost, tanışlar) (15,6%).

 

Qırğızıstan vətəndaşları üçün – yerli televiziya kanalları (75,8%), yerli internet səhifələri (25,6%), digər xarici televiziya kanallları (18,8%).

 

Türkiyə vətəndaşları  üçün – yerli televiziya kanalları (62,3%), yerli internet səhifələri (38,5%), yerli qəzetlər (32,5%).

 

Özbəkistan vətəndaşları üçün – yerli televiziya kanalları (62,0%), yerli qəzetlər (10,0%), yerli internet səhifələri (6%). 

 

TÜRKDİLLİ ÖLKƏLƏRDƏ BAŞ VERƏN HADİSƏLƏR VƏ İNKİŞAFLAR HAQQINDA MƏLUMATLARI HANSI MƏNBƏLƏRDƏN ALIRSINIZ?*

 

                                                                                                                                               

Türkdilli ölkələrdə gedən prosesləri və inkişafı Azərbaycan vətəndaşlarının 85,6%, Qazaxıstan vətəndaşlarının 40,2%, Qırğızıstan vətəndaşlarının 75%, Türkiyə vətəndaşlarının 71,1, Özbəkistan vətəndaşlarının 79,4% - i izləyirlər.  

                                                                                                               

TÜRKDİLLİ ÖLKƏLƏRDƏ GEDƏN PROSESLƏRİ VƏ İNKİŞAFI İZLƏYİRSİNİZMİ?

 

                              

TÜRKDİlLİ ÖLKƏ VƏTƏNDAŞLARI İLƏ ŞƏXSİ MÜNASİBƏTLƏR

 

Ölkələr arasındakı əməkdaşlıq vasitələrindən biri başqa ölkələrdə qohumların, dostların, tanışların, iş, məktəb və köhnə iş yoldaşlarının olmasıdır.

 

Azərbaycan vətəndaşları Türkiyədə yaxın dostlarının (5,8%), tanışlarının (11%), qohumlarının (10,7%), sinif yoldaşlarının (4,1%), Qazaxıstan (4,5%), və Özbəkistanda (3,7%) olduğunu bildirmişdir. Respondentlərin 2,3% -inin Qazaxıstanda qohumları var. 

 

Qazaxıstan vətəndaşları, Özbəkistan (7,1%) və Qazaxıstanda (4,0%) yaxın qohumları, Qazaxıstanda (8,6%), Özbəkistan (7,0%) və Türkmənistanda (4,0%), tanışları olduğunu bildirmişdir. Burada ölkələrin qonşuluqları, sərhədlərin yaxın olmasından meydana gələn əməkdaşlıq və bir-birilərinin ölkələrində diasporlarının olması faktoru təsirli olmaqdadır. Həmçinin respondentlərin 5,4% - i Türkiyə vətəndaşlarını da tanımaqdadır.

 

Qırğızıstan vətəndaşlarının ən çox Qazaxıstanla şəxsi münasibətləri mövcuddur; 22,1% -inin qohumları, 13,5% - nin tanışları və 10,3%-inin yaxın tanışları vardır. Daha sıx əlaqədə olduğu bir başqa ölkə isə Türkiyədir. Qırğızların 11,7% - inin Türkiyədə qohumları, 9%-inin tanışları. 5.5% - inin yaxın dostları vardır.

 

Türkiyə vətəndaşları;  Respondentlərin 24% - inin Azərbaycanla yaxın münasibəti mövcuddur (8,4% -i tanışlar, 5,2% - i yaxın dostlar, 4,5% - iş yoldaşları, 3,8% - i sinif yoldaşları, 2,1% - qohumlar). 8,0% - inin isə Özbəkistanda tanışları vardır.

 

Özbəkistan vətəndaşlarının sərhəd ölkələr Qazaxıstan (5,6%), Qırğızıstan (6,0%) və Türkmənistanla (2,8%) yaxın qohumluq münasibətləri vardır. Respondentlərin 7,1% -inin Türkiyədə qohumları yaşamaqdadır.

                                                                                            

AŞAĞIDAKI TÜRK DİLİ DANIŞAN ÖLKƏLƏRİN HANSINDA YAXIN DOSTLARINIZ, TANIŞLARINIZ, QOHUMLARINIZ, İŞ, MƏKTƏB VƏYA ƏSGƏRLİK DOSTLARINIZ YAŞAMAQDADIR?*

 

**Bu variant (əsgərlik dostları) Azərbaycanlılara təqdim olunmamışdır.

 

Ölkələr arasında münasibərlərin hərtərəfli olaraq inkişafında xalq səviyyəsindəki əlaqələrin rolu böyükdür. Bununla əlaqəli nəticələr açağıdakı kimidir:

 

  • Türkiyə vətəndaşlarının 97,0% - i türk dili danışan ölkələri ziyarət etməmiş; 1,7% - i sadəcə Azərbaycanda, çox azı Qırğızıstan, Özbəkistan və Türkmənistanda olmuşdur.

  • Azərbaycanlıların 82,2% - i türk dili danışan ölkələrin heç birində olmamış; 12% - i Türkiyəni 3,3% - i Qazaxıstanı ziyarət etmişdir.

  • Qazaxıstanlıların 76,2% - i ölkələrin heç birində olmamışdır. Bəzi respondentlər Qırğızıstanda (9,6%), Türkiyədə (8,8%), və Özbəkistanda (8,5%) olduqlarını bildirmişdir.

  • Özbəkistan vətəndaşlarının 67,2% - i Türk dilində danışan ölkələri ziyarət etməmişdir. Gediş gəlişlər daha çox qonşu ölkələr Qazaxıstan (14,4%), Qırğızıstan (10,3%) və Türkmənistana (4,2%) reallaşməşdır.

  • Qırğızıstanlıların 52,3% - i tədqiqat aparılan ölkələrin heç birində olmasalarda 36,1% - i qonşu ölkələr olan Qazaxıstana (36,1) və Özbəkistana (16,8%) getmişdir.

 

(ardı var)

 

Əvvəli burada:

http://stm.az/surveys/online-surveys/turk-barometri-neyi-ifade-edir

 

Tural İsmayılov
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsini bitirib, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətində sektor müdiri, teleaparıcıdır