logo
AZ

Press-reliz

Hafiz Paşayev Sosial Tədqiqatlar Mərkəzinin kollektivi ilə görüşüb

ADA Universitetində Sosial Tədqiqatlar Mərkəzinin (STM) kollektivi ilə görüş keçirilib. Görüşdə ADA Universitetinin rektoru, Xarici İşlər Nazirinin müavini Hafiz Paşayev, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak edib.

 

Görüş zamanı STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəhbərlik etdiyi Mərkəzin missiyası, qarşısında duran vəzifələri, fəaliyyət istiqamətləri və formalaşmaqda olan yeni kollektivi haqda ətraflı məlumat verib.

 

Millət vəkili bildirdi ki, dövlətimizin başçısı ölkədə dövlət-vətəndaş münasibətlərinin daha da təkmilləşməsinin vacibliyini nəzərə alaraq, Mərkəzin yaradılması haqda qərar verib.

 

Azərbaycanda cəmiyyət və dövlət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsinin başlıca istiqamətlərindən olan ictimai rəy institutunun ən müasir dünya təcrübəsi əsasında formalaşdırılmasını, bu sahənin elmi ənənəyə çevrilməsini zəruri hesab edib.

 

İctimai rəy nümunəsində dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi STM-nın görəcəyi işlərin əsas xəttini təşkil edəcək.

 

Qonaqları salamlayan ADA Universitetinin rektoru Hafiz Paşayev istənilən sahədə yeni fəaliyyətinin qurulmasının çətin, eyni zamanda şərəfli məsələ olduğunu vurğulayıb.

 

Bu sahədə ADA-nın yeni yaradıldığı vaxtdan keçdiyi yol və əldə etdiyi təcrübə haqda fikirlərini bölüşdü. Bütün sahələrdə olduğu kimi əsas məsələlərdən birinin- peşəkar kadrların cəlb edilməsinin, tədqiqatçı kollektivin formalaşmasının olduğunu xatırladıb. Hafiz Paşayev cəmiyyət həyatında müxtəlif sahələrin uğurlu inkişafının müəyyən edilməsində ilk olaraq, ictimai rəyi öyrənilməsinin vacibliyini vurğulayıb.

 

Bu baxımdan, kadrların hazırlanmasında ən fundamental sosial institut olan təhsil sahəsinin strateji istiqamət kimi diqqət mərkəzində saxlanışmasını tövsiyə edib.

 

ADA-da təhsillə bağlı sosioloji sorğulara mühüm əhəmiyyət verildiyini, bəzi mövzular üzrə universitetdaxili ictimai rəy sorğularının keçirildiyini diqqətə çatdırıb.

 

Hafiz Paşayev Azərbaycanda kadr hazırlığında, məktəbli və gənclərin gələcək peşə, ixtisas seçiminin müəyyən edilməsində təhsil (məktəb) mühitinin rolunun əvəzsiz olduğunu qeyd edib.

 

Qabaqcıl dünya təcrübəsində ixtisas seçiminin məktəb yaşlarından: zamanın çağırışlarını nəzərə almaqla, ilk növbədə-istedad və qabiliyyətləri aşkara çıxarmağa imkan verən təhsil məktəb mühitinin formalaşması olduğunu vurğulayıb.

 

ADA Universitetinin rektoru STM-lə bu istiqamətdə birgə tədqiqat layihəsinin həyata keçirilməsini də tövsiyə edib.

 

Görüşdə rektor Hafiz Paşayev STM əməkdaşlarının suallarını cavablandırıb, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

 

Sonda STM rəhbəri Z. Oruc qəbul üçün ADA Universitetinin rektoru Hafiz Paşayevə təşəkkürünü bildirib və görüşdə səslənən fikirlərin, birgə tədqiqat layihəsi haqda tövsiyələrin Mərkəzin işi üçün çox dəyərli olduğunu qeyd edib.

 

ADA Universitetinin rektoru Hafiz Paşayev yeni yaranan Mərkəzə fəaliyyətində uğurlar arzulayıb.

 

PAYLAŞ

Oxşarlar

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

Sığortaçılar Assosiasiyası Sosial Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq edəcək

09 Mart 2021

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi ilə Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbər heyəti arasında görüş … ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti dinləmə keçirdi

01 Mart 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Milli alqı və ritm” mövzusunda dinləmə keçirib.   STM-in İdarə Heyətinin sədri,… ƏTRAFLI

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti şəhid ailələri və qazilərlə görüş keçirdi- PRESS RELİZ

22 Fevral 2021

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti “Vətən Müharibəsində qələbədən sonra gələcəyi birgə quraq” mövzusunda görüş k… ƏTRAFLI