logo
AZ

Press-reliz

STM böyük qayıdışla bağlı BMT QAK-ın nümayəndəliyi ilə müzakirələr aparıb

STM böyük qayıdışla bağlı BMT QAK-ın nümayəndəliyi ilə  müzakirələr aparıb.
 
Görüşdə STM tərəfindən idarə heyətinin sədri, millət vəkili Zahid Oruc, idarə heyətinin üzvləri millət vəkili Elşad Mirbəşiroğlu, Tahirə Allahverdiyeva və tədqiqat qrupunun üzvləri Seymur Əliyev və Nilufər Məmmədova, BMT QAK tərəfindən isə ölkə üzrə nümayəndə cənab Quido Ambroso, hüquq departamentinin rəhbəri Oktavian Mohorea və həmin departameninin müdir müavini Samirə Allahverdiyeva iştirak edib. 
 
Görüşün əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın effektiv planlaşdırılması üçün tədqiqat lahiyəsi çərçivəsində BMT QAK ilə əməkdaşlığın dərinləşdirilməsi istiqamətlərinin müzakirəsi olmuşdur.  
 
Müzakirə çərçivəsində, Zahid Oruc işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı konseptin önəmi və prosesin Azərbaycan üçün stateji əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür. Mərkəz tərəfindən icra olunan tədqiqat lahiyəsində yenidən məskunlaşmaya dair dayanıqlı həll yolları ilə bağlı dünyada bu sahə üzrə ixtisaslaşmış qurum olan BMT QAK-ın fikirlərinin diqqət mərkəzində saxlanılmasının önəmini vurğulamışdır. 
 
BMT QAK-ın ölkə üzrə nümayəndəsi Quido Ambroso qurumun Azərbaycandakı fəaliyyətindən danışmış və əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd etmişdir. O həm də, 10 noyabr bəyanatının 7. Maddəsi çərçivəsində BMT QAK-ın dövlət qurumları ilə yanaşı tədqiqat mərkəzləri ilə əməkdaşlığının vacibliyini vurğulayıb.
 
 
 
Müzakirədə Seymur Əliyev layihənin prioritetləri və məskunlaşma siyəsətində mövcud əsas mülahizələri bölüşmüşdür. 
 
Sonda əməkdaşlığın növbəti addımları müəyyənləşdirilib.
 
Mərkəzin sədri qonaqlara dəvəti qəbul edib gəldiklərinə görə təşəkkür edib.
PAYLAŞ

Oxşarlar

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

09 Mart 2021

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbər heyəti arasında görüş … ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

01 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Milli alqı və ritm” mövzusunda dinləmə keçirib.   STM-in İdarə Heyətinin sədri,… ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

22 Fevral 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Vətən Müharibəsində qələbədən sonra gələcəyi birgə quraq” mövzusunda görüş k… ƏTRAFLI