Yuxarıya
skip to main content

Valideynlər uşaqların internetdə izlədiklərindən nə dərəcədə xəbərdar olmalıdır?

29.07.2020
Günümüzdə valideynlər övladlarının təhlükəsizliyi üçün davamlı şəkildə öyrənməli və internet trendləri mövzusunda bilgili olmalıdırlar.
 
 
Onlar internetdə gündəm olan mövzuları izləmirsə, uşaqlarla  anlaşılmazlıqlar, mübahisələr yaşana bilər.
 
 
Müşahidələr göstərir ki, heç də bütün valideynlər övladlarının izlədiyi məşhur məzmunlarla bağlı yetərli bilgiyə sahib olmurlar.
 
 
Bu yaxınlarda "Kaspersky" şirkəti tərəfindən keçirilən sorğuya əsasən, Türkiyədə valideynlərin 39%-i video məzmunlara maraq göstərmirlər. Dolayısıyla, onlar yeni nəsil arasında nəyin populyar olduğuyla bağlı məlumatlı deyillər.
 
 
Uşaqların izləməyi sevdiyi videolar da bir-birindən fərqlidir. Sorğudan bəlli olub ki, onların 68%i video izləməyi xoşlayır. Video izləməyi sevənlərin 65%-i oyunlar və oyuncaqlarla, 39%-i musiqiylə, 39%-i internet oyunlarıyla, 33%-i filmlərlə bağlı videolara baxırlar.
 
 
Video oyunlar da uşaqlar və gənclər arasında çox yayılıb. Araşdırmanın nəticələrinə görə, Türkiyədə uşaqların 80%-i  video oyun oynayır. Bunlardan 48%-i digər oyunçularla əlaqə qura biləcəyi onlayn oyunları üstünlük verirlər. 
 
 
Ailələrin 11%-i uşaqlarıyla rəqəmsal həyat mövzusunda mübahisələr yaşayır, 70%-i uşaqlarının telefonla çox vaxt keçirdiyini və faydalı bir məşğuliyyəti olmadığını iddia edirlər (61%).
 
 
"Kaspersky" şirkətinin mütəxəssisi Andrey Sidenko valideynlərə bəzi məsləhətlər verib: "Rəqəmsal dünya barəsində bilgili olmaq, sosial media fəaliyyətlərinə qoşulmaq bugünlərdə valideynlər üçün vacib hala gəlib. Çünki bu sahədə məlumat əksikliyi ailədə bəzi mübahisələri alovlandıra bilər. 
 
 
Uşaqlarınızı anlamaq, onlarla ünsiyyət qura bilmək və inkişaf edən dünyada trendləri müzakirə edə bilmək üçün daha çox öyrənməli və internetdə olmalısınız. Bunu etmək valideynləri uşaqlarla yaşaya biləcəkləri ünsiyyət problemindən qurtaracaq və övladlarının onlara hörmət etməsinə gətirib çıxaracaq".
 
 
Şəfanə İbrahimova
     STM.AZ