STM TV

Uşaqlara qarşı aqressiyanı dayandırmaq lazımdır!

Nərminə qarşı törədilmiş amansız cinayət uşaqlara qarşı zorakılıq və onların müdafiəsini bir daha diqqət mərkəzinə gətirməyi tələb edir. 
 
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada bir milyarda yaxın uşaq fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qalır.
 
 
Daxili İşlər Nazirliyinin mediaya açıqladığı məlumata görə, 2019-cu ilin   9 ayında uşaqlara qarşı zorakılıqla bağlı törədilmiş cinayətlərin ümumi sayı 159 olub. Uşaqlara qarşı cinayət törətmiş 266 şəxs məsuliyyətə cəlb olunub.
 
 
Ötən ilin I yarımilində azyaşlıların cinsi toxunulmazlığı, cinsi azadlığı əleyhinə , habelə fahişəliyə, əxlaqsızlıq əməllərə cəlb edilməsi üzrə 57 cinayət işi başlanılıb.
 
 
Təbii ki, bu, rəsmi müraciət nəticəsində bəlli olan rəqəmlərdir. Bir çox hallarda valideynlər və uşaqlar hüquq orqanlarına müraciət etmirlər.
 
 
Bəs uşaqlara qarşı cinayət, zorakılıq hallarının kökündə hansı səbəblər durur? Bu cür halların qarşısının alınması, onların müdafiəsi üçün hansı addımlar zəruridir?
 
 
Hazırladılar:
 
 
Müxbir: Şəfanə İbrahimova
 
 
Operator, montajçı: Bəşir Əli

 

PAYLAŞ

Oxşarlar

"Koronavirusla bağlı əslində..." - Almaniyadakı azərbaycanlı tibb alimindən özəl açıqlamalar

26 Dekabr 2020

Nuran Abdullayev elmi-tədqiqat və Köln Universitetindəki pedaqoji fəaliyyəti ilə bərabər, tibb elmi sahəsində nüfuzlu Amerika və Avropa jurnallarında e… ƏTRAFLI

Zahid Orucun TGRT xəbərə verdiyi önəmli açıqlama

Zahid Orucun TGRT xəbərə verdiyi önəmli açıqlama

14 Dekabr 2020

ƏTRAFLI

II Karabakh war (27 september 2020)

II Karabakh war (27 september 2020)

14 Oktyabr 2020

ƏTRAFLI