Yuxarıya
skip to main content

Dövlət qulluğunda qadınlar

02.03.2020

Azərbaycan Respublikasında müxtəlif qanunvericilik sənədlərində gender bərabərliyini təmin edən müddəalar vardır. Bundan əlavə, ölkəmizdə 2006-cı ilin 10 oktyabr tarixində ölkə başçısı tərəfindən gender bərabərliyinin təminatı haqqında qanun da qəbul olunmuşdur. Onlar ümumilikdə ictimai həyatın hər bir sahəsində qadın və kişilərarasında bərabər imkanların təmin olunmasının əsasıdır.

 

Bununla belə, cəmiyyət üzvlərinin təfəkküründə kök salmış bəzi ideyalar müəyyən sahələrdə gender bərabərliyinin təmin olunmasını əngəlləyə bilər. Bu sahələrdən biri əmək fəaliyyəti ilə bağlıdır. Məlumdur ki, ənənəvi təsəvvürlərə görə, peşələr belə bir çox hallarda “qadın peşələri” və “kişi peşələri”nə ayrılır və belə güman edilir ki, bu və ya digər sahədə peşəkarlıq insanın həm də gender mənsubiyyətindən asılıdır.

 

Bu baxımdan, hələ 2010-cu ildə Azərbaycanda BMT-nin İnkişaf proqramı tərəfindən həyata keçirilən tədqiqatda yer almış suallardan biri maraq doğurur. Respondentlərə belə bir sual verilir: “Dövlət qulluğuna  qəbul olanların arasında kişilər çoxluq təşkil edir, fikrinizcə, bunu dəyişdirməyə ehtiyac varmı?”

 

 

Respondentlərin 59.3% bu vəziyyətin dəyişməsinə ehtiyac duymadıqlarını söyləmişdir. 40.7% bu vəziyyətin deyişməsinin tərəfdarıdır. Qadın respondentlər bu suala münasibətdə iki qrupa bölünüb,  57.1% vəziyyətin dəyişdirilməsinə ehtiyac duymadıqlarını, 42.9% isə ehtiyac duyduqlarını qeyd edibr. Kişilər arasında, əksinə çoxluq (60%) vəziyyətin dəyişməsinə ehtiyac gördüyünü söylədi, 40% isə əks mövqedədir.

 

Beləliklə respondentlərin əhəmiyyətli qrupu  dövlət qulluğunda şaquli gender seqreqasiyanın aradan qaldırılmasının tərəfdarı olsa da, vəziyyətin dəyişməsinə lüzum görməyənlər də az deyildir.  

 

Eyni zamanda, kişi və qadın respondentlərin cavablarında tam bir-birinə əks mövqelərin üstün olduğunu görə bilərik. Kişi respondentlərin daha böyük hissəsi vəziyyətin dəyişməsinin tərəfdarı deyil, qadın respondentlər isə əksinə, vəziyyətin dəyişməsinin tərəfdarıdırlar. Qeyd edək ki, göstərilən tədqiqat elə dövlət qulluqçuları arasında keçirilmişdir. Hətta bəzi cavablarda,  “qadınlar hər cəhətdən kişilərdən aşağı olduğuna görə rəhbər ola bilməz” kimi fikirlər də ifadə olunmuşdur. Bu onu göstərir ki, dövlət qanunvericliyimizdə əks olunan mütərəqqi müddəaların tam şəkildə reallaşması həm də insanların təfəkküründə yer almış bəzi stereotiplərlə iş aparmanı, onların transformasiyasını tələb edir.


 

Mənbə: A.Vəzirova BMT-nin İnkişaf proqramı “Dövlət qulluğunda gender bərabərliyi” hesabatı, 2010.