logo
AZ

Press-reliz

Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin tanınmış qurumu arasında müzakirələr aparıldı

Yarandığı gündən beynəlxalq əməkdaşlığa əhəmiyyət verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları ilə Türkiyənin sosioloji araşdırma təşkilatı olan Sosioloqlar Dərnəyi (Sosyoder) arasında müzakirələr aparılıb.

 

Sosyoder Türkiyənin tanınmış dərnəklərindəndir. Burada Türkiyənin müxtəlif ali təhsil ocaqlarında dərs deyən, təqaüddə olan tanınmış sosioloqlar və pedaqoqlar cəmləşib. Dərnəyin qurucusu professor Sami Şenerdir. O, Sakarya, İTU və Memar Sinan Universitetlərində müəllim işləyib. 1993-cü ildə Sakarya Universitetində Sosiologiya bölməsini yaradıb. 1990-cı ildə dosent, 1995-ci ildə professor olub. İngiltərədə elmi təcrübə keçib, Şeffielddə və Leiçesterdəki Ayova Universitetində araşdırma aparıb.

 

Sami Şener Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətini yaxından izlədiklərini bildirib. Eyni zamanda gələcəkdə STM əməkdaşları və Sosyoder üzvləri arasında qarşılıqlı müzakirələr, onlayn panellər və birgə araşdırmaların aparılması müzakirə olunub.

 

 

STM-in fəaliyyətindən bəhs edən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 8 fevral tarixli 525 saylı Fərmanı ilə yaradılan  Sosial Tədqiqatlar Mərkəzi vəzifələrini ümumi olaraq bu cür təsnif etdi: “STM ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir”.

 

Prezidentin 2019-cu il 11 fevral tarixli  950 saylı Sərənacamı ilə Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

 

Ölkə Prezidenti  2019-cu il 12 aprel tarixində Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında 624 nömrəli Fərman imzalayaraq, Mərkəzin Nizamnaməsini təsdiq edib. Mərkəzin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərmanda digər məsələlərin həlli də müvafiq qurumlara tapşırılıb və ötən dövr ərzində mərkəzin fəaliyyət göstərməsi üçün zəruri maliyyə vəsaitləri, bina və avadanlaqlarla təmin olunması və s. öz həllini tapıb.

 

Ötən müddət ərzində Mərkəzin açıqladığı hesabatlar vəzifəli şəxslərin, dövlət qurumlarının fəaliyyətlərinin qiymətləndirilməsi,  il ərzində davam edən iqtisadi, sosial və kadr islahatlarının ictimai rəydəki yerinin öyrənilməsi kimi məsələləri reallaşdırıb.

 

Sonda Sosial Tədqiqatlar Mərkəzinin veb media platformaları vasitəsilə onlayn müsahibələrin intensiv keçirilməsi barədə razılıq əldə edilib.

 

STM Mətbuat Xidməti

PAYLAŞ

Oxşarlar

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

09 Mart 2021

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbər heyəti arasında görüş … ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

01 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Milli alqı və ritm” mövzusunda dinləmə keçirib.   STM-in İdarə Heyətinin sədri,… ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

22 Fevral 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Vətən Müharibəsində qələbədən sonra gələcəyi birgə quraq” mövzusunda görüş k… ƏTRAFLI