Yuxarıya
skip to main content

Qlobal istiləşmə ictimai rəydə

09.10.2019

Son dövrlər dünya gündəmini zəbt edən qlobal istiləşmə və ekoloji məsuliyyət şüurunun hazırkı durumu ilə bağlı ictimai rəy sorğusu həyata keçirilib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Tural İsmayılov hazırkı dünyamızın bəlası olan ekoloji natarazlıqla bağlı aparılan beynəlxalq rəy sorğusunun əsas məqamlarını qruplaşdırıb.

Qlobal istiləşməyə diqqət çəkən insanlar hesab edirlər ki, bu ekoloji böhranın əsas səbəbləri zavod və avtonəqliyyat vasitələrindən atmosferə “atılan” qaz tullantılarıdır.

 

Onlar hesab edir ki, insanlar ətraf mühitə hədsiz müdaxilə edirlər, həmçinin, təbiətin harmoniyasını da dəyişirlər.

 

Rəyi soruşulan insanlardan təkcə 3 faizi hesab edir ki, qlobal istiləşmə insanlar üçün təhlükəsizdir, 19 faiz respondentlərin fikrincə isə qlobal istiləşmənin təhlükəli nəticələri yaxın zamanlarda özünü göstərəcək, 38 faiz insan isə hesab edir ki, bu fəsadlar daha uzaq gələcəkdə özünü büruzə verəcək.

 

İnsanlara verilən suallardan biri bu olub ki, siz qlobal istiləşmə ilə bağlı məlumatlarla rastlaşırsızmı?

 

84 faiz insan bu haqda məlumatlarla rastlaşdığını söyləyib, 14 faiz isə rastlaşmadığını qeyd edib. Cəmi 2 faiz insan heç bir fikrinin olmadığını vurğulayıb.

 

Son bir neçə il ərzində orta illik temperaturla bağlı 9 dekabr 2018-ci ildə aparılan sorğularda insanlar belə bir fikir irəli sürmüşdülər ki, orta illik temperatur aşağı düşür. Rəyi soruşulanlardan 49 faiz orta illik temperaturun düşdüyünü, 30 faiz yüksəldiyini qeyd edərkən, 11 faiz fikir söyləməkdə çətinlik çəkdiyini vurğulayıb.

 

Sorğuda iştirak edən insanlardan qloal istiləşmənin baş verib-verməməsi ilə bağlı da fikirləri öyrənilib.

69 faiz insan hesab edir ki, Yer kürəsində qlobal istiləşmə baş verir. 19 faiz insan isə hesab edir ki, qlobal istiləşmə baş vermir.

 

Qlobal istiləşmənin səbəbləri ilə bağlı da fikirlər müxtəlif olub.

 

Qlobal istiləşmənin səbəbləri faiz göstəriciləri ilə... (İnsanlar nə düşünür?)

Qaz tullantılarının artması, digər zərərli tullantılar, zərərli istehsal və materiallar, ümumi ekoloji vəziyyətin pisləşməsi

21%

Ümumilikdə insan fəaliyyəti, təbiətə qayğının olmaması

13%

Buzlaqların əriməsi

3%

Digər təbiət anomaliyaları və kataklizmlər

3%

Kosmosun fəthi, insaların kosmosda fəaliyyəti

2%

Ozon qatındakı problemlər

1%

Meşələrin qırılması, mədən minerallarının çıxarılmasındakı artım, təbii ehtiyatlardan ağılsız istifadə

1%

Günəşin kosmosa təsiri

1%

Müharibələr, hərbi texnika və nüvə silahlarının sınanması

1%

Elmi-texniki sənaye inkişafı

1%

Yerin öz oxu ətrafında fırlanması

1%

Cavab verməkdə çətinlik çəkirəm, cavabım yoxdur

21%

 

Qlobal istiləşmənin səbəbləri barədə danışarkən adətən 3 fikir irəli sürülür:

  • Qlobal istiləşmə insan fəaliyyətinin nəticəsidir(28%);
  • Təbii təbiət proseslərinin nəticəsidir(10%);
  • Həm təbiət proseslərinin, həm də insan fəaliyyətinin nəticəsidir(29%)

 

Verilən suallardan biri belə olub ki, qlobal istiləşmə insan həyatına təsir edirmi, təsir edirsə əgər, bu təsirlər müsbət ya mənfi xarakterlidir?

 

 

38 faiz insan düşünür ki, Yer kürəsində baş verənlər bəşəriyyət üçün daha uzaq gələcəkdə təhlükə törədəcək, 19 faiz isə bu təhlükənin yaxın zamanlarda baş verəcəyini düşünür, yalnız 3 faiz insan heç bir təhlükənin baş verməyəcəyini söyləyib.

 

“Bəşəriyyət qlobal istiləşməni dayandıra bilərmi” sualına cavablar da ümidverici deyil.

 

53 faiz insan inanır ki, qlobal istiləşməni dayandırmaq olar.

 

Təbiəti qorumaqla, ətraf mühiti çirkləndirməməklə

12%

Sənaye tullantılarını kontrol etməklə, müasir təmizləmə sistemlərini işə daxil etməklə

9%

Zibil, tullantıları təkrar emal etməklə, zərərli maddələr və materiallardan istifadədən imtina etməklə

5%

Meşələrin qırılmasını dayandırmaq, təbii ehtiyatların qayğısına qalmaqla

3%

Energetik texnologiyaları təkmilləşdirməklə

2%

İqlim istiləşməsi probleminin həllini alimlərə həvalə etməklə

2%

Nüvə texnologiyasını məhdudlaşdırmaqla

2%

Ekoloji problemlərlə milli və qlobal səviyyədə məşğul olmaqla

1%

 

Bütün rəy sorğuları sonda bir nəticəni hasil edir:

 

Ekoloji məsuliyyət insanlığın ən ali vəzifəsi olmalıdır!