Yuxarıya
skip to main content

Uğurlu islahatların mənəvi amili

24.09.2019


Prezident İlham Əliyevin siyasi kursunun mənəvi səciyyəsinə dair

Azərbaycan siyasətində şəxsiyyət amili həmişə əhəmiyyətli olub. Həyatımızın əxlaqi normalarının ifadəsi kimi şəxsiyyət amili XXI əsrin  cəmiyyətlərində öz müstəsna yerini qoruyub saxlayır.

İlham Əliyev 11 aprel 2018-ci ildə yenidən prezident seçilməsi ərəfəsində aparılan islahatların mənəvi-psixoloji şərtləri haqqında söyləmişdi: “Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsidir... Çünki siyasətimiz bizim üçün hər şeydən üstün olan milli maraqlara əsaslanır. Uğurlarımızın fundamental əsası xalqın və hakimiyyətin vəhdətidir”1.

2018-ci ilin yanvarında Prezident milli iqtisadiyyatın yüksələn trayektoriyasını əvvəlcədən görmüşdü: “Azərbaycanda müsbət tendensiyalar 2018-ci ildə də yüksələcəkdir”. Əvvəlki 2017-ci il dərin iqtisadi islahatlarla yadda qalmışdır. Bunun nəticəsi olaraq sənayenin qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 4,1 faiz artmışdır. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar investisiya qoyulmuşdur.

11 aprel 2018-ci ildə keçirilən prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Ümumilikdə, dövlət başçısının seçilmə silsiləsi Azərbaycan cəmiyyətində tərəqqi,  inkişaf, sabitlik kimi dəyərlərin birinci yerdə olmasını üzə çıxardı.  İlham Əliyev tərəfindən 2003-cü ildə irəli sürülən məqsəd və vəzifələr varisliyin simvolik kapitalına malik olduğundan çoxluğa tanış idi. Hakimiyyətin həyata keçirilmə üslubu da tanış idi.

 

İlham Əliyevin liderlik üslubu və çıxışlarının qurulduğu əsas ideya bazisi insanlarda hər zaman inam hissi doğurub. Diqqətin predmeti onun üçün hazırlanan müxtəlif açıq-qapalı sənədlərin detallarında, yaxud siyasi ibarələrdə “gizlədilmir”. İlham Əliyevin linqvistik istedadı ona kağızsız olaraq üç dildə sərbəst şəkildə danışmağa imkan verir: doğma Azərbaycan dili, rus və ingilis dilləri.  Prezidentin belə şəxsi keyfiyyəti də onun töhfələrinin tanınmasına xidmət edir.

 

 

İclas və toplantılarda Prezidentin çıxışı - real zaman rejimində hakimiyyətin həyata keçirilməsi aktıdır. Prezident siyasi direktivlər – qəbul olunmalı praktik tədbirlər dilində danışır. İlham Əliyevin siyasi üslubunun digər cəhəti  vəzifə və problemlərə sistemli yanaşmadır. Belə yanaşma zəruri dəyişikliklər, irimiqyaslı islahatlar niyyətinin “çertyojunun” olmasını nəzərdə tutur. Bu fikri inkişaf etdirməyə ehtiyac vardır.

Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi irimiqyaslı ictimai rəy sorğusunda respondentlərin 94%-i islahatların perspektivlərinə müsbət münasibət ifadə etmişlər.

Bu rəqəmin nəzəri mənası belə ola bilər: xalqın dəstəyinin üç tərkib hissəsi var

- İlham Əliyev kursunun dəstəklənməsi, siyasi liderlik tipinin dəstəklənməsi və alternativsiz liderin dəstəklənməsi.

Millət dövlətin dininə inanır. “Dövlətçilik ideyası” dəyişikliklər alətinin, zamanda sosial hərəkətin sinonimi kimi görünür. Azərbaycan tarixi şəxsləşdirilmişdir. Tarixin milli fəlsəfəsi həmişə hansısa şəxsiyyətdir. Onun adı və siması vardır. O, şəxsiyyətində özünü  ifadə edə biləcək İnsanı axtarır. Prezidentə etimad fenomeninin özündə simpatiya, mehribanlıq, anlayış, rəğbət kimi anlaşılan familistik münasibətlərin çəkisi əhəmiyyətli dərəcədə yüksəkdir. Bu mövzunun inkişafı üçün ibrətamiz olan məqam sosial-siyasi məkanın çərçivələrindən kənarda olan mənbələrdən maliyyələşən qeyri-hökumət təşkilatlarıdır. Onlara vətəndaşların 35%-i  etibar edir. Bu strukturlar çox zaman ənənə və  fəzilətli həyat təsəvvürlərini, nizam-intizam instinktlərini şoka salır.

İlham Əliyevin siyasi liderliyi "sui generis" fenomenidir, yəni öz xüsusi təbiətinə malikdir. Onun kursunun ilkin xarakteristikası varislikdir. İlham Əliyevin siyasi liderliyi proqram nüvəsinə, dəyərə malikdir – bu  dəyər azərbaycançılıqdır.

 

İlham Əliyev ardıcıl olaraq, intellektual nüvəsi dövlətin fəal rolu ilə total inkişaf ideyası və milli vətəndaşlıq (siyasi)  ideologiyası – azərbaycançılığa əsaslanan  modern Azərbaycan dövlətçiliyini qurur. Məsələ dəyişikliklərin tempindədir. Bu əvvəlki onilliklərdə formalaşmış xalqın tarixdə iradi başlanğıcının ifadə tipi, hakimiyyətin həmrəyləşmə və münasibətlərin tənzimlənmə tipi ilə eynidir. Eyni olsa da, Heydər Əliyevin ideyalar arsenalının növbəti inkişafını da ehtiva edir.

Müstəqillik ideyasının digər ideyaları kölgədə qoyduğu sosial-psixoloji şərtlər dəyişir. Yenilik hərtərəfli inkişaf, cəmiyyətin tamlığı və harmonikliyi ideyalarının aktuallaşmasındadır.

Prezidentin kursunda memorial-ənənəvi məqamlar əhəmiyyətli çəkiyə malikdir. Xüsusilə, həqiqi vətənpərvərlik elementi tarixi yaddaş mədəniyyətidir. Heydər Əliyevə həsr olunmuş memorial mərasimlərdə Prezident onun dövrləri əlaqələndirməkdə rolunu qeyd etmişdir. “Heydər Əliyev Azərbaycanı inamla irəli aparırdı”, “ictimai-siyasi quruluşdan asılı olmayaraq”. Mühakimə məntiqinə görə  bu dövrlərin əlaqələndirici rolu sovet və postsovet dönəmlərinin dəyər nöqteyi nəzərindən bərabərləşdirilməsi deməkdir. Belə zaman vəhdətinin ölçüsü kimi sosial-iqtisadi göstəricilər götürülmüşdür. “Onun Azərbaycanın sonrakı inkişafına dair böyük planları vardı.  Lakin o zaman, təbii ki, dəmir intizam mövcud idi, bundan əlavə, sovet dövlətinin qarşısında yeni vəzifələr dayanmışdı və o, bu yüksək məsuliyyəti öz üzərinə götürdü”. Respublikanın potensial imkanlarının yüksək qiymətləndirilməsi Prezidentin sosial-iqtisadi inkişafın qeyri-bazar metodlarına diqqətindən xəbər verir. Burada ideoloji neqativizm, sovet-Azərbaycan uğurları və müvəffəqiyyətə nail olmanın təbiətini inkaretmə yoxdur. 

 

 

Elə həmin  10 may 2018-ci il nitqində İlham Əliyev İttifaq dövlətində milli münasibətlərin xarakterindən danışırdı: “1985-ci ilə qədər bu münasibətlər, demək olar ki, sağlam əsas üzərində qurulurdu. Bütün xalqlar sakit inkişaf edə, öz mədəniyyətlərini saxlaya bilirdi”. Keçmişlə varislik həm də bu münasibətdə özünü göstərir: “Azərbaycanda bütün xalqların, bütün dinlərin  nümayəndələri bir ailə kimi, sülh və dostluq şəraitində yaşayırlar”3.

10 may 2019-cu  il nitqində Prezident yenə də aksiom adlana biləcək həqiqəti yada saldı. “Məhz həmin illərdə qüdrətli sənaye potensialı yaradılmış, infrastruktur layihələr reallaşdırılmışdır. İndi də müstəqil Azərbaycana xidmət edən layihələr”4.

 

Azərbaycanın yaxın keçmişi siyasi olaraq zamanımızla uzlaşır. Bu mühakimə birbaşa ifadə olunmasa da, Prezident diskursunda daimi tərkib hissəsi kimi mövcuddur.  

90-cı illərdə Heydər Əliyev şəxsən keçmişdən gələcəyə “körpü” metaforunu həyata keçirdi. Varislik üzərində yenilənmə ideyası dövlət orqanizminin sabitliyi uğrunda mübarizənin xüsusi və hətta həlledici amili olan  konsolidasiyanın bünövrəsi oldu. Prezident İlham Əliyev bu ənənəyə sadiqdir. Keçmiş nailiyyətlər təcrübəsinin müasirliklə birləşməsi dövrlərin dəyər bünövrəsinin möhkəmlənməsinə xidmət edir.

Gələcək qarşısında məsuliyyət Prezident tərəfindən həm də parlaq keçmişə görə məsuliyyət kimi getdikcə daha da çox dərk olunur. Belə bir məsuliyyət – millət, dövlət vardır. Keçmişin komplimentar qiymətləndirilməsi ilk dəfə 27 may 2010-cu ildə ifadə olunmuşdur: “O dövrdə Azərbaycanda güclü sənaye potensialı yaradılmışdır. Azərbaycanda kənd təsərrüfatı sürətlə inkişa edirdi”5.

Sonra isə bu, 27 may 2011-ci ildə təkrarlanmışdır: “Sosial-iqtisadi məsələlər həll olunmuş, savadsızlıq aradan qaldırılmışdır, - bunu tarixi nailiyyət hesab edirəm, - Azərbaycanda elmin inkişafına impuls verilmiş, 70-ci illərdə Azərbaycanda sənaye potensialı formalaşmışdır. O potensial ki, indi bir çox hallarda müstəqil Azərbaycanın inkişafı üçün böyük əhəmiyyət daşıyır. Kənd təsərrüfatının inkişafına nail olunmuşdur. Ümumiyyətlə, bir daha qeyd edirəm ki, ideoloji çərçivələrə baxmayaraq, o dövr Azərbaycan üçün uğurlu dövr olmuşdur”6.

Heydər Əliyevin şəxsiyyətinə bağlı bu mövzu Prezidentin dünyagörüşünün bir hissəsinə çevrilmişdir. Heydər Əliyev öz sosial tərbiyəsi və dünyagörüş yönümünə görə azərbaycanlıların yeni gerçəkliyin irəli sürdüyü nəslinə aid idi. Bu nəsil həyatı yaradıcılıq, vətənpərvər xidmət, ideallarla üzvi əlaqədə olan özünügerçəkləşdirmə kimi qavrayırdı. O nəslin siması İlham Əliyevdə simpatiya doğurmaya bilməzdi.

Prezident tarixə modernizasiyanın praktikləri kimi daxil olmuş Azərbaycan siyasətçiləri silsiləsinin dəyərlərini miras olaraq almışdır. Onun aid olduğu ənənə fasiləsizdir. Onlara layihəvi həyat məntiqi xas idi: onlar resursları irimiqyaslı layihələrə qoyurdurlar – istər sənaye olsun, istər kənd təsərrüfatı, mədəniyyət və ya təhsil, - hər şey gözlə görünən nəticəyə köklənmişdi. Əlbəttə, İlham Əliyev  dövlət xadimləri arasında birinci olan Heydər Əliyevə oxşamaq istəyirdi. Yeri gəlmişkən, belə bir seçimdə heç də əhəmiyyətsiz olmayan bir həqiqət vardır: dövlət xadiminin istedadı və qələbəyə doğru iradəsi bütün başqa amillərdən daha güclü ola bilər. Prezidentin təfəkkürünün genişliyi onun şəxsi və sosial keçmişindən bəhrələnir. Məhz 60-80-ci illərdə əldə etdiyi tutarlı təhsili müasirliyin unikal hadisələri axınında dünya və dövlətin vəzifələri haqqında əhatəli təsəvvürlər, biliklər toplusuna zəmin yaradıb. 

       

Prezidentin xarakter və temperamenti illər keçdikcə dövrün özünün onun üzərinə qoyduğu şərtlərin yükü altında sıxlaşaraq daha dolğun və monolit olur. Prezident dövlətçilik ənənələrinə bağlanır, daha doğrusu, ənənənin özü onun taleyində üstün yer qazanır.

 

Prezidentin çıxışları onun tanınan həyat üslubunu təsdiqləyir. İnsan fəal olmalı, uğura hədəflənməli, gümrah olmalı, sosiallıq hissinə malik olmalı, yeniliyə açıq, eyni zamanda mədəni ənənələri hifz etməlidir.

Prezidentin idarəetmə üslubu, problemlərə baxışı onun fərdi üslubun xüsusi çaları kimi rasionallıq və estetizmi birləşdirən yüksək inkişafa malik şəxsiyyət olmasını təsdiqləyir.

Bunun əsası – Heydər Əliyevin mənəvi irsi fenomenidir. Əlbəttə, islahatlar praktikası isə daimi  axtarışlar və həllərin sərt etatizmi və şəksiz nailiyyətlərə malik modern dövrün təcrübəsi ilə uzlaşdırılmasıdır.