Yuxarıya
skip to main content

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Sosial Tədqiqatlar Mərkəzi birgə qrant müsabiqəsi elan etdi

30.11.2019

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şura sədri Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın dövlət orqanları və digər qurumlar ilə birgə qrant müsabiqəsi elan etməsi barədə danışıb.

Şura üzvləri İlqar Məmmədov, Sahib Məmmədov, Şahin İsmayılov, Əliməmməd Nuriyev,  Nərgiz Eyvazova, Emin Həsənli və Anar Xəlilov çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.

Müzakirələrdən sonra Şuranın 8 qurumla birgə qrant müsabiqəsi keçirməsi haqqında qərar qəbul olunub. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Sosial Tədqiqatlar Mərkəzi arasında razılıq əldə olunub.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc qurum daxilində komissiyanın yaradılması ilə bağlı əmr imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Sosial Tədqiqatlar Mərkəzi ilə birgə keçirdiyi qrant müsabiqəsində QHT-ləri fəal olmağa çağırır.