Yuxarıya
skip to main content

İlham Əliyevin “Nida” formulu və Paşinyan üçün “Üç nöqtə...”

04.10.2019

"Sizi görməyə çox şadam. Biz çoxdandır ki, görüşməmişik. Lakin şəxsi görüşlərimizdə, əlaqələrimizdə fasilə olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir".

Yuxarıdakı fikirlərin müəllifi Rusiya prezidenti Vladimir Putin şəxsən özünün dəvəti ilə Soçi şəhərinə -  “Valday” Diskussiya Klubunun plenar sessiyasına dəvət etdiyi Azərbaycan prezidenti İlham Əliyevə xitabən belə deyir.

Görüşün təsadüf etdiyi 3 oktyabr 2019-cu il tarixinə qədər ötən son bir neçə gündə baş verənlərin kuliminasiyası Soçidə yaşandı.

 

 “Valday”dan əvvəl nələr baş vermişdi?

    

1 oktyabrda Rusiya prezidenti Putin  Avrasiya İqtisadi Birliyinin (AİB) Ermənistanda keçirilən sammitində iştirak etmək üçün İrəvana səfər etdi.

Qafqazda və dünyada böyük gücə və nüfuza malik olan qonşu dövlətin rəhbərinin torpaqlarımızın 20 faizini işğal edən ölkəyə səfərini təkcə İrəvanda deyil, Bakıda da böyük maraqla izləyirdilər.

 

İrəvan mesajları

 

İrəvana başlayan səfər özündə Rusiyanın təkcə  AİB platformasındakı görüşləri, məqsədləri və nüfuz nümayişini göstərmirdi, eyni zamanda Ermənistan baş nazirinin özünün vassalı olduğu Rusiya “derjava”sının gözündə şirin göstərmək üçün tam mənasında yenidən aşağılanması üçün meydan idi.

Rusiya rəhbərinin səfəri isə tamamilə yeni səhifə yazmaqla bitmirdi, həm də bir çox yarımçıq qalmış suallara da cavab  vermək idi.

 

Beləliklə:

- Putin İrəvanda Koçaryanın həyat yoldaşı Bella ilə saatlarla söhbət etdi, Nikolu isə...

Əslində isə özünə hörmət bəsləyən dövlətə edilən səfərdə bütün diplomatik etiketlər qorulmalı və davranışlarla da qəbul edən tərəfə hörmət edilməlidir, amma burda söz asılı pozisiyada Putini qarşılayan Paşinyandan gedirdi.               

Rusiya rəhbəri isə hər şeydən əvvəl özünü yerində narahat hiss edən Nikol məhfumuna yox, dəstəklədiyi və Ermənistanda adminstrativ güc kimi görmək istədiyi sabiq prezident Robert Koçaryanın həyat yoldaşı Bella ilə görüşməyə üstünlük verdi.

 

- Yalnız mətbuat qarşısında özünü Rusiyanın müttəfiqi kimi göstərməyə və maraqlı müxalif güclərin qarşısında sığortalamağa çalışan Paşinyanın əvvəlki kimi Rusiyanı Ermənistanın başlıca müttəfiqi adlandırırmağa  gücü çatmadı və onu sadəcə “Ermənistanın strateji partnyoru” adlandırdı.

 

- Ermənistanda keçirilən sammitində iştirak etmək üçün İrəvana gedən Rusiya Prezidenti Vladimir Putinin protokolunda faktiki  Ermənistanın baş naziri Nikol Paşinyanla görüş planı daxil edilməyib, lakin görüş baş tutub, amma hava limanında və erməni tərəfinin xahişi və ciddi cəhdlə səy etməsi  ilə, həm də sadəcə bir neçə dəqiqə...

 

- “Selfi” rəzaləti – Baş nazir bütün imkanlardan məhrum olduğunu başa düşdükdən sonra son çarəyə əl atır: Putin və Ruhani ilə selfi çəkdirərək, mesaj verir ki, tək deyiləm, mənə dəstək verilir və s.

 

- Və nəhayət, Ruhani də danışır, İrəvan tərəfi başa düşür  ki, Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı variantda Rusiya ilə İranın mövqeyi eynidir. İrəvan tərəfinin Qarabağa dair əlahiddə mövqeyini almaq mümkün deyil.

      

Ümumilikdə, Putinin İrəvan səfəri narazı əhval-ruhiyyədə baş tutmaqla yanaşı, Paşinyana dividend gətirmədi, əksinə Rusiya rəhbəri qarşısında  mövqelərini itirərək, iki gün sonra Rusiyanın Soçi şəhərində baş tutacaq “Valday” sammitində son zərbəni almaq üçün gözləyəcəkdi.

Paşinyanı tam fiaskosunun yaşandığı anlarda  isə Azərbaycan prezidentinin  tarixi cavabı Rusiya tərəfinin də münasibətinin aşkar ifadəsi oldu.

 

“Valday nidası”       

 

Avqustun 5-də - hakimiyyətinin 15-ci ayında Baş nazir Paşinyan işğal etdikləri Qarabağda olarkən inanılmaz bir speklulyasiyaya əl ataraq  bəyan elədi ki, “Qarabağ Ermənistanındır. Nöqtə”. Əlbəttə, bu cür məntiqsiz və yöndəmsiz açıqlama dövləti fəaliyyətdən xəbərsiz Paşinyanın hakimiyyətdə təsadüfi olduğunun və eyforik ab-havadan qidalandığının sübutu idi.Bəs 25 ildən artıqdır dünyaya təqdim etdikləri “ 2-ci  erməni dövləti” təbliğatının üstündən xətt çəkilməsinin nəticələrini kim oturub hesablayacaqdı?

O dövrdə Azərbaycan tərəfdən Ermənistana “anlayacağı dildə” cavab verildi.

 

Valdayda isə ...

     

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək, plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirdi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər saldı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. O bu çıxışı ilə həm də BMT strukturlarını da sərt şəkildə tənqdi etdi:

 

 

“Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır”,-deyə İlham Əliyev Forumun plenar iclasında çıxışı zamanı bəyan etdi.

“Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə İ.Əliyev əlavə etdi.

Bu çıxışın tarixə yazıldığını şübhəsiz dünən nəinki Soçidə, eləcə də İrəvanda, Bakıda və Minsk Qrupu ölklərənin də paytaxtlarında əks-səda verdiyini artıq hərk kəsə bəllidir. Çünki bu sessiyada bir dividend əldə edən var idi, o da Azərbaycan tərəfi oldu.

 

Çünki:

 

- “Valday” erməni inqilabi hökuməti üçün tam fiasko oldu. Cəmi bir gün əvvəl İrəvanda keçirilən görüşlərin informasiya yükü və çəkilən xərclər havaya sovruldu. Putin İlham Əliyevin ən yüksək nitqinə xoş nəzərlərlə müşaiyəti Paşinyan üçün əcəl zəngi sayıla bilər...

 

- Erməni Baş nazirinin yalvarışla görüş istəyinin fonunda  Putin Azərbaycan tərəfi ilə geniştərkibli formatda masaya əyləşdi, cəmi 4 aylıq fasiləni böyük pauza adlandırdı. Mesajın siyasi yükü yenə də Azərbaycanın üstünlüyü təsdiqləyir. Ermənistan bir əsrlik təxribatçı rolunu davam edib Moskvanı Bakıya qarşı qoya bilmir..

 

- Bu günə qədər erməni tərəfinin Rusiyanı fikrən istismar etməsi və müttəfiqlik tamaşası faktiki Azərbaycan prezidenti tərəfindən darmadağın edildi.

 

Azərbaycan Prezidentinin bu tədbirə qatılması və parlaq çıxışı Valday tribunasını BMT kürsüsündən yuxarı qoydu. Nyu-Yorka getməmək qərarı verən Azərbaycan lideri Ermənistana zərbənin ən düzgün meydanını seçməkdə hər zamankı kimi starteji seçim sahibi olduğunu növbətidəfə nümayiş etdirdi.

 

- İlham Əliyevi Valdaya dəvət edərkən Şərqin və Qafqazın ən güclü dövlətinin kim olduğunu düzgün təyin etdiyi üçün Rusiya rəhbərinə də təşəkkürlər düşür.

 

- Regionda böyük iqtisadi layihələrə imza atan Azərbaycanın Rusiya tərəfindən böyük hörmətlə qəbul edilməsi Qafqaz regionunda da bu iki  gücün (Ermənistansız – müəl.)  gələcəkdə qlobal layihələrdə birgə iştirak edəcəklərinin anonsu oldu.

 

Qazanclar:

 

“Valday” görüşündən sonra “Rusatom”un rəhbəri bildirib ki, Putinin təklifi ilə Azərbaycan tərəfi ilə bu ölkədə böyüktutumlu  AES-in tikilməsi perspektivlərini də müzakirə ediblər.

 

Müşahidələr və dövlətlər:

 

Ermənistana görə: Azərbaycan prezidentinin nüfuzu və çıxışı Paşinyanın taleyini həll etməklə qalmayacaq, Rusiya və Ermənistan - tərəflər arasında böyüyən problemi daha da dərinləşdirəcək. Putinin Paşinyana qarşı formalaşmış mənfi rəyini daha da gücləndirəcək. Bunun da nəticəsi kimi yaxın aylarda İrəvanda sabitliyin pozulmasını müşahidə edə bilərik.

Azərbaycanın nəzərində: Rusiya ilə Azərbaycan olduqca  yaxşı əlaqələrə malikdir. Azərbaycanla münasibətlər Rusiya üçün daha yaxşı perspektivlər vəd edir, regionda sülh tərəzisini qoruyur, əməkdaşlıq inkişaf və rentabelliyi doğurur.

Rusiyanın gözündə: Azərbaycan Ermənistandan fərqli olaraq, regionda sülh tərəfdarıdır, xoş niyyət nümayiş etdirir, güc mərkəzidir. İrəvan Bakıdan fərqli olaraq, Rusiyanın üzərində iqtisadi yükdür, münaqişə mənbəyidir. Gələcəyə yönəlik heç bir pozitiv mesaj vəd etmir. Əməkdaşlığın sadiq ruhu yoxdur.

 

 

Son söz əvəzi...

 

Beləliklə, Azərbaycanın böyük qələbəsi ilə yekunlaşan “Valday” sammitinin gedişində Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın həbsdə saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı açıqlama verib. “Valday” diskussiya klubunun XVI sammitində çıxış edən Lavrov yaxın zamanlarda əsir və girovların dəyişdiriləcəyini deyib.

 

İqtibas:

 

“3 oktyabr həm də "#Qarabağ və !" günü kimi tarixə düşdü... Dünən işğal altındakı torpaqlarımızın məhz kimin olduğunu təsdiqləyən ilk "!"nı Valday klubunun yığıncağında nitq söyləyən cənab Prezident qoydu, növbətini isə "Qarabağ"ımızın özü ermənilərin və onların Lüksemburqdakı satın aldıqlarının hər cür təxribatına rəğmən oradakı futbol meydanına qazandığı qələbəylə yazdı... Qarşıda üçüncü "!" da var. O nida isə şanlı ordumuzun cənab Ali Baş Komandanın əmriylə Şuşada sancacağı bayrağımızın dirəyi olacaq !!!”

 

Əziz Əlibəyli

Ekspert