logo
AZ

Press-reliz

“Qarabağa qayıdış”-sorğu hesabata dair PRESS RELİZ

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Ermənistanın təxribatı nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayan və Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı ilə “sülhə məcbur etmə” xarakteri daşıyan müharibə, onun nəticələri ilə bağlı gözləntilər, məcburi köçkün ailələrinin azad edilmiş torpaqlara qayıdış planının, ermənilərə və onlarla birgəyaşayışa münasibəti və son olaraq, müharibə şəraitində Azərbaycan ordusu və dövlətinin xalqla birliyinə münasibəti öyrənmək məqsədilə məcburi köçkünlərlə sorğu keçirilib.

 

Sorğu Qobu qəsəbəsinin ərazisində mənzillə təmin olunan və faktiki yaşayan 464 məcburi köçkün ailəsi ilə telefon vasitəsilə keçirilib. Sorğu 2020-ci il oktyabrın 9-dan 13-dək olan dövrdə keçirilib.

 

  • Bir il öncə Ermənistanın davam edən hərbi təxribatları fonunda 2020-ci ildə müharibənin daha geniş miqyasda başlayacağını 57.3% respondent gözlədiyi halda, 42.7%-in belə gözləntisi olmayıb.
  • Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə əməliyyatının geniş miqyasda başlamasına əsas səbəb kimi aşağıdakılar göstərilir:
  • Son 3 ayda ermənilər tərəfindən törədilən hərbi təxribatlar (57.3%);
  • Bir il bundan əvvəl Ermənistan baş nazirinin öz bəyanatları ilə (Qarabağ Ermənistandır.) danışıqların faydasız olduğunu göstərməsi (48.5%);
  • Xalqın torpaqların tezliklə işğaldan azad olunmasını istəməsi/tələb etməsi (46.3%).
  • Respondentlərin 62.1%-i əks-həmlə əməliyyatlarının vaxtında başladığını, 33.4%-i əməliyyatların daha əvvəl də başlaya biləcəyini düşünür.
  • Respondentlərin mütləq əksəriyyəti (96.3%) torpaqların danışıqlar yolu ilə qaytarılacağını mümkünsüz hesab edir.
  • Son 28 ildə Ermənistanla aparılan danışıqların heç bir nəticə verməməsinin səbəbləri kimi aşağıdakı amillər göstərilir:
  • Qlobal güclərin problemin həllində maraqlı olmaması (69%);
  • ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyəti (57.1%);
  • Ermənistan dövlətinin işğalçılıq siyasəti (72.7%).
  • Məcburi köçkün respondentlərin böyük əksəriyyəti (84.1%) müharibənin son qələbəyədək davam etdirilməsini istəyir. Cəmi 13.2% respondent müəyyən şərtlər altında müxtəlif ssenarilər ola biləcəyinə dair fikirlərini bildirib.
  • Sorğuda iştirak edən məcburi köçkün düşdüyü yaşayış yeri işğaldan azad olunan respondentlərin 97.9%-i məcburi köçkün düşdükləri yaşayış yerlərinin (şəhər, qəsəbə, kənd) yaxın gələcəkdə azad olunacağına ümid edir.
  • Yaşadıqları ərazi işğaldan azad olunmayan məcburi köçkünlərin mütləq əksəriyyətində də (97.5%) bu ümid var.
  • Respondentlərin 93.8%-i yaxın gələcəkdə bütün ərazilərin işğaldan azad olunacağına inanır.
  • Respondentlərin mütləq əksəriyyəti (95.9%) heç bir xarici dövlətin dəstəyi olmadan Azərbaycan ordusunun ərazi bütövlüyümüzü bərpa edəcəyinə inanır.
  • Respondentlərin mütləq əksəriyyəti, başqa sözlə 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır.
  • Gənc respondentlərin 96%-i işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır.
  • Respondentlərin böyük əksəriyyəti, yəni 83.2%-i işğaldan azad olunmuş yurd yerlərinə bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır.
  • Sorğuda iştirak edən məcburi köçkünlərin demək olar ki, hamısı (99%) bildidirib ki, torpaqların azad olunması onlarda nikbinlik və evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb.
  • Respondentlərin yarısı (51.1%) işğal altında olan ərazilərdəki evinin açarlarını/sənədlərini saxlamaqdadır. 48.9% isə saxlamayıb.
  • Respondentlərin 86%-i işğal altında olan, eləcə də artıq azad edilən ərazilərimizin hazırki təsvirlərini (şəkil, video və s.) görsə də, 13%-i bu görüntüləri görməyib.
  • İnfrastrukturu dağıdılmış ərazilərin durumunu pis qiymətləndirən respondentlərin mütləq əksəriyyəti (91%) bu qənaətdədir ki, Ermənistan hakimiyyəti həmin torpaqlarda uzun müddət qala bilməyəcəyini düşündüyündən, məlum ərazilərə sərmayə qoymaqdan çəkinib.
  • 62% respondent hesab edir ki, Ermənistanın işğal etdiyi bütün əraziləri abadlaşdırmaq üçün kifayət qədər vəsaiti olmadığı üçün dağıtdıqları əraziləri abadlaşdırmayıb.
  • Hər 20 respondentdən biri (5.2%) əvvəllər də o torpaqlarda ermənilərlə birgəyaşayış olduğuna görə gələcəkdə də ola biləcəyi fikrindədir.
  • Respondentlərin mütləq əksəriyyəti (97.8%) müharibənin xalq-Ali Baş Komandan birliyini gücləndirdiyini düşünür.
  • 96.6% respondent müharibənin xalq-ordu birliyini gücləndirdiyi fikrindədir.
  • Respondentlərin 95.5%-i müharibənin milli birliyi gücləndirdiyini düşünür.
  • Respondentlərin yarısından bir qədər çox hissəsi, yəni 56.7%-i müharibənin iqtidar-müxalifət birliyini gücləndirdiyini bildirsə də, 19.4% bu haqda fikir bildirməkdə çətinlik çəkib.

 

Hesabatı ümumiləşdirərək qeyd edə bilərik ki,1-ci Qarabağ müharibəsi zamanı Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində 30 ildir dogma torpaqlarını və yaşayış məskənlərini tərk edən vətəndaşlarımızın mütləq əksəriyyəti Azərbaycan ordusu tərəfindən azad olunan kənd və şəhərlərə qayıtmaq əzmində və inamındadır.Digər tərəfdən, ulu yurdumuza  yüksək ideallar və müqəddəs duyğularla qayıdacağını bəyan edənlərin sırasında gənclər xüsusi çəkiyə malikdir.

 

Sorğunun yekunlarının təhlili zamanı, müharibədə qələbəmizin ən böyük təminatçısı l xalq-Ali Baş Komandan, eləcə də xalq-ordu birliyinin daha da gücləndiyinin qeyd olunmasıdır.Bütün sosial-siyasi və ideoloji ayrılıqların bir kənara qoyularaq, düşmən qarşısında birlik və vahidliyinin göstərilməsi ön cəbhədə-döyüş meydanlarında qazanılan qələbələri daha da möhkəmləndirir, Ermənistanın müxtəlif platformalarda apardığı mənəvi-psixoloji, həmçinin informativ və diplomatik savaşına qarşı Silahsız ordu kimi zərbə vurmağa, təşəbbüskar mövqeyimizi və haqq işimiiz dünyaya çatdırmağa imkan verir.

 

 

Göründüyü kimi, respondentlər tərəfindən Ali Baş Komandanın bütün cəbhələrdə göstərdiyi peşəkarlığı, əsil liderlik və sərkərdəlik məharətini yüksək qiymətləndirir, 2-ci Qarabağ müharibəsində qələbəyə dərin inam və etiqad göstərirlər.

 

Müharibədə qələbəyə etibarlı təminat yaradan iqtisadi müstəqillik və şoxşaxəli siyasət, milli birlik və həmrəyliyin görünməmiş səviyyədə yüksək olması, eləcə də güclü beynəlxalq əlaqələr və Azərbaycanın haqq işinin dünyanın bir sıra nəhəng dövlətləri tərəfindən prinsipallıqla müdafiə olunması, eləcə də döyüş meydanlarında düşmənə qarşı qətiyyətlə vuruşan Silahlı Qüvvələrin formalaşdırılması nəticəsində Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad edilməsi məcburi köçkün əhalinin prezident, Ali Baş Komandan İlham Əliyevə dərin inamının, möhkəm mənəvi bağlılığının və haqq işinə verdikləri misilsiz töhfənin əsasında dayanan ən önəmli faktordur. Eyni zamanda, sorğunun nəticələri onu deməyə əsas verir ki, Azərbaycan rəhbərinin nüfuzu nəinki 21-ci əsr müasir iadarəçilik tariximizin, eləcə də çoxəsrlik  milli dövlətçlik keçmişimizin liderləri sırasında ən yüksək yerdədir.

PAYLAŞ

Oxşarlar

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

09 Mart 2021

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbər heyəti arasında görüş … ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

01 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Milli alqı və ritm” mövzusunda dinləmə keçirib.   STM-in İdarə Heyətinin sədri,… ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

22 Fevral 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Vətən Müharibəsində qələbədən sonra gələcəyi birgə quraq” mövzusunda görüş k… ƏTRAFLI