Yuxarıya
skip to main content

Antitrest inkişaf problemlərini həll edə bilməz

19.11.2020

ABŞ Ədliyyə Nazirliyinin "Google"-a qarşı iddiası “Big Tech”-ə yönəldilmiş antitrest aksiyalarının yaxın vaxtlarda baş verəcək ilk hücum ola bilər. Bu şirkətlərin gücünün məhdudlaşdırılması “Capitol Hill”-də iki tərəfli dəstək alan nadir məsələlərdən biridir. “Google” məhkəməsi dar bir çərçivədə “axtarış reklam bazarlarında rəqabətə davamlı və təcrid olunmuş tətbiqetmələrə” əsaslansa da, ABŞ Konqresinin Antitrest Alt Komitəsinin bu yaxınlarda yayımladığı uzun bir hesabatda siyasətçilərə dair bir sıra digər məsələlər də var idi.

 

“Google”ın rəqəmsal reklamdakı dominant roluna və istifadəçilərin özünə faydalı axtarış nəticələrini idarə etməsi iddiası tətbiqinə əlavə olaraq, ABŞ millət vəkilləri "Facebook"’un sosial mediaya böyük nəzarətinə, “Amazon”un pərakəndə satış bazarlarına rəhbərlik etməsinə və bütün əsas platformaların potensial məxfilik diqqət edirlər. Tədqiqatçılardan və müəssisələrdən hansı alternativlərə daha çox diqqət yetiriləcəyini bir neçə amil müəyyən edəcəkdir. Yeni texnologiyalar üçün bazarın ölçüsü təbii olaraq mənfəət güdən şirkətlər daxilində “ağır” gəlir. Lakin texnologiya yeniliyə rəhbərlik edən şirkətlərin ehtiyacları, iş modelləri və baxışı daha geniş tendensiyaların daha mühüm həllediciləri ola bilər.

 

“Microsoft” 1990-cı illərdə “Windows” əməliyyat sistemi ilə komputer bazarına irəlidə olduğu bir vaxtda, alternativ əməliyyat sistemlərinə və ya Windows ilə yaxşı inteqrasiya olunmayan məhsullara investisiya qoymaq üçün bir səbəb yox idi. Təəccüblü deyil ki, “Facebook”, “Google”, “Amazon” və “Netflix” kimi şirkətlər texnoloji liderliyini nümayiş etdirməyə başlayanda bunu öz maraqlarına və iş modellərinə uyğun sahələrdə edirlər.

 

 

Bu günün problemi yalnız "Big Tech"-in cəlbedici bir miqyasa çatması deyil, belə ki, tədqiqat və inkişafa yatırdığı investisiya texnoloji dəyişikliyin ümumi istiqamətini təyin edir.

 

MakKinsey Qlobal İnstitutu ən böyük ABŞ və Çin texnologiya şirkətlərindən yalnız bir neçəsinin süni intellekt inkişafına qlobal xərclərin üçdə ikisini təşkil etdiyini təxmin edir. Həmçinin, bu şirkətlər yalnız məlumatların və süni intellektin necə istifadə olunacağına dair (yəni əməyin əvəzedici avtomatlaşdırma və nəzarət üçün) oxşar cəhətlərini  paylaşmaqla yanaşı, on minlərlə tələbə üçün hazırlanan kollec və universitetlər kimi digər qurumları da getdikcə daha çox təsir edirlər. İndi aparıcı ali təhsil müəssisələri ilə Silikon Vadisi arasında dönən bir qapı var, akademik texnologiya sənayesində tez-tez fikir mübadiləsi edirlər. Enerji texnologiyalarının təkamülü buna bir nümunədir. İstixana qazı emissiyalarının azaldılması 30 il əvvəl qeyri-mümkün idi və bu gün də problem olaraq qalır, çünki bu səbəbdən fosil yanacaq istehsalı və qurğularına, daxili yanma vasitələrinə və lazım olan bütün infrastruktura bu qədər sərmayə qoyulmuşdur. Yenilənə bilən enerji və elektrikli nəqliyyat vasitələri üçün otuz illik subsidiyalar və digər induksiyalar tələb olundu. Bu texnologiyaların bir çox kontekstdə fosil yanacaqlarını getdikcə üstələməsi, daha çox sosial baxımdan arzuolunan alternativ platformaları dəstəkləmə siyasəti ilə nəyin əldə edilə biləcəyini təsdiqləyir.


 

Tərcümə:

Afaq Məmmədova