Yuxarıya
skip to main content

ABŞ-da impiçment qalmaqalı, D.Trampın Yaxın Şərq planı və Koronovirus təhlükəsi - (VİDEO)

08.02.2020

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovun STM TV-də “Aktual mövzu” proqramının ilk buraxılışında dünya siyasətində aid olan bir sıra önəmli məsələlər müzakirə edilib. Proqramın qonağı politoloq Elxan Şahinoğlu olub.

 

Proqramda ABŞ-n 45-ci Prezidenti Donald Trumpa qarşı Senatda müzakirə olunan impiçment qalmaqalı, ABŞ prezidentinin baş məsləhətçisi Jared Kuşnerin rəhbərlik etdiyi qrup tərəfindən hazırlanan və İsrail-Fələstin münaqişəsinin nizamlanması istiqamətində irəli sürülən "Əsrin sövdələşməsi" planının reallaşdırılmasının perspektivləri və bütün dünyada böyük müzakirələrə səbəb olan "Koronavirus"un Çin iqtisadiyyatına təsirləri haqqında fikir mübadilə aparılıb.