Yuxarıya
skip to main content

Beynəlxalq hüququn transformasiyası

12.03.2020
Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovun müəllifi və aparıcısı olduğu “Aktual mövzu” proqramının 3-cü buraxılışının qonağı hüquq üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin "İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO" kafedrasının müəllimi Əlövsət Allahverdiyev olub.
 
 
STM TV-də “Aktual mövzu” proqramında beynəlxalq beynəlxalq münasibətlərə və dünya siyasətinə dair bir sıra önəmli məsələlər müzakirə edilib. "Aktual mövzu" proqramında Suriyada baş verən prosesləri beynəlxalq hüquq prizmasından təhlil olunub, "humanitar müdaxilə" nəzəriyyəsi, beynəlxalq hüququn əsas norma və prinsipləri, BMT-nin Təhlükəsizlik Şurasının fəaliyyəti, Təhlükəsizlik Şurasının qərarlarının implemintasiyası və digər önəmli problemlərə toxunulub.