Yuxarıya
skip to main content

Mars uğrunda döyüş: Elon Mask, “Blue Origin” və ABŞ ilk yadplanetli hökuməti qururlar?

28.01.2021

     Bəşəriyyətin Marsa ayaq basacağı ilk gün heç də uzaq deyil. Nasa Yer kürəsi ilə “Qırmızı Planet” arasındakı 140 milyon mil məsafənin iyirmi ildə daha yaxın olacağını bildirib.

 

Bu yaxınlarda, kosmik agentlik, ilk planetar kosmik səyahətdən əvvəl 2024-cü ildə reallaşmağı hədəfləyən Artemis ay missiyaları üçün planlarını açıqlayıb. Ancaq bəziləri üçün bu planetə ilk addımı atmaq heç də asan deyil. Marsda bir icma qurulduqdan sonra onun necə idarə olunduğu və necə işlədiyi barədə müzakirələr aparmaq lazımdır. "SpaceX"-in baş icraçı direktoru Elon Mask belə bir gələcəyi planlaşdıranlardan biridir və hətta şirkətin hazırkı məhsullarına xidmət şərtlərini artıq müəyyənləşdirib. 

 

İdarəedici qanun bölməsində deyilir ki, Marsa tranzit olaraq göstərilən xidmətlər üçün tərəflər Marsı azad bir planet olaraq tanıyırlar və Yer kürəsindəki heç bir hökumət Marsda fəaliyyətləri üzərində səlahiyyətinə və müstəqilliyə sahib deyil.

 

Əslində isə mütəxəssislər bu maddənin əlavə edilməsinin iki məqsədi ola biləcəyini düşünürlər: ilk növbədə bu bir zarafatdır, ikincisi, Mars konstitusiyası üçün zəmin hazırlayırlar.

 

    

Tətbiq olunan qanun 2020 Artemis razılaşmaları və 1957 Xarici Kosmik Müqavilələridir. Bunlar arasında qanunvericiliyə aşağıdakı maddə daxildir: “Xarici məkan suverenlik iddiası, istifadə işğal yolu ilə və ya başqa bir yolla milli mənimsənilməyə məruz qalmır.” 

 

Elon Maskın müqavilələri qanuni olaraq güclü olmaya bilər, çox güman ki, qanunverici şəxslərin Mars konstitusiyası üçün plan qurmağa başlaması barədə söz-söhbətlər də var. Bu, "SpaceX"-in Baş Şurası David Andermanın artıq birbaşa olaraq  gördüyü bir məsələdir. “Business Insider”ə istinad edən  Anderman belə qeyd edir: “Hədəfimiz hər iki ildən bir 100 adamla birlikdə 1000 ulduz gəmisi göndərə bilməkdir. Həqiqətən davamlı bir koloniyaya sahib olana qədər 100, 200, sonra 100.000, hətta daha sonra milyonlarla insan göndərəcəyik. Bunu düşündüyünüzdən daha sürətli edəcəyik”.

 

Hal-hazırda "SpaceX" və ya Mask Marsda bir cəmiyyət yaratsa, onun fəaliyyəti ABŞ-ın rəhbərliyinə tabedir. Bununla birlikdə, gələcəkdə qanunvericilərin qanunların indiki kimi coğrafi hüquqlara bölünməsindən daha çox Marsı idarə edən bir konstitusiyaya ehtiyac ola bilər.

 

Bunun tam olaraq necə olacağı hələ açıqlanmır. 

 

 

Onun fikrincə insanlar birbaşa məsələlərə səs verəcəklər: “Zənn edirəm ki, bu daha yaxşıdır, çünki korrupsiya potensiallı təmsilçilər azalacaq”.

 

 

Mask müsahibələrin birində qeyd edir: “Düşünürəm ki, qanunların ətalətinə görə bəzi düzəlişlərin aparılması dahiyanədir. Əlbəttə ki qanunu ləğv etmək, tətbiq etməkdən daha asandır. Hətta bəzi qanunlar var ki, onları ləğv etmək daha yaxşıdır, yoxsa sonsuzadək var olacaqlar”.

 

Belə bir sistemin Yer üzündəki bir çox hökumət sistemi kimi faydaları və ziyanları çoxdur. Mütəxəssislər ən faydalı Mars hökumətinin sonda Marsın özündə elan edilən bir hökumət olacağını proqnoz edirlər. Nebraska Hüquq Kolleci professoru, kosmik hüquq mütəxəssisi Von der Dunk “The İndependent”-ə bildirib ki, "SpaceX" ilə yanaşı Amazon şirkətinin qurucusu Ceff Bezosun  “Blue Origin” kimi digər kosmik uçuş rəqibləri də oxşar təklifləri araşdıracaq.

 

Anderson “The İndependent”ə qanunla sabitlik yaratmaq üçün bir insanın təsir göstərdiyini və bunun sayəsində bütün planetə geoloji və Yer üzündə edilə bilməyəcəyi bir şəkildə tətbiq edilə bilən bir çərçivə üçün bir təkanla nəticələnəcəyini söylədi.

 

Mask və ya hər hansı digər kosmik mühitin liderlərindən biri istədikləri qanunvericiliyin tətbiq olunmasını təmin etmək üçün əlverişli tənzimləmələr axtarsalar, bir sıra sərhədlər mövcuddur. Lüksemburq kimi ölkələr kosmosun özəlləşdirilməsinə diqqət ayırırlar , Yeni Zelandiya və BƏƏ kimi digər ölkələr də uyğun olaraq coğrafi mövqeləri və vergi güzəştləri səbəbiylə potensial kosmik buraxılışlar üçün cəlbedicidir. 

 

Professor Von der Dunk deyir ki, bizə ixtisaslı elm adamlarının yetişməsi üçün 10 və hətta 100 il lazımdır. 

 

       Tərcümə:

Afaq Məmmədova