logo
AZ

Press-reliz

Sosial Tədqiqatlar Mərkəzi 2020-ci ildə hansı işləri görüb? - HESABAT

Sosial Tədqiqatlar Mərkəzi (STM) 2020-ci ildə Nizamnaməsində nəzərdə tutulduğu kimi, ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikri öyrənərək və sosial tədqiqatların aparılmasını təmin edərək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edib.


STM vəzifələri çərçivəsində daxili siyasətin təhlili, ictimai rəyin öyrənilməsi və sosial iqtisadi məsələlərin təhlili kimi üç fundamental istiqamətdə - ölkə gündəminin ən aktual məsələləri ilə bağlı sosioloji sorğuların aparılması, açıq və qapalı təhlil sənədlərinin, hesabat və arayışların hazırlanması yönündə elmi tədqiqat fəaliyyətini davam etdirib.
 

Məlum olduğu kimi, cari ildə ölkəmiz və dünyada “fors-major” vəziyyətlərin yaranması ilə səciyyəvi olmuşdur. Bununla əlaqədar olaraq, STM qarşıya qoyulmuş elmi-tədqiqat planları ilə paralel olaraq, təxirəsalınmaz aktual ictimai-siyasi, sosial-iqtisadi, eləcə də toplumun proseslərə münasibəti ilə bağlı proseslərin çevik təhlilləriyə yaranan zərurət və çağırışlara cavab verməyə çalışıb.
 

2020-ci ilin ictimai-siyasi, hərbi, regional və qlobal mənzərəsi, Azərbaycan xalqı nöqteyi-nəzərindən baş verən müstəsna əhəmiyyətə malik hadisələr, pandemiya (COVID-19) ilə mübarizə, II Qarabağ savaşının başlanması və qalibiyyətlə başa çatması, islahatların davam etdirilməsi, informasiya müharibəsində böyük qələbə qazanılması və s. proseslər kontekstində də STM öz fəaliyyəti ilə Prezidentə və müvafiq qurumlara açıq və qapalı arayışlar, sorğu sənədləri, müxtəlif araşdırmaları ilə beyin mərkəzi olaraq töhfəsini verməyə çalışıb.
 

Həmin sənədlər müxtəlif dövlət siyasətlərində nəzərə alınıb.
 

STM-in Sosial-iqtisadi təhlil departamentinin əməkdaşları tərəfindən il ərzində təyinatı üzrə (ümumölkə üzrə) 7 (yeddi) rəy sorğusuna əsaslanan tematik analitik hesabat, 25-dən çox qapalı arayış, 20-dən çox məqalə hazırlanıb. Bununla yanaşı, departamentin əməkdaşları kütləvi informasiya vasitələrində sosial-iqtisadi mövzular üzrə dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı 30-dan çox çıxış etmiş və masahibələr vermişdir.
 

Departament tərəfindən “Azərbaycanda daxili miqrasiya və urbanizasiyanın sosial aspektləri”, “Prezidentin fəaliyyəti ictimai rəydə”, “Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə”, “Azərbaycanda yaşlılar: qayğı və rifah”, “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” və “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti sahibakar rəyində” adlı analitik hesabatlar hazırlanıb.
 

Neftçala rayonunda su təminatı, Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyəti ilə bağlı yeni təkliflərinə əhalinin münasibəti mövzusunda rəy əsaslı açıq arayışlar ərsəyə gətirilib. Departamentin tədbirlərinə gəldikdə, İqtisadiyyat Nazirliyi, ƏƏSMN, BMT-nin Azərbaycandakı nümayəndəliyi və Üçüncü Bahar İctimai Təşkilatının iştirakı ilə “Azərbaycanda yaşlılar: qayğı və rifah məsələləri” analitik hesabatının onlayn təqdimatı baş tutub.
 

Departamentin əməkdaşları müxtəlif tədbirlərdə - "İqtisadi islahatlar: iqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti" mövzusunda dəyirmi masada, Birləşmiş Millətlər Təşkilatının Rezident Əlaqələndiricisinin 2021-2025-ci illər üzrə Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair növbəti Çərçivə sənədinin hazırlanması üçün təşkil edilmiş strateji prioritetləşdirmə seminarının yüksək səviyyəli sessiyasında, Maliyyə Nazirliyinin təşkilatçılığı ilə fiskal qaydaların tətbiqi çərçivəsində "Ortamüddətli xərclər çərçivəsinin tətbiqi" mövzusunda seminarda, Dövlət Statistika Komitəsinin "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfranslarda iştirak ediblər.
 

Departamentin əməkdaşları 2020-ci il ərzində pandemiyanın sosial-iqtisadi təsirlərinin minimumlaşdırılması ilə bağlı dövlət siyasəti və həmçinin 44 günlük Vətən müharibəsi dövründə "Müdafiə iqtisadiyyatından - müharibə iqtisadiyyatına keçid" mövzusunda müxtəlif formatlı vebinar və zoom toplantılarında moderatorluq edib və həmçinin məruzə ilə çıxış ediblər.
 

STM -nin Daxili siyasətin təhlili departamenti də öz elmi tədqiqat fəaliyyətini ölkə və dünya gündəminin taleyüklü mövzuları olan “görünməyən müharibə -pandemiya və Vətən müharibəsinin cəmiyyətimizdə gedən proseslərə, dövlətimizin daxili siyasətinə təsiri və s. mövzuların təhlili üzərində qurub. Dünya gündəmini zəbt edən pandemiya və II Qarabağ müharibəsi ilə bağlı həm analitik elmi hesabatlar, həm elmi məqalələr, həm də açıq və qapalı arayışlar hazırlanaraq, qərar qəbul edən ali icra strukturlarına təqdim edilib. Vətən müharibəsi ilə bağlı cəmiyyətimizdə gedən proseslər, milli birliyin möhkəmləndirilməsi, əsgərlər, şəhid və veteran ailələri, II Qarabağ müharibəsi şəraitində ön və arxa cəbhədə informasiya-psixoloji təbliğatla, saxta xəbərlərlə mübarizə, sosial dəstək və yardım konsepsiyaları və s. bəzi məsələlərlə ilə bağlı onlarla təhlil, təklif və tövsiyə xarakterli sənədlər hazırlanıb.
 

Dövlət başçısının fəaliyyətinin dəyərləndirilməsi ilə bağlı sosioloji tədqiqatların keyfiyyət təhlilinin aparılması mühüm istiqamətlərdən birini təşkil edib.
Daxili siyasət departamentinin əməkdaşları həmçinin qeyd edilən aspektlərdə, beynəlxlaq və yerli mediada çoxsaylı onlayn konfranslarla, mediada, radio və televiziya kanallarında çıxış və müsahibələr edib, vəziyyətin təhlili ilə bağlı tövsiyələrini verib.

 

2020-ci ildə Departamentdə “Azərbaycanda islam” adlı analitik hesabat hazırlanmış, son 10 ildə ölkəmizdə bu sahədə gedən başlıca trendlər, dindarlığın dinamikası və perspektivləri sosioloji sorğu nəticəsində statistik və keyfiyyət təhlilləri hazırlanıb təqdim edilmişdir.
 

2020-ci ildə Departament tərəfindən Azərbaycanda daxili miqrasiya prosesləri və onların dinamikasının təhlil edildiyi analitik hesabat hazırlanıb.
 

Departamentin fəaliyyətin digər bəzi istiqamətləri aşağıdakı kimi olub: qondarma rejimdə əhalinin demoqrafik dinamikası və demoqrafik kollaps, pandemiya şəraitində təhsil sahəsində problemlər və həllər, seçki-2020: 09 fevral və sonrası bəzi proseslərlə bağlı proqnozlar, Azərbaycanda milli-mənəvi dəyərləri hədəfə alan xarici “yumşaq güc” siyasəti: məqsədlər, daxili icraçılar, ölkədaxili şəbəkələşmə, fəaliyyət formaları, konkret sosial qruplar, sosial inkişafın müasir və milli prioritetləri, Azərbaycanda "sosial işçi" institutunun yaradılması ilə bağlı vacib proseslər, Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı proseslərin dünya trendləri ilə bağlılıqda və müqayisəli təhlili, süni intellekt (Aİ-Artificial Intelligence) fenomeni və onun sosial aspektləri, Azərbaycanda süni intellektlə bağlı strategiyanın vəziyyəti və perspektivləri, informasiya cəmiyyətinin sosial problemləri, sosial şəbəkələr,“fake news” problemi və müasir Azərbaycan cəmiyyətinə onun təsiri, “texno-mədəniyyət” və onun xarakteristikaları, etno-sosiologiya, müasir ailənin sosial aspektləri, “sosial yaddaş” fenomeni, cəmiyyətimizdə gənclərin sosialllaşması yönündə müşahidə edilən mənəvi-mədəni proseslər və trendlərin izlənilməsi, gənclər və dövlətçilik, ölkədaxili miqrasiyanın sosial tədqiqi və s.

 


2020-i ildə STM-in "Sosial tədqiqatlar" jurnalının ilk sayı hazırlanaraq çapa təqdim edilib.
 

STM Nizamnaməsindən irəli gələn fəaliyyətin başlıca istiqamətlərindən biri kimi Daxili siyasətin təhlili departamenti davamlı olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müvafiq strukturlarına təhlil, tədqiqat və sorğuların nəticələri ilə yanaşı, cəmiyyət həyatında gedən ictimai-siyasi proseslərlə bağlı açıq və qapalı arayışları təqdim edib. Bu aspektdə, departament tərəfindən aparılmış araşdırmaların nəticələri əsasında respublikanın müvafiq dövlət strukturları üçün 93 açıq və qapalı arayış, analitik hesabat hazırlanıb, yerli və xarici mətbuatda 75 məqalə çap etmiş və 276 məruzə, müsahibə və çıxışlar təqdim edilib. Departament tərəfindən 2 kitab hazırlanıb nəşr edilib.
 

İctimai rəyin öyrənilməsi departamenti il ərzində bir çox sorğuların keçirilməsində, hesabatların yazılmasında birbaşa iştirak edib, həmçinin STM-in digər yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində işləməsi üçün layihələr hazırlanıb.
Departamenti tərəfindən 20-dən çox sorğu keçirilib. Onların sırasında “İnam indeksi -2”, Azərbaycanda pandemiya ilə mübarizə ictimai rəydə, “İnam indeksi -3” “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə”, “Azərbaycanda COVID-19 pandemiyasının qadın və kişilərin həyatına təsirinin sürətli gender qiymətləndirməsi” (Aİ, UNFPA, UN Women təşkilatı ilə əməkdaşlıq çərçivəsində), “Qorxu indeksi”, “Karantin müddətində iş və ailə balansının tənzimlənməsi”, “Azərbaycanda əhalinin cinayət əməlindən zərər çəkməsi və aidiyyati üzrə qurumlara müraciəti. Viktimoloji tədqiqat-İctimai rəy sorğusu”, “COVID-19-un müəssisələrə və sahibkarlara təsiri” - BMT İnkişaf Proqramı Türkiyə ofisinin sifarişi ilə, “
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vətən müharibəsindən əvvəl və sonra”, Milli Müstəqillik Günü, “Azərbaycan Respublikasının Dövlət Bayrağına münasibət ictimai rəydə”, “Vətən müharibəsinin yekunlarına ictimai münasibət”, “Vətən müharibəsi dövründə Ali Baş Komandanın fəaliyyəti ictimai rəydə”, “Qarabağa Böyük Qayıdış”, “2020-ci ilin qiymətləndirilməsi və növbəti ildən gözləntilər” və s. yer alır.

Departament əməkdaşları tərəfindən yazılan hesabatlardan “Azərbaycanda COVID-19 pandemiyasının qadın və kişilərin həyatına təsirinin sürətli gender qiymətləndirməsi”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vətən müharibəsindən əvvəl və sonra” qeyd etmək olar.
 

Şöbənin təşəbbüsü ilə həm yerli, həm də beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurulub. Bu çərçivədə bir neçə tədqiqat layihəsinin icrası Mərkəz tərəfindən həyata keçirilib.
 

Departamentin tədqiqat layihələrinin siyahısında Avropa İttifaqı, UN Women və BMT-nin Əhali Fondu ilə birgə əməkdaşlıq çərçivəsində “Azərbaycanda COVID-19 pandemiyasının qadın və kişilərin həyatına təsirinin sürətli gender qiymətləndirməsi” tədqiqat layihəsi, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramı (UNDP Azerbaijan) tərəfindən keçirilən “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində “Uşaq hüquqlarının təmin edilməsinə dair ölkədə ümumi vəziyyətin təhlili, uşaq hüquqlarının qorunması sahəsində irəliləyişlərin və çatışmazlıqların nəzərdən keçirilməsi, aktual problemlərin həlli istiqamətində təkliflərin hazırlanması, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması və sağlam həyat tərzinin təbliği istiqamətində aparılmış tədbirlərin nəticələrinin üzə çıxarılması məqsədilə uşaq hüquqlarının təmin edilməsinə dair respublika üzrə 2018-ci və 2019-cu illərin analitik məlumatlarını özündə əks etdirən hər bənd üzrə infoqrafika ilə işlənilmiş ətraflı müqayisəli hesabatın təqdim edilməsi” layihəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində “Mövcud ailədaxili münasibətlərin sosial və psixoloji təhlili” layihələri yer alır.
 

Departament əməkdaşlarının müəllifliyi ilə “İstiqlal” (Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının bir illiyi münasibətilə 1919-cu ildə nəşr olunan toplu) və “Qarabağnamə” kitabları ərsəyə gətirilib.
 

Departament əməkdaşlarının 3 məqaləsi impakt faktorlu jurnallarda nəşr edilib. Onların sırasında Shahbazov, I. and Afandiyev, Z. (2020) An Explorative Analysis of the Perception of Guns and Gun Laws in Azerbaijan using a mixed-methods approach, Caucasus Survey, 4(2), 1-20, Shahbazov, I., Afandiyev, Z. & Muradov, E. (2020) Perception of white-collar criminality: an online exploratory survey among students in Azerbaijan, Journal of Penal Law and Criminology (accepted, to be published) və s. məqalələr var. Departament əməkdaşlarının 28 məqaləsi Türkiyə mediasında da yer alıb. Ölkə daxilində isə 50-dən çox elmi-publisistik məqalələr çap edilib. Departament əməkdaşları tərəfindən müxtəlif mövzularda 19 arayış hazırlanıb.
 

STM-in Mətbuat xidməti 2020-ci il ərzində çoxşaxəli fəaliyyət həyata keçirib.
 

STM-in tədbirlərinin media və ictimaiyyət üçün icmalı, press-relizlər, keçirilən sorğular və tədbirlərin müxtəlif aspektlərinin müzakirəsi həm STM-in sosial media hesabları, həm də televiziyalar və ölkə KİV-ində geniş işıqlandırılıb. STM.az saytı 2020-ci il ərzində zəngin material bazası ilə ciddi oxuma sayına malik analitik sayt kimi formalaşıb. Ümumilikdə minə yaxın yazı saytın müxtəlif bölmələrində toplanmışdır. Sayt öz zənginliyi və material bazası ilə digər qurumların saytlarından fərqlənir. 2020-ci il ərzində Sosial Tədqiqatlar Mərkəzinin YouTube kanalı (STM TV) fəaliyyətini ardıcıl şəkildə davam etdirib. Kanalda Sosial Tədqiqatlar Mərkəzinin gördüyü işlər, o cümlədən cəmiyyətin, gündəmin aktual məsələlərinə dair süjetlər, sorğular, ölkə başçısının önəmli çıxışlarının detalları, ictimai-siyasi məzmunlu verilişlər, Mərkəz rəhbərliyinin çıxışlarının, məqalələrinin video formatı yer alıb.
 

Mərkəzin sosial media hesabları da daim aktiv fəaliyyət göstərib. Sosial media üzrə hesabata görə, Mərkəzin Twitter, Instagram, Youtube ünvanlarında yüzlərlə post, şərh, kəps və məzmunlar yer almaqla, hər ötən dövrə nəzərən aha artıq inkişaf etməkdədir.
 

Müharibə kontenti: STM sosial mediada müharibə ilə əlaqədar kreativ məzmun və post paylaşılmışdır (caps-lər, müxtəlif dillərdə vizual bəyanatlar, info/video-qrafikalar, video çıxışlar, məqalələr və re-postlar).
 

Eyni zamanda 44 günlük Vətən Müharibəsi zamanı STM-in mətbuat xidməti müxtəlif seqmentlərdə informasiya müharibəsinin fəal iştirakçıları olublar. 

 

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti

PAYLAŞ

Oxşarlar

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

09 Mart 2021

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbər heyəti arasında görüş … ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

01 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Milli alqı və ritm” mövzusunda dinləmə keçirib.   STM-in İdarə Heyətinin sədri,… ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

22 Fevral 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Vətən Müharibəsində qələbədən sonra gələcəyi birgə quraq” mövzusunda görüş k… ƏTRAFLI