Yuxarıya
skip to main content

Kimə güvənirik: tərəfdaşların rəyi

24.09.2019
 

"Gallup" araşdırma şirkəti hər il Qanun və İntizam indeksinə görə ölkələrin sıralamasını ictimaiyyətə təqdim edir. İndeks müxtəlif ölkələrdə "Gallup" araşdırma şirkəti tərəfdaşları tərəfindən aparılan sorğunun nəticəsi əsasında tərtib edilib. Sorğuda aşağıdakı 4 sualdan istifadə edilib:

 
  • Yaşadığınız ərazidəki polis qüvvələrinə inanırsınızmı? (cavablar - a) Bəli; b) Xeyr)
  • Yaşadığınız ərazidə gecə tək gəzərkən özünüzü təhlükəsiz hiss edirsinizmi? (cavablar -a) Bəli; b) Xeyr)
  • Son 12 ay ərzində sizin özünüzün, yaxud digər ailə üzvünüzün hər hansı əmlakı oğurlanıbmı? (cavablar - a) Bəli; b) Xeyr)
  • Son 12 ay ərzində sizin özünüzə fiziki hücum edilibmi? (cavablar - a) Bəli; b) Xeyr)
 
"Gallup" araşdırma şirkətinin 2018-ci ildə açıqladığı Qanun və İntizam indeksinə görə (sorğu 142 ölkədə 148,000 nəfər arasında  2017-ci ildə aparılıb), Azərbaycan 25-ci mövqedə qərarlaşıb ki, bu da xeyli yüksək göstəricidir. Müstəqil Dövlətlər Birliyi ölkələri arasında isə Azərbaycan 4-cü pillədədir. Siyahıda birinci yerdə Sinqapur, sonda isə Venezuela qərarlaşıb.
 
Araşdırmanın nəticəsində bu da qeyd edilib ki, kişilərin 86%-i yaşadığı ərazidə gecə tək gəzərkən özünü təhlükəsiz hiss edir, qadınlar üçün bu göstərici 74% təşkil edib. Bunu da qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi 10 bölgə arasında 7-ci yerdə qərarlaşıb ki, bu da nisbətən aşağı göstəricidir.
 
 
İstinad:
 
Gallup(2018) Law and Order Index.
https://www.insightcrime.org/wp- content/uploads/2018/06/Gallup_Global_Law_And_Order_Report_2018.pdf