Yuxarıya
skip to main content

Müharibənin nəticələrinin Nikol Paşinyanın reytinqinə təsiri – Rəy sorğusunun nəticələri

05.02.2021

44 günlük Vətən müharibəsi Ermənistana siyasi, iqtisadi və hərbi cəhətdən böyük zərbə vurdu. Müharibənin başlamasında bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyində olduğu üçün daxili auditoriyada hələ də günahkar axtarışları davam edir. İctimai nəbzi yoxlamaq üçün yerli və beynəlxalq təşkilatlar müxtəlif sorğular həyata keçirirlər. Belə sorğulardan biri də “Facebook”-un geniş imkanlarından istifadə etməklə keçirilmişdir.

 

Ermənistan, Rusiya və dünyanın müxtəlif regionlarında yaşayan “Facebook”-un erməni internet istifadəçilərinin müxtəlif yaş, cins, sosial qruplar, həmçinin müxtəlif fəaliyyət sahələri ilə məşğul olanlar arasında açıq, daim fəaliyyətdə olan sorğunun nəticələrinə nəzər salaq.

 

 

 

Qeyd edək ki, sözügedən sorğu mütəmadi olaraq, açıq şəkildə, könüllülük əsasında, 2020-ci ilin 1 dekabr tarixindən etibarən “MosArmİnfo” sistemi tərəfindən həyata keçirilir.

Açıq sorğunun məqsədi vətəndaşların Ermənistan silahlı qüvvələrinin rəhbəri və baş komandanı Nikol Paşinyanın şəxsiyyətinə qarşı real münasibətlərini izləmək və monitorinq etməkdir.

 

 

 

Sorğu real zaman rejimində keçirildiyi üçün biz 2021-ci ilin fevral 2-ə (Bakı vaxtı ilə saat 13:00) olan nəticələri təhlil edəcəyik.

Rəyi soruşulan 1910 istifadəçi Nikol Paşinyan haqqında belə düşünür:

 

1) Səriştəsiz rəhbər – 856 istifadəçi

2)  Xain – 685 istifadəçi

3) Hər şeyi doğru edir – 369 istifadəçi

 

Qeyd etmək lazımdır ki, saxta profillər, boş səhifələr və trolların Paşinyana fəal dəstək verməsi nəzərə alınmaqla hazırkı nəticələr ortaya çıxmışdır.

 

Beləliklə, sorğuda iştirak edək 1910 istifadəçi ilə nəticələr bu cür formalaşmışdır:

 



 

- Nikol Paşinyanı dəstəkləyirlər və hər şeyi doğru etdiyinə inanırlar - 19.3%

- Nikol Paşinyanı dəstəkləmirlər və hesab edirlər ki, o, səriştəsiz rəhbər və xaindir – 80,7%

 

STM-in baş məsləhətçisi İlyas Hüseynov