Press-reliz

“II Qarabağ müharibəsi” ictimai rəydə

 

   Tovuz istiqamətində gedən şiddətli döyüşlərdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı təhdid etməyə çalışaraq “yeni müharibə, yeni ərazilər” siyasəti həyata keçirəcəyini bəyan edirdi.Qeyd etmək lazımdır ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdı. Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğu regional sülhə və təhlükəsizliyə zərbə vurmaqda davam edirdi.

    Cari ilin 12 iyul tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində-Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan tərəfi müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutaraq canlı qüvvələrimizin və mülki vətəndaşımızın itki verməsinə səbəb olmuşdu.Azərbaycan tərəfi Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə almaqla yanaşı, yaşayış məntəqələrini və strateji yüksəklikləri qorumağa müvəffəq olmuşdu.

     Məhz Ermənistanın təcavüzkar siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayandırılıb. Münaqişənin həlli məqsədilə yaradılmış beynəlxalq vasitəçilik missiyasının işini dayandırmağa yönəlmiş hərəkətlər bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır.Lakin prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan nəticəsiz danışıqları davam etdirməyəcək.O halda rəsmi İrəvanın on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaratmaq ideyası Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün düşünülmüş plan olduğunu sübut edir.

       Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailənin Dağlıq Qarabağa, o cümlədən, Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirilməsi də işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma siyasəti aparıldığını bariz şəkildə nümayiş etdirir.elə qanunsuz məskunlaşma cinayət hesab olunur və Cenevrə Konvensiyasına tamamilə ziddir. İşğal edilmiş torpaqlarda keçirilmiş hərbi təlimlər də Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları ələ keçirmək məqsədi daşıyır.İşğalçı Ermənistanın bütün davranışları aydın şəkildə onun genişmiqyaslı müharibəyə hazırlaşdığını göstərir.

       Azərbaycan tərəfi bu barədə beynəlxalq ictimaiyyəti davamlı olaraq xəbərdar edirdi və Ermənistanın təxribatlarının qarşısının alınması üçün bütün tədbirləri görürdü. Azərbaycanın formalaşdırdığı ictimai-siyasi reallıq ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsini məqbul hesab edir.

       Münaqişənin tənzimlənməsi prosesində vasitəçi qismində çıxış edən ATƏT Minsk Qrupunun fəaliyyətsizliyi işğalçı Ermənistanın özünü tam cəzasızlıq mühitində hiss etməsini şərtləndirmişdir.     Artıq Azərbaycan cəmiyyətində münaqişənin dinc vasitələrlə tənzimlənməsinə olan inam əhəmiyyətli dərəcədə zəifləmişdir. 

     Yuxarıda sadalanan hərbi-siyasi reallıq fonunda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğusunun məqsədi Azərbaycana qarşı hərbi təhdidlərə ictimai münasibəti müəyyən etməyə, dövlətin bu məqsədlər naminə yürütdüyü siyasətə xalqın münasibətini öyrənməyə və münaqişənin hərbi yolla tənzimlənməsinin perspektivlərinə vətəndaşların inamını ölçməyə xidmət edir.

    Sorğunun nəticələri göstərir ki, Azərbaycan xalqı prezidentin ərazi bütövlüyümüzün təminatı yolunda illərlə apardığı qətiyyətli siyasəti mütləq şəkildə müdafiə edir.Bu, vətəndaşlarımızın həm də dövlətimizə sadiqliyini nümayiş etdirir. Bu gün Azərbaycan ordusu öz rəşadəti ilə ölkəmizin ərazi bütövlüyünü qoruyur və böyük qəhrəmanlıq göstərir.

       “İkinci Qarabağ müharibəsi: ictimai rəydə” mövzusunda keçirilmiş sosioloji sorğu nəticəsində Xalq-Prezident birliyi, ölkə rəhbərinin düzgün xarici siyasəti, Ali Baş Komandanın dərin və sistemli ordu quruculuğu siyasəti, düşmən üzərində son illərdə əldə edilmiş qələbələr, bir sıra ölkələrlə uğurlu hərbi əməkdaşlıq, müharibəyə hazırlıq səviyyəsi, Azərbaycan dövlətinin bütün növ Silahlı qüvvələri dair quruculuq siyasəti, dövlətimizin regional və qlobal mövqeyinin güclənməsi, nəticədə Milli Ordumuzun Ermənistan ordusundan güclü olduğunu sübut etməsi, növbəti dəfə düşməni psixoloji məğlubiyyətə uğratması ictimai fikirdə də müsbət qiymət almış, potensial müharibə şəraitində tərəflərə (Ermənistan və Azərbaycan) hansı ölkələrin nə dərəcədə və hansı istiqamətdə dəstək verəcəkləri, ATƏT Minsk Qrupunun fəaliyyəti və digər önəmli faktorlar haqqında dəqiq ictimai baxışlar və aydın fikir formalaşmışdır.

       Tədqiqatın metodologiyası: Sosioloji sorğu çərçivəsində Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Yuxarı Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonları əhatə olunmaqla, iki fərqli dövrdə (24.08-10.09.2020 və 28.09-30.09.2020) ümumilikdə 2.758 respondentin rəyi öyrənilib.

     Tədqiqatın nəticələrinin əhatəliliyini təmin etmək istiqamətində məlumatların toplanılmasının kəmiyyət metodunda əhalinin 18 yaşdan yuxarı hissəsi arasında milli-reprezentativ təsadüfi seçmə vasitəsilə sorğu keçirilib.Tədqiqat çərçivəsində respondentlərin seçiminin ilk mərhələsində hər iqtisadi rayon üzrə sorğuda iştirak edəcək respondent sayı müəyyənləşdirilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 2.0% təşkil edir.Əldə olunmuş nəticələr birinci mərhələdə 12 iyul Tovuz döyüşləri ərəfəsində Azərbaycan cəmiyyətinin potensial müharibə vəziyyəti ilə əlaqədar mövqeyi və gözləntilərini özündə əks etdirdiyi halda, ikinci mərhələ Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən II Qarabağ müharibəsinə cari vəziyyətdə ictimai münasibətin və həmrəylik səviyyəsinin öyrənilməsindən ibarətdir.

Təhlillər göstərir ki, respondentlərin mütləq əksəriyyəti dövlətimizin (94.4%) və Azərbaycan xalqının (94.8%) müharibəyə tam hazır olduğu fikrini bölüşüb.

Mümkün müharibə şəraitini nəzərə alaraq Azərbaycan ordusunun gücü rəyi öyrənilənlərin 98.0%-i tərəfindən yüksək qiymətləndirilib.

        

 

Ölkə Prezidentinin Dağlıq Qarabağ problemini hərbi yolla həll edəcəyinə inamını bəyan edən respondentlər ümumi rəyi öyrənilənlərin 93.1%-ni təşkil edib.Sorğu nəticələrinin ilkin təhlilinə əsaslanaraq xalq tərəfindən formalaşmış yüksək inamın əsas səbəbləri kimi aşağıdakı faktorların ön plana çıxdığını qeyd edə bilərik:

 Hakimiyyətin güclü ordu quruculuğu siyasəti – 57.6%;

 Ölkə rəhbərinin geosiyasi mühiti düzgün dəyərləndirməsi - 48.2%;

 Düşmən üzərində son dövrlərdə əldə edilmiş qələbələr - 39.9%;

 Bir sıra ölkələrlə uğurlu hərbi əməkdaşlıq – 34.2%.

 

     “II Dağlıq Qarabağ müharibəsinin başlanması sizin üçün hansı mənanı ifadə edir” sualına rəyi öyrənilənlərin müxtəlif aspektlər üzərindən dəyərləndirmələrini aşağıdakı istiqamətlər kimi qruplaşdıra bilərik:

 

 Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğaldan azad edilməsi – 89.6%;

 “Məğlub xalq” sindromunun aradan qalxması – 30.5%;

 Dövlətimizin regional və qlobal mövqeyinin güclənməsi – 21.1%;

 Münaqişənin həllinin uzanması istiqamətində maraqlı olan tərəflərin planlarının pozulması – 17.5%;

 Digər faktorlar – 1.7%.

 Azərbaycanın I Qarabağ müharibəsində itirdiyi torpaqların son döyüşlərlə geri qaytarılmasını şərtləndirən əsas amillər kimi nələri qeyd edə bilərsiniz?

 

 Sorğu çərçivəsində əldə edilmiş ictimai rəyin təhlilinə əsaslanaraq Azərbaycanın birinci Qarabağ müharibəsində itirdiyi torpaqların son döyüşlərlə geri qaytarılmasını şərtləndirən əsas faktorlar kimi aşağıdakı istiqamətlər təsbit edilib:

 

 Xalq-Prezident birliyi faktoru – 73.1%

 Azərbaycanın dövlətinin güclü ordu quruculuğu təşəbbüsləri - 52.1%

 Azərbaycan dövlətinin reallaşdırdığı güclü daxili və xarici siyasət - 34.9%

 Ermənistanda hökm sürən siyasi-iqtisadi böhranın dərinləşməsi - 5.9%

 Digər faktorlar - 1.2%

        Müharibə vəziyyətində respondentlərin 49.9%-i özünü tam, 28.2%-i qismən təhlükəsizlikdə hiss edəcəyini bəyan etdiyi halda, 20.7% respondent əks mövqedən ıxış edib.

 

 

      Mümkün müharibə vəziyyətində özü və ya ailə üzvlərinin döyüşmək üçün cəbhəyə gedəcəyini bəyan edən respondentlər 91.2%, əks mövqedən çıxış edənlər isə 7.3% kimi təsbit edilib. Bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkənlər isə ümumi respondentlərin sadəcə 1.5%- ni təşkil edib.

 

       

       Münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ictimai rəy birmənalı olaraq 81.8% respondent tərəfindən mənfi qiymətləndirildiyi halda, 10.6% tərəfindən müqayisə etibarilə müsbət dəyərləndirilib. Xüsusilə qeyd etmək lazımdır ki, respondentlərin 7.6%-i isə bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkdiyini bəyan edib. Potensial müharibə situasiyasında tərəflərə (Azərbaycan və Ermənistan) hansı ölkələrin nə dərəcədə və hansı istiqamətlərdə dəstək verəcəyi ilə bağlı respondent rəylərini aşağıdakı kimi xarakterizə edə bilərik:

                               

 

  Sosioloji sorğunun II mərhələsinin nəticələri

        Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasına ictimai rəy birmənalı şəkildə müsbət təsbit edilmişdir. Belə ki, respondentlərin 99.5%-i ölkə başçısı Ali Baş Komandanın əks-hücum əməliyyatları qərarını yekdilliklə dəstəkləyərək səfərbərliyə hazır olduqlarını bəyan edib.

 

     

     Rəyi öyrənilənlərin 98.2%-i Ali Baş Komandanın xalqa müraciətini müsbət qiymətləndirməklə ona birmənalı şəkildə dəstək verdiklərini bəyan edib.Analoji tendensiyanı Ali Baş Komandan tərəfindən elan edilən hərbi vəziyyət və qismən səfərbərliyə ictimai münasibətdə də müşahidə etmək mümkündür.Respondentlərin 96.9%-i müsbət mövqedən çıxış edib.

     Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti

 

PAYLAŞ

Oxşarlar

Azərbaycanda vəkillərin durumu vətəndaşların hüquq və azadlıqlarının barometridir- PRESS-RELİZ

Azərbaycanda vəkillərin durumu vətəndaşların hüquq və azadlıqlarının barometridir- PRESS-RELİZ

22 Sentyabr 2020

Milli Məclisin İnsan hüquqları Komitəsi, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsi, Sosial Tədqiqatlar Mərkəzi (STM) və Vəkill… ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin tanınmış qurumu arasında müzakirələr aparıldı

Sosial Tədqiqatlar Mərkəzi ilə Türkiyənin tanınmış qurumu arasında müzakirələr aparıldı

14 Sentyabr 2020

Yarandığı gündən beynəlxalq əməkdaşlığa əhəmiyyət verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları ilə Türkiyənin sosioloji araşdırma təş… ƏTRAFLI

Prezidentə inam və etibar əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır

Prezidentə inam və etibar əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır

02 Sentyabr 2020

Sosial Tədqiqatlar Mərkəzi (STM) vaxtaşırı olaraq dövlət və cəmiyyət həyatında baş verən dəyişiklikləri, müşahidə edilən tendensiyaları, yeni … ƏTRAFLI