Yuxarıya
skip to main content

Ermənistanda ABŞ-ın “Beynəlxalq Respublikaçılar İnstitutu” tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələri açıqlanıb

27.08.2020

ABŞ-ın “Beynəlxalq Respublikaçılar İnstitutu”( International Republican Institute (IRI)) tərəfindən  Ermənistanda    keçirilmiş ictimai rəy sorğusunun nəticələri elan edilib. Sorğular   “Beynəlxalq Respublikaçılar İnstitutu”nun,“Rəy Sorğusu Sahəsində Analitik Tədqiqatlar Mərkəzi”(“Center for Insights in Survey Research”)tərəfindən[1], ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin(USAİD) dəstəyi ilə tanınmış Baltik Sorğu/Gellup Təşkilatı(Baltic Survey/The Gellup Organisation) və Ermənistan Sosioloji Assosiasiyası tərəfindən keçirilib. 2019-cu ilin may ayında keçirilən sorğunun nəticələri bu günlərdə açıqlanıb.Mənbə: https://www.iri.org/sites/default/files/wysiwyg/iri_poll_armenia_september-october_2019.pdf

 

 

Rəy sorğusu İrəvanla yanaşı Ermənistanın 11 bölgəsində, müxtəlif: 18-50+    yaş qruplarından olan 1200 nəfər  arasında həyata keçirilib.

 

Nəticələrdə Beynəlxalq Respublikaçılar İnstitutunun bundan əvvəlki 2 sorğu: 2018-ci il avqust və 2018-ci ilin oktyabr aylarında keçirilən sorğuların 2019-cu ilin mayında keçirilən sonuncu sorğu,yəni 3 dövrü üzrə Ermənistanda baş verən hadisələrə cəmiyyətin münasibəti müqayisəli dinamikada  təhliil əksini tapıb.

 

Sorğuların nəticələrinə əsasən məlum olub ki, Ermənistan vətəndaşlarının ölkədəki hökümətdə baş verən dəyişikliklərə müsbət münasibəti 2018-ci ilin avqust və oktyabr aylarındakı nəticə ilə müqayisədə aşağı düşüb.

 

 “Hökümətdə baş verən dəyişiklikləri necə qiymətləndirirsiz?”

 

Bu suala cavabda,  əgər respondentlər arasında “çox müsbət” dəyərləndirənlərin sayı 2018-ci ilin avqustundakı-39%, 2018-ci ilin oktyabr ayında-41% təşkil edibsə, 2019-cu ilin may ayında xeyli aşağı-28%-ə enib. “Nisbətən müsbət” qiymətləndirənlərin sayına gəldikdə isə, 2019-cu ilin mayında eyni adlı göstərici, əvvəlkin ilə müqayisədə 43%-dən  42%-ə qədər aşağı düşüb. Dəyişiklikləri “pis” dəyərləndirənlərin sayı 10%-dən 15%-ə qalxıb. “Çox pis” dəyərləndirmələrin sayı isə 3%-dən 10%-ə qalxıb.

 

 

 

           

Erməni respondentlər “pis idarəetməni” hakimiyyətin ən böyük uğursuzluğu hesab edir.

 

Ermənilər hakimiyyətin “uğurlu və uğursuz hesab edilən fəaliyyətinə” münasibəti aşağıdır.

18% respondent hesab edir ki, hakimiyyətin “heç bir uğuru” olmayıb.

           

Erməni respondentlərin hakimiyyətin ən böyük uğursuzluqları kimi “pis idarəetməni” (22%), “siyasi qeyri-stabilliyi” (9%), “nəticələrin yoxluğu” (8%), “iqtisadi böhran” (8%), “layihələrin yoxluğu” (8%), “işsizlik” (7%), “cinayətin artması” (6%) və s. hesab edir.

 

 

 

Erməni vətəndaşların gələcəyə və  öz gücünə inamı azalıb

 

Bir fakta diqqət yetirmək lazımdır ki, erməni cəmiyyətində ötən illə müqayisədə  gələcəyə inamsızlıq 17%-ə qalxaraq artmış, 2018-ci ilin oktyabrından fərqli   gələcəyə inam 29%-ə qədər azalmışdır.


“Ermənistan əhalisində hazırda cəmiyyətdə üstünlük təşkil edən əhval-ruhiyyə necədir?”sualına cavabda: gələcəyə ümidsizlik, biganəlik, qorxu və narahatlıq, total inamsızlıq və  laqeydlik göstəricisi 2018-ci ilin avqust ayındakı 17%-dən 2019-cu ildə 27%-ə qədər yüksəlib.  

 

 

 

Rəyi soruşulanların “Sizcə vətəndaşlar qərarların qəbuluna təsir edə bilərmi? ” sualına respondentlərin cavabında “demək olar ki, yox” və “birmənalı olaraq yox”cavabı verənlərin sayı, 2018-ci ildəki 26 %-dən 2019-cu ildə-41%-ə qədər yüksəlib.

 

Dağlıq-Qarabağ münaqişəsi- Ölkənin gələcəyinin əsas problemlərindən biri hesab edilir.

 

Sorgudakı maraqlı məsələlərdən iri də budur ki,ermənilər qalib tərəfdirsə,nə üçün gələcəyin əsas problemlərinə gəldikdə,birincilər sırasında Dağlıq-Qarabağ münaqişəsi durur? Öz tərəfimizdən əlavə edək ki, cavab,təbii ki, Azərbaycan dövlətinin artaq siyasi,hərbi gücünün,ərazi bütövlüyünün nəyin bahasına olur olsun bərpa edilməsi ilə qətiyyətli mövqeyindən yaranan qorxu ola bilər.

 

Belə ki, ölkənin gələcəyinin əsas problemlərini müharibə, Dağlıq-Qarabağ münaqişəsi, milli təhlükəsizlik problemləri, sosial-iqtisadi vəziyyətin pisləşməsi, emiqrasiya, işsizlik, daxili qeyri-stabillik və s. təşkil edir.

 

Qarşıdan gələn 6 ay ərzində görülməli ən vacib işlərə gəldikdə, respondentlərin 45%-i işsizlik və iqtisadi problemləri önə çəkir. Sorğuda iştirak edənlərin 30%-i hesab edir ki, qarşıdan gələn 6 ay ərzində hökümət iş yerləri yaratmalı, 15%-i isə sosial-iqtisadi problemlərin prioritet olmasının vacib olduğunu hesab edir. Yaxın 6 ay ərzində Qarabağ münaqişəsinin həllini vacib məsələlər sırasına aid edənlərin sayı cəmi -8 %-dir.

 

Ermənistanda iqtisadi vəziyyətlə bağlı rəy sorgusunun nəticələri də əvvəlki dövrlə müqayisədə fərqli olub. 2019-cu ilin mayında sorğuda iştirak edənlərin 6%-i iqtisadi vəziyyət əhəmiyyətli dərəcədə dəyişməsinə, iştirakçıların 4%- isə iqtisadi vəziyyətin daha da pisləşməsinə dair rəyə malikdir.İqtisadi vəziyyətin pisləşməsi və çox pisləşməsini düşünənlərin sayı müvafiq olaraq, 11%-dən 18%-ə qədər çoxalıb.

 

 

Ermənistanda proseslərin düzgün istiqamətdə getməsini düşünənlərin sayı azalıb.\

 

Ermənistanda proseslər düzgün istiqamətdə gedirmi” sualına cavab verən respondentlər arasında,Ermənistanın doğru yolla getməsini düşünənlərin sayı 2018-cu ildəki 71%-dən, 2019-cu ildə 60%-ə düşüb. Yaxud Ermənistanın doğru yolla getmədiyini düşünənlərin sayı artaraq, 2018-ci ildəki 14%-dən,2019-cu ildə 20%-ə qalxıb.

 

 

İştirakçıların fikrinə görə Ermənistanda ən korrupsiyalaşmış institut-məhkəmə sistemidir.

 

Ermənistanın daxili-siyasi həyatı ilə bağlı proqnozlara gəldikdə isə - “Növbəti həftə sonunda parlament seçkiləri keçirilsə, kimə səs verərdiniz” sualına iştirakçıların 59%-i “Mənim addımım” fraksiyasını, 12% “Çiçəklənən Ermənistanı”, 5%- “Ermənistan Respublika Partiyası”nı seçəcəyini bildirib. 

 

“Ermənistan hansı ölkələrlə daha yaxşı münasibətlərdədir?”sualına sorğu iştirakçılarına əsasən:Fransa, Gürcüstan, Çin, İran, Rusiya, Avropa Birliyi, ABŞ və Ukrayna ilə münasibətləri önə çəkib... Rəylərə əsasən Ermənistanın iqtisadi və siyasi nöqteyi-nəzərdən ən yaxşı tərəfdaşı- Rusiya hesab edilir.

 

Dağlıq-Qarabağ münaqişəsində özünü hər hansı şərtlər irəli sürən tərəf hesab edən erməni rəhbərliyindən fərqli olaraq, münaqişənin həllini respondentlərin mütləq əksəriyyəti-83% narahatlıq doğuran həlledici məsələ hesab edir.

 

Ümumilikdə rəy sorğusunun nəticələri Ermənistanda ictimai-siysi,iqtisadi, hərbi və s. sahələrdən vəziyyətın daha da ağırlşması ilə bağlı mənzərəni ortaya qoyur.


 

Əkbərova Lalə

Azərbaycan Dövlət İqtisad Universitetinin-UNEC- “Beynəlxalq İqtisadi münasibətlər” fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-ın Lindenvud Universitetində “Beynəlxalq münasibətlər və qlobal araşdırmalar” ixtisası üzrə magistr dərəcəsini alıb. Milli Məclisin İnsan Haqları Komitəsinin eksperti, AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı, STM-in əməkdaşıdır.

 


[1]  ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun banisi R.Reyqan hesab edilir. 1983-cü ildə ABŞ Konqresi Reyqanın   çağırışına cavab verərək, “ dünyada demokratiyanı dəstəkləmək haqda” qərar qəbul edib.Bu işi görmək isə Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), Demokratiyaya Milli Yardım Fondu (NED) və s.qurumlara həvalə olunub. İnstitutun dünya üzrə 700 ekspert/əməkdaşı var. Hazırkı prezidenti Daniel Twiningdir.