Yuxarıya
skip to main content

Tiryək epidemiyası Amerikanı viran edir - TƏRCÜMƏ

14.02.2020

Son iyirmi ildə tiryək epidemiyası Amerikanın ən əsas sağlamlıq problemlərindən birinə çevrilib. İstifadə edilən digər maddələr isə xüsusi ağrıkəsicilər, heroin, fentanil kimi sintetik vasitələrdir. 2016-cı ildə 11 milyon amerikanlı tiryəkdən istifadə etdiyini etiraf edib, onlardan 2.1 milyonunda asılılıq müşahidə edilib. 2018-ci il sentyabr statistikasına nəzərən, 48.000 insan yüksək dozlu tiryəkdən dünyasını dəyişib. 2000-ci ildən etibarən 400.000 insanın öldüyü qeydə alınıb. Bu isə İkinci Dünya Müharibəsi, Koreya və Vietnam müharibəsindəki ölən insan sayından daha çoxdur.

 

Donald Trampın 24 apreldə bir qrup səhiyyə işçisi və siyasətçiləri ilə birlikdə tiryəklə mübarizə ilə bağlı tədbirdə çıxış edəcəyi gözlənilir. Onun sözlərinə əsasən, prezidentliyə namizəd olan dövrdə də tiryək epidemiyasına diqqət çəkmək üçün mühüm işlər görüb.

 

Lakin, 2017-ci ildə o, təbliğat kampaniyasında ümummilli fövqəladə vəziyyət elan etmək əvəzinə, ümummilli səhiyyə yardımı elan edib. Ağ Ev bildirir ki, Tramp administrasiyası bu günə qədər böhranı həll etmək üçün cəmi bir milyard dollar pul xərcləyib.

  

Məsələ ilə bağlı səhiyyə mərkəzlərinə öz yanaşmasını bildirən əyalət hökumətləri güclü reaksiyalar verdi.  Beləliklə, doza azaldıcı dərmanlar tədavülə buraxıldı. 2000-ci ildə Qərbi Virciniyanın hər iki yüz  sakinindən biri yüksək dozadan dünyasını dəyişib. İki il əvvələ qədər bu rəqəmdə 20% azalma müşahidə olunub. Hal-hazırda həmin sayın iki dəfə artmasına baxmayaraq bu digər ştatlar və ya federal hökumətlər üçün yaxşı daxili siyasət ola bilər.   

 

Centres for Disease Control and Prevention- Xəstəliyə Nəzarət və Qarşısının alınması Mərkəzi   


     Tərcümə:

Afaq Məmmədova